Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KÜR1 (ID - 22660)

sif. 1. Ağlağan, qışqırıqçı, şıltaq. Kür uşaq. Hay-küyçü, zorakı, dediyini yeridən, inadkar. Kür adam. - [Əlyarov:] Sonra ağzıgöyçəklər deyəcəklər ki, Əlyarov kürdür, heç kəslə yola gedən deyil. M.Hüseyn.
Tənbəl,...

KÜR2 (ID - 22661)

sif. Pak, təmiz (su haqqında). Hovuz kürdür.

KÜRD (ID - 22662)

is. Azərbaycan, Türkmənistan, Suriya, İraq, İran, Türkiyə, Əfqanıstan və Pakistanda yaşayan irandilli xalq və bu xalqa mənsub adam. Əsli kürd olan bu adamın ağası Alıkişi qapılarda muzdurluq etməklə böyük ailəsini saxlayırmış....

KÜRDİ (ID - 22663)

is. mus. Əsasən kamançada ifa olunan lirik musiqi.

KÜRDOĞLU (ID - 22664)

is. mus. Aşıq musiqi formalarından biri.

KÜRDÜ (ID - 22665)

bax küləcə.

KÜRDÜNAĞIRI (ID - 22666)

is. mus. Yallı tərzində oyun havası. Kürdünağırı çalmaq.

KÜRDCƏ (ID - 22667)

zərf və sif. Kürd dilində. Kürdcə-azərbaycanca lüğət. Kürdcə danışmaq.

KÜRƏ1 (ID - 22668)

is. [ər. kürrə] Yer kürəsi, üzərində sakin olduğumuz planet. Yer kürəsinin əhalisi. Geri fırlan, Yer kürəsi, zamandan küsüb; Nüşabənin kəcavəsi təpədən aşdı... M.Araz. Küreyi -ərz köhn. - Yer kürəsi, dünya. Bu küreyi-ərzdə...

KÜRƏ2 (ID - 22669)

is. [fars.] 1. Dəmiri qızdırmaq üçün körüklə odu közərdilən dəmirçi ocağı. Kürəni körükləmək. Dəmirçi kürəsi. - Dəmiri kürədən dəmir çıxardar. (Ata. sözü). Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfində...

KÜRƏ3 (ID - 22670)

is. Qulaqları uzun (qoyun haqqında). Qoyun var kərə gəzər; Qoyun var kürə gəzər; Gedər, dağları gəzər; Gələr, evləri bəzər. (Sayaçı sözü). // Sif. mənasında. Kürə qoyun.

KÜRƏCİK (ID - 22671)

is. 1. Balaca kürə, kiçik kürə; dairəcik. Iki dozanqurdu mal təzəyini yumurlayıb aparırdı. Onlar başıaşağı durub, dal ayaqları ilə kürəciyi dığırlayırdılar. İ.Şıxlı.
2. fiziol. Qanın tərkib hissəsi. □ Qırmızı,...

KÜRƏÇİ (ID - 22672)

is. Kürəyə xidmət edən adam; ocaqçı yaxud kürədə kərpic, qab və s. bişirməklə məşğul olan adam.

KÜRƏÇİLİK (ID - 22673)

is. Kürəçinin işi, peşəsi; ocaqçılıq. Kürəçilik eləmək.

KÜRƏXANA (ID - 22674)

is. [fars.] köhn. 1. Gildən, palçıqdan hazırlanan şeylərin (məs.: saxsı qab, kərpic və s.) bişirildiyi yer.
Çörəkxanalarda kürələr (peçlər) olan yer; ocaqxana. Məşədi Hüseyn qoluçirməkli, döşüönlüklü xəmirxanadan...

KÜRƏK1 (ID - 22675)

is. 1. Bədənin arxa hissəsinin yuxarısında olan üçkünc şəkilli yastı sümüklərdən hər biri. [Qəhrəman:] Güllə arxasından, kürəkləri arasından dəyib keçmişdi. H.Nəzərli. // İnsan bədəninin həmin hissəsi. Kürəyini divara...

KÜRƏK2 (ID - 22676)

is. 1. Torpaq və s. atmaq üçün ağacdan qayrılmış uzundəstəkli alət. Kürəklə qar atmaq. Samanı kürəklə yığmaq. - Həyətin sol tərəfində Vəliqulu əynində cındır gödək arxalıq və başında köhnə boz papaq kürəklə peyin...

KÜRƏKAYAQLILAR (ID - 22677)

cəm zool. Suda üzmək üçün ayaqları kürək şəklində olan məməli heyvanlar dəstəsi. Balinalar kürəkayaqlılara nisbətən su ilə daha çox əlaqədardır. “Zoologiya”.

KÜRƏKCİK (ID - 22678)

is. Balaca kürək, kiçik kürək (bax kürək2

KÜRƏKÇİ (ID - 22679)

b a x avarçı.

KÜRƏKƏN (ID - 22680)

is. Qızın ərinin, qızın ata və anasına olan qohumluq münasibəti; yeznə. [İmran:] Hacı Murad, sən çox xoşbəxtsən ki, İmran kimi kürəkənin var. S.S.Axundov. Yaxşı yol, oğlum! - deyərək, qoca qayınana öz cavan kürəkənini yola...

KÜRƏKƏNLİK (ID - 22681)

is. Kürəkənin öz arvadının ata-anasına olan qohumluq vəziyyəti.

KÜRƏKLƏMƏ (ID - 22682)

“Kürəkləmək” dən f.is.

KÜRƏKLƏMƏK (ID - 22683)

f 1. Kürəklə atmaq, təmizləmək; kürümək. Qarı kürəkləmək. Buğdanı kürəkləmək. - Mühəndis qumu bir xeyli kürəklədi.. Mir Cəlal.
2. Kürək (avar) çəkmək, avarlamaq. Qayığı kürəkləmək.

KÜRƏKLƏNMƏ (ID - 22684)

“Kürəklənmək” dən f.is.

KÜRƏKLƏNMƏK (ID - 22685)

məch. 1. Kürəklə təmizlənmək, atılmaq; kürünmək. Tövlə kürəkləndi.
2. Kürək çəkilmək, avarlanmaq. Qayıq kürəkləndikcə irəliləyirdi.

KÜRƏKLƏTMƏ (ID - 22686)

“Kürəklətmək” dən f.is.

KÜRƏKLƏTMƏK (ID - 22687)

icb. 1. Kürəklə atdırmaq, təmizlətmək; kürütdürmək. Qarı kürəklətmək.
2. Kürək çəkdirmək, avarlatmaq. Qayığı kürəklətmək.

KÜRƏKLİ1 (ID - 22688)

sif. Enli kürəkləri olan, enlikürəkli. Kürəkli oğlan (kişi).

KÜRƏKLİ2 (ID - 22689)

sif. Əlində kürək olan. ..Bir neçə yerdə əli belli və kürəkli kişilər uçuq damların daşını və torpağını sökməkdə idilər. C.Məmmədquluzadə ..Bunkerin qabağında, maşında taxılı boşaltmaq üçün əli kürəkli iki arvad...

KÜRƏKLİK (ID - 22690)

is. və sif. Kürək qayırmağa yarar, kürək qayırmaq üçün (ağac və s.). Kürəklik ağac. - Sən gördüyün ağaclar kürəkliyə kəsildi. (Ata. sözü). Gəldi, gördü ki, bu həyət daha o həyət deyil, gördüyü ağaclar kürəkliyə...

KÜRƏLƏMƏ (ID - 22691)

“Kürələmək” dən f.is.

KÜRƏLƏMƏK (ID - 22692)

bax kürümək 1-ci mənada.

KÜRƏMƏ (ID - 22693)

“Kürəmək” dən f.is.

KÜRƏMƏK (ID - 22694)

b a x kürümək.

KÜRƏN (ID - 22695)

sif. Saçı, tükü parıltılı sarı-qırmızı rəngdə olan. Kürən oğlan. - Kürən at, geriyə dön! - dedikdə, kürən at dərhal geriyə sıçradı. M.S.Ordubadi. // İs. mənasında. Bu rəngdə saçı, tükü olan at, adam və s. Kürəni...

KÜRƏNMƏ (ID - 22696)

“Kürənmək” dən f.is.

KÜRƏNMƏK (ID - 22697)

b a x kürünmək. Tövlə kürənib qurtardı.

KÜRƏNVARİ (ID - 22698)

sif. Kürən rəngində, kürənə bənzər; sarı-qırmızı.

KÜRƏŞƏKİLLİ (ID - 22699)

sif. Kürə (şar) şəklində olan; kürəvari, kürəvi.

KÜRƏVARİ (ID - 22700)

b a x kürəvi.

KÜRƏVARILIQ (ID - 22701)

b a x kürəvilik.

KÜRƏVİ (ID - 22702)

sif. [ər.] Kürə (şar) şəklində, kürəyəoxşar, şar şəklində, kürəvari, kürəşəkilli, girdə. Kürəvi cisim.

KÜRƏVİLİK (ID - 22703)

is. Kürə şəklində olma, şara oxşama; girdəlik, kürəşəkillilik, kürəvarilik.

KÜRƏYƏC (ID - 22704)

is. bax kürək2

KÜRK (ID - 22705)

is. 1. Keçmişdə, əsasən, qoyun dərisindən, indi isə süni tüklü dərilərdən tikilən yaxud içi ya üzü bu kimi dəri ilə örtülü olan isti qış geyimi. Kürk tikmək. Kürkü geymək. - Telli.. Rizvanın da kürkünü Gülpərinin çiyninə...

KÜRKÇÜ (ID - 22706)

is. 1. Kürktikən usta; kürk tikib satmaqla məşğul olan adam. Kürkçünün kürkü olmaz, börkçünün börkü. (Ata. sözü).
2. Yaxşı dəri, xəz tanıyan adam; dəri, xəz mütəxəssisi.

KÜRKÇÜLÜK (ID - 22707)

is. Kürkçünün işi, peşəsi, sənəti. Kürkçülüklə məşğul olmaq.

KÜRKLÜ (ID - 22708)

KÜRKLÜK (ID - 22709)

is. 1. Kürk tikilməyə yarar. Kürklük dəri, xəz.
2. Rəqəmlərlə - rəqəmin göstərdiyi miqdarda kürk tikməyə kifayət edəcək qədər. Iki kürklük dəri.

Bu səhifə 65 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla