Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KOMİSYON (ID - 21710)

[lat.] bax komissiya. [Məmmədova] kəndin abadlıq komisyonunun üzvüdür. Ə.Sadıq. İkram atasına açıqca demişdi ki, maarif nazirliyinə ərizə yazıb komisyonu mən gətirtmişəm. Ə.Əbülhəsən.
□□ Komisyon mağazası - əhalidən...

KOMİSYONÇU (ID - 21711)

is. Ticarət işlərində müəyyən faiz almaq şərtilə vasitəçilik edən şəxs.

KOMİSYONÇULUQ (ID - 21712)

is. Komisyonçu sənəti, peşəsi.

KOMİSYONER (ID - 21713)

[fr.] bax komisyonçu.

KOMİTƏ (ID - 21714)

[fr. comite, əsli lat. committere
tapşırmaq] 1. Hər hansı bir işə rəhbərlik edən kollegial orqan. Partiya komitəsi. İcraiyyə komitəsi. Həmkarlar ittifaqının yerli komitəsi. - Bizim burada xəlvət komitəmiz var, hər yerdən bizə...

KOMİZM (ID - 21715)

[yun. komikos-dan] Hər hansı bir şeydə gülməli cəhət; məzəlilik, yumor. Sözlərində çoxlu komizm var. Rolun komizmi. Komizmə qapılmaq aktyor üçün nöqsandır. // Yumor, gülməlilik.

KOMLAMA (ID - 21716)

“Komlamaq” dan f.is.

KOMLAMAQ (ID - 21717)

bax komalamaq. O, yerə döşənmiş böyürtkən kollarını dəhrənin burnu ilə təmizləyib komlayırdı. S.Rəhimov.

KOMLANMA (ID - 21718)

“Komlanmaq” dan f.is.

KOMLANMAQ (ID - 21719)

b a x komalanmaq.

KOMLAŞMA (ID - 21720)

“Komlaşmaq” dan f.is.

KOMLAŞMAQ (ID - 21721)

bax komalaşmaq. Adamlar isə gah komlaşır, gah kənara çəkilirdilər. Mir Cəlal.

KOMMENTARİYA (ID - 21722)

[lat. commentarium] Hər hansı mətnin və ya kitabın şərhi, izahı; izahat.

KOMMENTATOR (ID - 21723)

[lat.] Kommentariyə verən; şərhçi, izahçı.

KOMMUNA (ID - 21724)

[fr. ] 1. Əmək və mülk ümumiliyi əsasında birlikdə işləmək və yaşamaq üçün birləşmiş kollektiv. Əmək kommunası. Xalq kommunalarında yaradılmış uşaq bağçaları və körpə evləri qadınların işdə və təhsildə geniş fəaliyyət...

KOMMUNAL (ID - 21725)

sif. [fr.] Şəhər təsərrüfatına aid olan. Kommunal təsərrüfatı. Kommunal xidməti. Kommunal işləri üçün vəsait artırıldı.

KOMMUNAR (ID - 21726)

[fr.] tar. 1. 1871-ci ildə Paris kommunası iştirakçısı.
2. Kommuna (1-ci mənada) üzvü.

KOMMUNİST (ID - 21727)

[fr. əsli lat.] tar. 1. Kommunist partiyasının üzvü. Kommunistlərin yığıncağı.
2. Kommunizm ideyalarına əsaslanan, onları ifadə edən və həyata keçirən; kommunizm tərəfdarı. Kommunist partiyası. □ Kommunist İnternasionalı...

KOMMUNİSTLİK (ID - 21728)

is. Kommunistə xas olan sifət və keyfiyyət.

KOMMUNİZM (ID - 21729)

[fr. əsli lat. communis ümumi] 1. İstehsal alətlərinin ümumiləşdirildiyi və xüsusi mülkiyyətin olmadığı ictimai quruluş.
2. Kommunizm cəmiyyəti qurulması haqqında siyasi, iqtisadi və ictimai təlim.

KOMMUTASİYA (ID - 21730)

is. [lat.] Müəyyən məsələnin həlli üçün hesablayıcı maşının köklənməsi, sazlanması, qurulması.

KOMMUTATOR (ID - 21731)

[lat. commutare - dəyişmək] 1. Elektrik cərəyanını açıb-bağlayan və ya onun istiqamətini dəyişdirən cihaz.
Telefon rabitəsində: telefon xətlərini birləşdirən qurğu. Zavod kommutatoru. Kommutatorda işləmək. - Kommutatorun...

KOMMUTATORÇU (ID - 21732)

is. Kommutatorda işləyən adam. Kommutatorçu qız.

KOMOD (ID - 21733)

[fr.] Dəyişək, müxtəlif tualet şeyləri və s. qoymaq üçün siyirməli yastı şkaf növü. Güzgü, daraq komodun sol gözündədir.
Şəhla xanım şaqşaraqla komodun siyirmələrini açdı. S.Rəhimov. Xanpəri komoddan bir vərəq kağız...

KOMPANİYA (ID - 21734)

[fr.] bax şirkət.

KOMPARATİVİST (ID - 21735)

[latıncadan] dilç. Müqayisəli-tarixi dilçilik mütəxəssisi; dillərin tədqiqində, ədəbiyyat nəzəriyyəsində müqayisəli üsul tətbiq edən alim.

KOMPARATİVİZM (ID - 21736)

[lat. comparativus müqayisəli] Dilçilikdə müqayisəli-tarixi üsul.

KOMPAS (ID - 21737)

[ital.] Maqnitləşdirilmiş əqrəbi həmişə şimalı göstərməklə dünyanın cəhətlərini təyin edən cihaz; qiblənüma. Kompasla getmək. - Kamilplaşını geyərək kompas, fotoaparat, durbin və kağızlarını götürdü, çarpayıda yatmış...

KOMPİLYASİYA (ID - 21738)

[lat. compilatio-dan] Müstəqil tədqiqat aparılmadan başqalarının əsərlərindən istifadə yolu ilə yazılan əsər. Kompilyasiya etmək. Kompilyasiya ilə məşğul olmaq.

KOMPİLYASİYAÇI (ID - 21739)

is. Kompilyasiya ilə məşğul olan adam, kompilyasiya müəllifi.

KOMPİLYATİV (ID - 21740)

[lat. compilatio-dan] Kompilyasiya yolu ilə qurulmuş, kompilyasiya mahiyyətində olan. Kompilyativ əsər.

KOMPLEKS (ID - 21741)

[lat. complexus - əlaqə] Bir vəhdət təşkil edən şeylərin və ya hadisələrin məcmusu. Mingəçevir su qovşağı kompleksi. Kompleks briqada - müxtəlif ixtisaslı fəhlələrdən ibarət istehsalat briqadası. Tikintidə işləyən kompleks...

KOMPLEKSLİ (ID - 21742)

sif. Kompleks şəklində olan; toplu. Üçüncü kompleksli becərmə qurtarmaq üzrədir. (Qəzetlərdən).

KOMPLEKT (ID - 21743)

[lat. completus - tam, dolu] Tam təşkil edən şeylərin toplusu; dəst. Qazıma komplekti.

KOMPLEKTLƏŞDİRİCİ (ID - 21744)

sif. və is. Komplektləşdirmə işi ilə məşğul olan işçi. Kitabxana kollektorunun komplektləşdiricisi.

KOMPLEKTLƏŞDİRİLMƏ (ID - 21745)

“Komplektləşdirilmək” dən f.is. Dövri mətbuatın komplektləşdirilməsi.

KOMPLEKTLƏŞDİRİLMƏK (ID - 21746)

“Komplektləşdirmək” dən məch.

KOMPLEKTLƏŞDİRMƏ (ID - 21747)

“Komplektləşdirmək” dən f.is.

KOMPLEKTLƏŞDİRMƏK (ID - 21748)

f Bir şeyin komplektini düzəltmək, təkmilləşdirib komplektə çatdırmaq. Jurnalları komplektləşdirmək. Kitabxananı komplektləşdirmək. Bir illik qəzeti komplektləşdirmək. // Bir idarənin, şöbənin və s. tərkibini işçilərlə...

KOMPLEKTLƏŞMƏ (ID - 21749)

“Komplektləşmək” dən f.is.

KOMPLEKTLƏŞMƏK (ID - 21750)

f Komplekt şəklini almaq, komplektə çatmaq; tamlaşmaq.

KOMPLEKTLİ (ID - 21751)

sif və zərf Komplekt halında; tam, bütün halda. Komplektli məhsul buraxmaq.

KOMPLEKTSİZ (ID - 21752)

sif Komplekt (tam, bütün) şəklində olmayan. Komplektsiz və standartsız məhsul.

KOMPLİMENT (ID - 21753)

[fr.] Birisinə iltifat, xoş görünmək və ya yaltaqlıq təriqilə deyilən xoş söz, tərifli ifadə. Səməd öz müdirinin səmimi komplimentlərindən yenə də çox məmnun olub bığlarını tumarladı. B.Talıblı ...Gövhər Mədədovun ehtiyatlı...

KOMPLİMENTÇİ (ID - 21754)

is. dan. Kompliment deməyi sevən adam.

KOMPONENT (ID - 21755)

[lat.] Bir şeyin tərkib hissəsi, bir şeyi əmələ gətirən hissələrdən hər biri. Mürəkkəb sözün komponentləri.

KOMPOST (ID - 21756)

[ing.] Heyvan, mineral və ya bitki tullantılarının torf, yaxud torpaqla qarışdırılmasından alınan üzvi gübrə.

KOMPOSTER (ID - 21757)

[fr.] köhn. Biletlərə, bank çeklərinə və s.-yə yoxlama işarəsi vuran alət.

KOMPOSTLAŞDIRILMA (ID - 21758)

“Kompostlaşdırmaq” dan f.is.

KOMPOSTLAŞDIRMA (ID - 21759)

f Komposterlə işarə vurmaq. Bileti kompostlamaq.

Bu səhifə 148 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla