İzahlı lüğət

KÜTLƏVİ

sif. [ər.] 1. Geniş xalq kütləsinin, yaxud çoxlu adamın iştirakı ilə olan. Kütləvi fəhlə hərəkatı. Sülh tərəfdarlarının kütləvi hərəkatı. // Kütlənin iştirakı ilə olan, çox adam tərəfindən görülən. Kütləvi səhnə. Kütləvi gəzinti. - Indi böyük və geniş foyedə ağır və yeknəsəq addımlarla kütləvi bir vals oynanırdı. S.Hüseyn. Slavyanlar Italiya faşistlərindən intiqam almaq üçün kütləvi surətdə partizan dəstələrinə qaçırdılar. S.Vəliyev. // Tək-tək adam tərəfindən deyil, bir çoxları tərəfindən edilən, göstərilən; kütləyə xas olan. Kütlə üçün, çox, külli miqdarda, geniş miqyasda. Kitab kütləvi tirajla buraxılmışdır. Geniş kütlə üçün görülən, xalq üçün edilən. Keçən gün seçkiqabağı məni seçicilər arasında kütləvi iş aparmaq üçün Xıdırlıya göndərdilər. S.Rəhman. // Geniş kütlə üçün, çoxlu adam üçün olan. Kütləvi kitabxana. Kütləvi nəğmələr.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed