1
İzahlı lüğət - K hərfi ilə başlayanlar - H. 18
ZE+education
kitab_satishi+

İzahlı lüğət

KƏMLƏMƏK (ID - 20860)

f Xəlbirləmək.

KƏMLƏNMƏ (ID - 20861)

"Kəmlənmək” dən f.is.

KƏMLƏNMƏK (ID - 20862)

məch. Xəlbirlənmək.

KƏMLİK (ID - 20863)

is. Azlıq, yoxluq, əskiklik, çatışmazlıq.

KƏMMAYA (ID - 20864)

sif. [fars. kəm və ər. mayə]
köhn. Mayası az, pulu az; kasıb, yoxsul. Kəmmaya tacir.
2. məc. Ağıldan kasıb, ağılsız, gic. [Bəy:] Doğrudan da belə imiş. Nə kəmmaya adam imişsiniz. Mir Cəlal.

KƏMMAYALIQ (ID - 20865)

is. Ağıldan kasıblıq, ağılsızlıq, giclik.

KƏMMƏHƏL (ID - 20866)

sif. [fars. kəm və ər. məhəl] Adama məhəl qoymayan, diqqət yetirməyən, saymayan, etinasız. □ Kəmməhəl olmaq saymamaq, etinasız olmaq, soyuqluq, etinasızlıq göstərmək. Xubların yaxşısı olmaz kəmməhəl; İşarə edən tək gələr...

KƏMMƏHƏLLİK (ID - 20867)

is. Etinasızlıq, saymazlıq, soyuqluq.

KƏMRƏNG (ID - 20868)

sif. [fars.] Rəngi az, açıq, rəngsiz. Böyükxanım şad və xürrəm, gümüş podnos içində iki stəkan kəmrəng çay gətirdi. M.S.Ordubadi.

KƏMSAVAD (ID - 20869)

sif. [fars. kəm və ər. səvad] Savadı az, azsavadlı, az oxumuş, savaddan kəm. [Mədəd:] Sən kəmsavad, haqq-hesabdan nə sənin başın çıxır, nə də mənim. İ.Əfəndiyev. [Qədir:] Mən kəmsavad adamam, nə danışım a bala, heç özüm...

KƏMSAVADLIQ (ID - 20870)

is. Azsavadlılıq, savadı az olma.

KƏMSƏR (ID - 20871)

zərf[fars.] dan. köhn. Ağıldan kəm, kəmağıl, ağılsız.

KƏMSƏR-KƏMSƏR (ID - 20872)

zərf dan. köhn. Axmaq-axmaq, gic-gic. [Gülxanım Alı kişiyə:] Ay üstünə od tökülsün, nə ilə oxutmaq istəyirsən, .. kəmsər-kəmsər danışma. “Qatır Məmməd”.

KƏMSİK1 (ID - 20873)

is. İtin boynuna bağlanan ip, xalta. [Güləli] ..Ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı. S.Rəhimov.
□□ Kəmsiyini çeynəmək (gəmirmək) hirsindən boğulmaq, son dərəcə...

KƏMSİK2 (ID - 20874)

is. dan. Çatışmayan, əlavə edilməli olan hissə, parça. Kəmsiyi var.

KƏMSİKLƏMƏ (ID - 20875)

“Kəmsikləmək” dən f.is.

KƏMSİKLƏMƏK (ID - 20876)

f 1. Başına, boğazına kəmsik keçirmək, kəmsik salmaq, xaltalamaq; başı kəmsikli halda yanınca aparmaq.
məc. Noxtalamaq, yüyənləmək.

KƏMSİKLİ (ID - 20877)

sif. Kəmsiyi olan, boynuna kəmsik salınmış; xaltalı. Kəmsikli it.

KƏMŞİRİN (ID - 20878)

sif. [fars.] Azacıq şirin, normadan az şirnisi olan. Kəmşirin nar. Kəmşirin şərab. - Çayımız kəmşirin, çörək yavan; Kağızlar qam-qam, top-top. R.Rza.

KƏMŞİRİNLİK (ID - 20879)

is. Kəmşirin şeyin hal və keyfiyyəti.

KƏMŞÜUR (ID - 20880)

sif. [fars. kəm və ər. şüur] Şüuru az, şüursuz, dərrakəsiz. Olmayıram mən qəyur dərdə nişan olmağa; Mən oluram kəmşüur, sahibi-şan olmağa. C.Cabbarlı.

KƏMŞÜURLU(LU)Q (ID - 20881)

is. Şüur azlığı, şüurun çatışmazlığı; şüursuzluq, dərrakəsizlik.

KƏMTALE (ID - 20882)

sif [fars. kəm və ər. tale] Talesiz, taleyi (bəxti) gətirməyən. Kəmtale adam.

KƏMTALELİK (ID - 20883)

is. Talesizlik, bəxtsizlik.

KƏMTƏR(İN) (ID - 20884)

sif [fars.] klas. Alçaq, aşağı; aciz, yazıq, miskin. Leyli deməyin ki, nazənindir; Bir tirə kənizi-kəmtərindir. Füzuli. İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda. M.P.Vaqif. [Hacı Kamyab:] Xan, mən sizin kəmtərin nökərinizəm....

KƏMYEK (ID - 20885)

sif və is. [fars.] 1. Əsas miqdardan az, əskik, bir az çatışmayan. Çəkidə kəmyeki düzəltmək.
2. Hicri təqvimdə 29 gündən ibarət ay. Ayın kəmyeki var. Kəmyek ay.

KƏN (ID - 20886)

is. Döşəmənin altına qoyulan tir, şalban.

KƏNAF (ID - 20887)

[lat. cannabis-dən] bot. Saplağından kəndir alınan bitki.

KƏNAFLIQ (ID - 20888)

is. Kənaf bitkisi əkilmiş yer, sahə.

KƏNAR (ID - 20889)

[fars.] 1. B a x qıraq 1-ci mənada. Çayın kənarı. Yolun kənarı. - ..Bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. C.Məmmədquluzadə. Kəndin kənarından get-gedə sıxlaşan və iriləşən qamışlıq başlanırdı....

KƏNARƏ (ID - 20890)

is. [fars.] köhn. 1. Kitab səhifələrinin kənarındakı yazı.
Haşiyə, qıraq, çərçivə. Xalçanın kənarəsi. Kəlağayının kənarəsi. Evin ortasına salınmış böyük xalçanın, gəbənin ətrafına, divar dibinə salınan kiçik...

KƏNARƏLİ (ID - 20891)

sif Kənarəsi olan; haşiyəli. Kənarəli kəlağayı.

KƏNARLAŞDIRILMA (ID - 20892)

“Kənarlaşdırılmaq” dan f.is.

KƏNARLAŞDIRILMAQ (ID - 20893)

məch. Kənar edilmək, uzaqlaşdırılmaq.

KƏNARLAŞDIRMA (ID - 20894)

“Kənarlaşdırmaq” dan

KƏNARLAŞDIRMAQ (ID - 20895)

f Kənar etmək,
uzaqlaşdırmaq. Müfəttiş hesabdarı əli ilə kürsüdən kənarlaşdırıb, onun yerində əyləşdi. S.Rəhimov.

KƏNARLAŞMA (ID - 20896)

“Kənarlaşmaq” dan f.is.

KƏNARLAŞMAQ (ID - 20897)

f Kənar olmaq, uzaqlaşmaq.

KƏNARSIZ (ID - 20898)

sif Ucu-bucağı olmayan, nəhayətsiz, sonsuz. Ay çıxıbdı kənarsız; Niyə məni qınarsız? Açıb desəm dərdimi; Od tutarsız, yanarsız. (Bayatı).

KƏND (ID - 20899)

is. Əhalisi, əsasən, kənd təsərrüfatı ilə məşğul olan yaşayış məntəqəsi. Böyük kənd. Kiçik kənd. - Koroğlu həftədə .. bir özü Qıratı minib ətraf kəndlərə, şəhərlərə çıxardı. “Koroğlu”. Mənim adım Xəlil...

KƏNDARASI (ID - 20900)

sif Kəndlərin arasında olan, yerləşən, salınan. Biz kəndarası yolları da düzəldirik. S.Rəhimov. ..Rüstəm kişi maşını kəndarası küçələrdən keçirib palçıqlı araba yoluna çıxardı. M.İbrahimov. [Yusifin] nəzəri itib-batmaqda...

KƏNDAŞIRI (ID - 20901)

zərf Kəndləri keçərək. Kəndaşırı şose yoluna çıxmaq.

KƏNDBƏKƏND (ID - 20902)

zərf Bir kənddən o biri kəndə, bir-bir kəndləri gəzərək, bir-bir kəndlər üzrə; kənd-kənd. Kəndbəkənd dolaşmaq. - Vəkillər.. kəndlilərin adlarını, acların sayını və istədikləripulun qədərini adbaad, kəndbəkənd, hamısını...

KƏNDCİK (ID - 20903)

is. Kiçik kənd.

KƏNDCİYƏZ (ID - 20904)

“Kənd” dən oxş. Göy yamacın ətəyində kəndciyəz; Dörd yanında dalğalanır tarlalar. A.Şaiq. Iki il əvvəl buraxıb getdiyi həmin kəndciyəzdə onun yoluna göz dikib, onun ümidi və arzusu ilə yaşayan iki göz var idi. H.Nəzərli....

KƏNDÇİ (ID - 20905)

bax kəndli 1-ci mənada. Kəndçi qız. Kəndçipaltarı. - Şəhər stansiyasından dəmir yol bileti alaraq vağzala gedən motalpapaq iki kəndçi çiynində xurcun gəlib mənim yanımda dayandılar. Qantəmir. [Qoşatxan:] Həsən bəy hələ həştad...

KƏNDÇİLİK (ID - 20906)

b a x kəndlilik. Qədir malqarasını satıb kəndçilik etməkdən əl çəkmiş və qulluqçu olmağı qərara almışdı. Ə.Sadıq.

KƏNDXUDA (ID - 20907)

b a x kətxuda. Belə bir məsələ üçün kəndxuda hər iki məhəllədən adam çağırardı, vəkillər dəvət edərdi. N.Nərimanov. [Allahverdi:] Naçalnikə ver, pristava ver, uryadnikə ver, kəndxudaya ver, yüzbaşıya ver, köməkçiyə ver,...

KƏNDXUDALIQ (ID - 20908)

bax kətxudalıq. Görünür ki, elə o vaxtdan kəndxudalıqda gözü var imiş. “M.N.lətif.”

KƏNDİ1 (ID - 20909)

is. İçində taxıl, un və s. saxlamaq üçün taxta, yaxud palçıqdan qayrılmış qab. Buğda kəndisi. Un kəndisi. Bir kəndi arpa. - Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimisi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı...

Bu səhifə 177 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif