Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KONSERTINO (ID - 21810)

[ital.] 1. Altıbucaqlı qarmon şəklində musiqi aləti. Konsertino çalmaq. Konsert (2-ci mənada) tipli, lakin ondan kiçik musiqi əsəri. Konsertino bəstələmək. Kiçik həcmli konsertlərə konsertino deyilir. Ə.Bədəlbəyli.

KONSERTMEYSTER (ID - 21811)

[alm. konzertmeister] 1. Simfonik orkestrdə solist və ya birinci skripkaçı, arfaçı və s.
Oxuyacaqları şeyləri öyrənməkdə müğənniyə kömək edən müşayiətçi - pianoçu.

KONSERV (ID - 21812)

[fr. conserves] Xüsusi işləmə (duzlama, bişirmə, mikrobsuzlaşdırma) yolu ilə hazırlanıb germetik (kip) bağlanmış bankalara doldurulmuş yemək şeyləri. Balıq konservi. Ət konservi. - [Döyüşçülər] arxa çantalarından çıxarıb...

KONSERVAÇAN (ID - 21813)

is. Konserv qablarmı açmaq üçün alət. Bıçağın üç-dörd tiyəsi, qayçısı, dırnaqtutanı, konservaçanı, vintburanı, tıxacçıxardanı vardı. M.Hüseyn.

KONSERVATURİYA (ID - 21814)

[ital.] Ali musiqi məktəbi. U.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası. Konservatoriyaya daxil olmaq. - [Rəhim:] Mən müharibədən əvvəl Bakıda Dövlət Konservatoriyasının yanında onillik musiqi məktəbində oxuyurdum. Ə.Sadıq....

KONSERVÇİ (ID - 21815)

is. Konserv sənayesi işçisi.

KONSERVLƏMƏ (ID - 21816)

"Konservləmək” dən f.is.

KONSERVLƏMƏK (ID - 21817)

f 1. Ərzağı konserv halına salmaq, konserv hazırlamaq. Balığı konservləmək. Əti konservləmək. Badımcanı konservləmək.
xüs. Xüsusi surətdə işləməklə və xüsusi şəraitdə saxlamaqla xarab olmaqdan, korlanmaqdan qorumaq,...

KONSERVLƏŞDİRİCİ (ID - 21818)

is. və sif Konserv edən, konservə çevirən.

KONSERVLƏŞDİRİLMƏ (ID - 21819)

“Konservləşdirilmək” dən f.is.

KONSERVLƏŞDİRİLMƏK (ID - 21820)

“Konservləşdirmək” dən məch. Bir ton pomidor konservləşdirildi. - Albalını yaş halda çox saxlamaq olmaz, lakin o dondurulduqda və digər üsulla konservləşdirildikdə yaxşı qalır.

KONSERVLƏŞDİRİLMİŞ (ID - 21821)

fis. 1. Konserv halına salınmış, konservə çevrilmiş. Konservləşdirilmiş tərəvəz.
xüs. Xüsusi üsullarla işlənərək saxlanmış, mühafizə olunmuş. Konservləşdirilmiş qan.

KONSERVLƏŞDİRMƏ (ID - 21822)

“Konservləşdirmək” dən f.is. Azərbaycan Qanköçürmə Institutunun xəstəxana və qanı konservləşdirmə şöbəsi vardır.

KONSERVLƏŞDİRMƏK (ID - 21823)

bax konservləmək. Institutun laboratoriyaları qan sistemi xəstəliklərinin öyrənilməsi, qanı konservləşdirmək .. sahəsində xeyli iş görmüşdür.

KONSERVLƏŞMƏ (ID - 21824)

“Konservləşmək” dən f.is.

KONSERVLƏŞMƏK (ID - 21825)

f Konserv halına düşmək, konservə çevrilmək.

KONSESSİYA (ID - 21826)

[lat.] 1. Ölkə daxilində sənaye müəssisələri təşkil etmək, faydalı qazıntıları çıxarmaq və s. üçün müəyyən şərtlərlə dövlətlə ayrı-ayrı kapitalistlər və ya şirkətlər arasında bağlanan müqavilə.
Bu müqavilə...

KONSESSİYAÇI (ID - 21827)

is. Konsessiya sahibi.

KONSİLİUM (ID - 21828)

[lat.] Çətin hallarda xəstəliyi, onun müalicə üsullarını müəyyənləşdirmək üçün düzəldilən həkimlər müşavirəsi. Konsilium təyin etmək. - Ertəsi gün Zəki ən məşhur həkimlərdən bir konsilium təşkil etdi. A.Şaiq.

KONSLAGER (ID - 21829)

[rus. концентрационный лагерь, əsli lat. concentratio və alm. lager] Məhbusları, hərbi əsirləri təcrid etmək üçün düşərgə; həbs düşərgəsi.

KONSONANS (ID - 21830)

is. [fr.] Musiqidə səs uyğunluğu, ahəng.

KONSONANT (ID - 21831)

is. [lat.] Samit səs.

KONSORSİUM (ID - 21832)

[lat. consortium - iştirak] Birgə maliyyə əməliyyatı aparmaq üçün bir neçə bankın, yaxud bankirin iri inhisarçı birliyi. Beynəlxalq neft konsorsiumunun fəaliyyəti haqqında saziş.

KONSORT (ID - 21833)

is. [lat.] Britaniyada kraliçanın əri.

KONSPEKT (ID - 21834)

KONSPİRASİYA (ID - 21835)

[lat. conspiratio - suiqəsd] Öz fəaliyyətini və üzvlərini gizli saxlamaq üçün gizli təşkilatın işlətdiyi üsullar. Konspirasiya işi. // Sirr saxlama.

KONSPİRATİV (ID - 21836)

sif [lat. conspiratio - “suiqəsd” dən] Gizli.

KONSPİRATİVLİK (ID - 21837)

is. Gizlilik.

KONSTİTUSİYA (ID - 21838)

[lat. constitutio - quruluş] Bir dövlətin ictimai və dövlət quruluşunu, seçki sistemini, dövlət orqanlarının fəaliyyət və təşkilat prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən edən əsas qanunu. Azərbaycan...

KONSTİTUSİYAÇI (ID - 21839)

is. və sif. Konstitusiya tərəfdarı (olan).

KONSTİTUSİYALI (ID - 21840)

sif. Konstitusiyası olan, konstitusiyaya əsaslanan. Konstitusiyalı dövlət quruluşu. Konstitusiyalı idarə üsulu. Konstitusiyalı monarxiya - padşahın hüquqlarının konstitusiya ilə məhdudlaşdırıldığı dövlət quruluşu.

KONSTRÜKSİYA (ID - 21841)

[lat.] 1. Hər hansı bir tikilinin, qurğunun, mexanizmin hissələrinin qarşılıqlı yerləşməsi, quruluşu, habelə bu cür quruluşlu tikilinin, qurğunun, mexanizmin özü. Binanın konstruksiyası. Körpünün konstruksiyası. Köhnəlmiş konstruksiya....

KONSTRUKTİVİST (ID - 21842)

[lat. constructio-dan] Konstruktivizm tərefdarı.

KONSTRUKTİVİZM (ID - 21843)

[lat.] XX əsr memarlığında: konstruksiyanı binanın ifadəliliyinin başlıca amili hesab edən, binanın zahiri görkəmini onun müasir konstruksiyasında görən, bu işdə yalnız mücərrəd və həndəsi formalardan istifadə edən formalist...

KONSTRUKTOR (ID - 21844)

[lat. constructio-dan] Konstruksiya düzəldən mütəxəssis. Təyyarə konstruktoru. Baş konstruktor.
Uşaqların quraşdırıb müxtəlif şeylər düzəltməsi üçün içində müxtəlif hissələr, detallar olan qutu.

KONSTRUKTORLUQ (ID - 21845)

is. Konstruktorun peşəsi, sənəti.

KONSUL (ID - 21846)

[lat.] 1. Bir dövlətin başqa bir dövlətin müəyyən məntəqəsində öz dövlətinin və onun vətəndaşlarının hüquqlarını təmsil və müdafiə edən vəzifəli şəxs. Azərbaycan konsulu. Konsul vəzifəsi. - Biz təəccüb elədik ki,...

KONSULXANA (ID - 21847)

is. [lat. consul və fars. xanə] Bir dövlətin, başqa bir dövlətin müəyyən məntəqəsində konsulun başçılıq etdiyi nümayəndəliyi, habelə həmin nümayəndəliyin yerləşdiyi bina. Vladiqafqazda hətta ədiblərimiz Molla Ismayılın...

KONSÜLLUQ (ID - 21848)

is. 1. Konsul vəzifəsi. Konsulluq etmək. // b a x konsulxana.
tar. Qədim Romada: respublika zamanı konsulun dövləti idarə etdiyi dövr.
tar. Fransada: Napoleon Bonapartın 9 noyabr 1799-cu ildəki (18 brumer) çevrilişindən 1804-cü...

KONSULTASİYA (ID - 21849)

[lat.] 1. Bax məsləhət. Hər hansı bir məsələyə dair mütəxəssislər müşavirəsi.
Bax məsləhətxana.

KONTAKT (ID - 21850)

[lat. contactus - toxunma] Elektrik xətlərinin (məftillərinin) bir-birinə toxunması. Elektrikxəttində kontakt var. Kontakt lövhəsi. Kontakt aparatı. // Elektriklə işləyən nəqliyyat vasitələrində elektrik məftillərinin bitişməsini...

KONTEKST (ID - 21851)

[lat. contextus - möhkəm əlaqə] Mətnin (ona daxil olan ayrıca söz və ya ifadənin mənasını müəyyən etmək üçün) mənaca bitmiş hissəsi. Dil və ifadə tərzi haqqında danışanda sözləri kontekstdən ayırıb təhlil etmək doğru...

KONTEYNER (ID - 21852)

[ing.] xüs. Qablaşdırılmış yüklərin daşınması üçün böyük yeşik. Konteynerləri vaqondan boşaltmaq. Konteynerlə yük göndərmək. - Ustanın söhbətindən göründü ki, konteynerlər tətbiq olunan yerdə avtomaşınların da işi...

KONTİNENT (ID - 21853)

[lat.] coğr. Qitə, materik.

KONTİNENTAL (ID - 21854)

sif. [əsli lat.] Kontinent (qitə) üçün səciyyəvi olan, kontinentdə (qitədə) olan. Kontinental xüsusiyyət. □ Kontinental iqlim coğr. - çox dəyişkən, yayı isti, qışı isə çox soyuq olan iqlim.

KONTİNENTALLTQ (ID - 21855)

is. Kontinental xassədə olma, dəyişkənlik (iqlim haqqında). Iqlimin kontinentallığı.

KONTİNGENT (ID - 21856)

[lat.] xüs. 1. Hər hansı bir kollektivi (müəssisəni, idarəni, təşkilatı) təşkil edən adamlar heyəti. Xarici ticarətdə: bəzi malların ixracı və idxalı üçün qoyulan norma.

KONTİNGENTLƏŞDİRİLMƏ (ID - 21857)

“Kontingentləşdirilmək” dən f.is.

KONTİNGENTLƏŞDİRİLMƏK (ID - 21858)

məch. Kontingenti müəyyən edilmək; heyəti, miqdarı müəyyənləşdirilmək.

KONTİNGENTLƏŞDİRMƏ (ID - 21859)

“Kontingentləşdirmək” dən f.is.

Bu səhifə 153 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<