Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KÖNÜLSEVƏN (ID - 22210)

sif. Ürəyəyatan, sevimli, xoşagələn, istənilən. Könülsevən göyçək olar. (Məsəl).

KÖNÜLSÜZ (ID - 22211)

sif. və zərf İstəmədən, istəməyərək, arzusuz, həvəssiz, ürəksiz, razılığı olmadan, istər-istəməz. Könülsüz getmək. Könülsüz oxumaq. - Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. A.Şaiq. Bibi könülsüz də olsa, qardaş...

KÖNÜLSÜZCƏ (ID - 22212)

zərf Könülsüz, könülsüz halda, könülsüz olaraq; istəməyərək, ürəksizcə. Könülsüzcə işləmək. Könülsüzcə danışmaq.

KÖNÜLSÜZCƏSİNƏ (ID - 22213)

bax könülsüzcə. Könülsüzcəsinə cavab vermək.

KÖNÜLSÜZ-KÖNÜLSÜZ (ID - 22214)

zərf İstəmədən, könlü olmadığı halda, həvəssiz. Könülsüzkönülsüz cavab vermək. - Gülsənəm arvad könülsüz-könülsüz ayağa qalxdı. M.Hüseyn. [Dildar] könülsüz-könülsüz gedib oturdu.. Ə.Vəliyev.

KÖNÜLSÜZLÜK (ID - 22215)

is. Könlü olmama, ürəyi olmama (istəməmə).

KÖP (ID - 22216)

is. 1. Şiş, qabarma. □ Köpünü almaq
şişini, qabarmasını yatırtmaq. Ocaqqulu kişi oxlovu qapıb xəşilə batırdı və onun köpünü aldı. S.Rəhimov.
2. Qarının qazla dolma nəticəsində qabarması, köpməsi. Uşağın qarnı...

KÖPBƏCƏ (ID - 22217)

1. Bax koppuş. Köpbəcə əl.
2. Bax köppəcə. Köpbəcə bişirmək.

KÖPBƏCƏLƏŞMƏ (ID - 22218)

“Köpbəcələşmək” dən f.is.

KÖPBƏCƏLƏŞMƏK (ID - 22219)

f dan. Kökəlmək, gonbullaşmaq. Uşaq nəyaxşı köpbəcələşib?

KÖPDÜRMƏ (ID - 22220)

"Köpdürmək” dən f.is.

KÖPDÜRMƏK (ID - 22221)

f Üfürmək, ya içini yellə doldurmaq nəticəsində həcmini olduqca böyütmək, şişirtmək.

KÖPDÜRÜLMƏ (ID - 22222)

“Köpdürülmək” dən f.is.

KÖPDÜRÜLMƏK (ID - 22223)

"Köpdürmək” dən məch.

KÖPƏK (ID - 22224)

is. 1. İt. Vardı Bozlar adında bir köpəyi; Qoyunun pasibanı, həm köməyi. S.Ə.Şirvani. ..Yaşaryavaşcadan onu adı ilə çağırdı, köpək səsini kəsdi. M.Rzaquluzadə.
2. Söyüş kimi işlənir. [Yasavulbaşı] bir gün səhərə...

KÖPƏKBALIGI (ID - 22225)

is. zool. Uzun bədənli, güclü quyruğu olan, iri, yırtıcı dəniz balığı. ..Köpəkbalığının uzunluğu adətən 2-4 metr olur, lakin köpəkbalıqları arasında nəhəngləri də vardır. “Sualtı aləm”.

KÖPƏKCİK (ID - 22226)

is. “Köpək” dən oxş. Arxasınca bir köpəkcikzınqıldayıb bağırdı; Sanki bütün yurd xalqını imdadına çağırdı. A.Şaiq.

KÖPƏKLƏMƏ (ID - 22227)

“Köpəkləmək” dən f.is.

KÖPƏKLƏMƏK (ID - 22228)

b a x köpəkləşmək.

KÖPƏKLƏŞMƏ (ID - 22229)

“Köpəkləşmək” dən f.is.

KÖPƏKLƏŞMƏK (ID - 22230)

f dan. 1. Qocalmaq, köpək olmaq (erkək it haqqında).
məc. dan. təhq. Yaşı ötmək, qocalmaq.

KÖPƏKLİ (ID - 22231)

sif Köpəyi olan, köpək saxlanan. Köpəkli həyət. - Köpəkli kənddə əli dəyənəksiz gəzmə! (Ata. sözü).

KÖPƏKLİK (ID - 22232)

is. 1. Qoca itin hal və vəziyyəti; qocalıq (erkək it haqqında).
2. məc. dan. təhq. Yaşı ötmə, qocalma; qocalıq.

KÖPƏŞ (ID - 22233)

sif Şiş, köpmüş. Köpəş qarın.

KÖPƏŞİK (ID - 22234)

is. Dəridə əmələ gələn xırda qırmızı qabarıq; sızaq, sızanaq. Uşağın qolunda köpəşik əmələ gəlib.

KÖPƏŞMƏ (ID - 22235)

“Köpəşmək” dən f.is.

KÖPƏŞMƏK (ID - 22236)

f 1. Dəridə xırda, qırmızı qabarıq, sızaq əmələ gəlmək. Gicitkən daladığından əlləri köpəşib.
2. Köpmək, şişmək. Uşağın qarnı köpəşdi.

KÖPMƏ (ID - 22237)

1. “Köpmək” dən f.is.
2. is. Şişmə, qabarma, qalxma; köp. Köpmə xəstəliyi.

KÖPMƏK (ID - 22238)

f 1. Köp əmələ gəlmək; şişmək, qabarmaq, qalxmaq. [Qadının] solğun üzü köpmüş və göy ləkələrlə örtülmüşdü. M.İbrahimov. Torpaq köpmüş, hər yanda böyük-kiçik gölməçələr əmələ gəlmişdi. H.Seyidbəyli.
Gəlmək,...

KÖPPƏ (ID - 22239)

bax köppəcə.

KÖPPƏCƏ (ID - 22240)

is. məh. Yumurta vurulmuş xəmirdən yağda bişirilən çörək.

KÖPÜK1 (ID - 22241)

is. Yırğalanan, hərəkət edən maye və ya yarımmaye kütlə üzərində əmələ gələn içərisi hava, ya da qazla dolu girdə qabarcıqlar yığını. Suyun köpüyü. Dəniz köpüyü. - Köpüklərlə üzə-üzə; Dalğalara qarışdım; Martılarla...

KÖPÜK2 (ID - 22242)

dan. bax qəpik. [Səməndər Nərgizə:] Amma bazara çıxartsan köpük qiyməti yoxdur. B.Bayramov.

KÖPÜKCÜK (ID - 22243)

is. Kiçik köpük, incə köpük. Külək əsdikcə dənizin səthi titrəyir, xırda dalğalarla və ağ köpükcüklərlə dolurdu. S.Rəhman.

KÖPÜKLƏMƏ (ID - 22244)

“Köpükləmək” dən f.is.

KÖPÜKLƏMƏK (ID - 22245)

f Köpük əmələ gəlmək, köpük etmək. Su köpükləşmişdi. Çay köpüklədi. Yağ köpüklədi.

KÖPÜKLƏNDİRİCİ (ID - 22246)

is. xüs. Köpükləndirən, köpük əmələ gətirən. Köpükləndirici maddə.

KÖPÜKLƏNDİRİLMƏ (ID - 22247)

“Köpükləndirilmək” dən f.is.

KÖPÜKLƏNDİRİLMƏK (ID - 22248)

məch. Köpük əmələ gətirilmək.

KÖPÜKLƏNDİRMƏ (ID - 22249)

“Köpükləndirmək” dən f.is.

KÖPÜKLƏNDİRMƏK (ID - 22250)

icb. Köpük əmələ gətirmək. “Gümrah “barkazı suyu köpükləndirib sıçrada-sıçrada köhnə körpüyə yan aldı. M.Süleymanov.

KÖPÜKLƏNMƏ (ID - 22251)

“Köpüklənmək” dən f.is.

KÖPÜKLƏNMƏK (ID - 22252)

qayıd. 1. Köpük əmələ gəlmək, köpük hasil olmaq, köpüklə örtülmək. Sabun köpükləndi. Yağ köpükləndi. Pivə köpükləndi. - Göy otların arasından bulaqlar; Şırıltilə köpüklənərkən çağlar. A.Səhhət. 0əlalələr qayalardan...

KÖPÜKLƏTMƏ (ID - 22253)

“Köpüklətmək” dən f.is.

KÖPÜKLƏTMƏK (ID - 22254)

bax köpükləndirmək.

KÖPÜKLÜ (ID - 22255)

sif Köpüyü olan, köpük verən, köpük edən, köpüklənən, köpüklə örtülü. Köpüklü su. Köpüklü ləpələr. - Qara dənizin köpüklü dalğaları çınqıllara toxunaraq, qəribə bir musiqi kimi tərənnüm edir. H.Nəzərli. Ağ...

KÖPÜKLÜLÜK (ID - 22256)

is. Köpüklü şeyin halı, keyfiyyəti. Köpüklülük dərəcəsi.

KÖPÜKSÜZ (ID - 22257)

sif. Köpüyü olmayan, köpük etməyən, köpük verməyən, ya az verən, az köpük çıxan. Köpüksüz sabun.

KÖPÜRMƏ1 (ID - 22258)

“Köpürmək1

KÖPÜRMƏ2 (ID - 22259)

“Köpürmək2” dən f.is.

Bu səhifə 104 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla