1
İzahlı lüğət - K hərfi ilə başlayanlar - H. 23
ZE+education
kitab_satishi+

İzahlı lüğət

KƏSMİKLƏŞDİRMƏK (ID - 21110)

icb. Kəsmik halına saldırmaq, kəsmik etmək (südü). Südü kəsmikləşdirmək.

KƏSMİKLƏŞMƏ (ID - 21111)

“Kəsmikləşmək” dən f.is.

KƏSMİKLƏŞMƏK (ID - 21112)

f Kəsmik halına düşmək. Süd kəsmikləşdi.

KƏSR (ID - 21113)

is. [ər.] riyaz. Vahidin müəyyən hissəsini göstərən ədəd. Adi kəsr. Onluq kəsr.

KƏSRƏ (ID - 21114)

is. [ər.] Ərəb əlifbasında “i” saitini əvəz edən və hərfin altında qoyulan “^” işarəsinin adı; zir.

KƏSRƏT (ID - 21115)

is. [ər.] Çoxluq. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudələşmək və yorulmuş bədənimi köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Ə.Haqverdiyev. Münəvvər xanım kəsrəti-ələmdən...

KƏSRƏTLİ (ID - 21116)

sif Çox, çoxlu, bollu; saysızhesabsız: Qüvvətlidir Şərq əhli, həm kəsrətli; Saqın, qardaş, davran çox ehtiyatlı. A.Səhhət.

KƏSRİ (ID - 21117)

[ər.] bax kəsrli.

KƏSRLİ (ID - 21118)

sif. riyaz. Təkcə tamlardan ibarət olmayan, kəsri olan. Kəsrli ədəd.

KƏSTANƏ (ID - 21119)

is. [əsli yun.] Şabalıd. [Xədi cənin] nəzər-diqqətini cəlb edən bir işi vardısa, o da həddindən fəzlə gur kəstanə rəngli saçları idi. S.Hüseyn. [Muxtarla xanımı] ..yasəmən və kəstanə çiçəklərinin rayihəsi əhatə etdi....

KƏŞF (ID - 21120)

is. [ər.] 1. Əvvəlcə məlum olmayan bir şeyi tapıb meydana çıxarma. Ibtidai insanlar tərəfindən odun kəşfi. Amerikanın kəşfi. Yeni neft yataqlarının kəşfi. - [Fərhadoğlu:] Biz bu mədən sularının kəşfində böyükhəyat mənası...

KƏŞFİYYAT (ID - 21121)

is. [ər. “kəşf” söz. cəmi] Hər hansı bir məlumat əldə etmək məqsədilə aparılan tədqiq, ya yoxlama işləri. Faydalı qazıntılar kəşfiyyatı. Neft kəşfiyyatı. - [Sadıqzadə:] Bax, bütün bu arada buruqlar qoyulacaq, kəşfiyyat...

KƏŞFİYYATÇI (ID - 21122)

is. 1. Kəşfiyyata göndərilmiş, kəşfiyyatda olan hərbi qulluqçu (bax kəşfiyyat 2-ci mənada). Saday hissənin ən məşhur kəşfiyyatçılarından biri sayılırdı. M.Hüseyn. Vəziyyətdən aydın idi ki, Orucov alman kəşfiyyatçısı ilə...

KƏŞFİYYATÇILIQ (ID - 21123)

is. Kəşfiyyatçının işi, sənəti. Teymur müəllim .. öz maraqlı hekayələri ilə şagirdlərin qəlbində səyyahlığa, kəşfiyyatçılığa böyük həvəs oyatmışdır. Ə.Sadıq.

KƏŞKÜL (ID - 21124)

is. [fars.] köhn. Hind qozunun qabığından qayrılıb dərviş və qələndərlərin əllərində gəzdirdikləri və diləndikləri şeyləri içinə qoyduqları qab. Nökər isə dərvişə yaxınlaşıb bir tümən onun kəşkülünə atdı. M.S.Ordubadi....

KƏŞMİR(İ) (ID - 21125)

bax kişmir(i). ..Artırır zər, tafta, tül o cəlalı; Zəri, tirmə, atlas, həm kəşmir şalı. Şəhriyar.

KƏTAN (ID - 21126)

is. [ər.] 1. Saplağından toxunmaya yarar lif, toxumlarından isə yağ əldə edilən ot-bitki. Kətan əkini. Kətan tarlası. Yabanı kətan. Kətan toxumu. Kətan cecəsi.
Mənsiz kətan, kəndir verməz zəmilər; Çadırsız, yelkənsiz qalar...

KƏTANÇI (ID - 21127)

is Kətan əkib becərməklə məşğul olan adam.

KƏTANÇILIQ (ID - 21128)

is. Kətan əkib becərmə işi.

KƏTƏ (ID - 21129)

is. I. Göyərti qutabı. [Mahmud:] Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamın ağzının suyu axır. Ə.Haqverdiyev. [Qarı:] Anam mənə dedi ki, qızım, səhərdən dur, üzünü yu, adla o taydakı bulaq başından pencər yığ...

KƏTƏBƏ (ID - 21130)

b a x kitabə. [Mirzə] çinilər ilə müzəyyən, divarlarında əlvan kətəbələr asılmış .. bir otağa daxil oldu. Çəmənzəminli.

KƏTƏMƏZ (ID - 21131)

is. Yeni doğmuş heyvanın ilk südündən bişirilmiş yemək. Xəmirinə süd, şəkər, yumurta, yağ qatılaraq bişirilən girdə şirin çörək.

KƏTXUDA (ID - 21132)

is. tar. Keçmişdə Azərbaycan kəndlərində əhali tərəfindən seçilən və kəndin inzibati işlərini idarə edən şəxs. [Atlıların başçısı ev sahibinə:] Zəncandan gəlirik, ey kətxuda, yolda yubandıq. Dağlarda çovğundur. Izin...

KƏTXUDALIQ (ID - 21133)

is. Kətxudalıq vəzifəsi, işi.

KƏTİL (ID - 21134)

is. 1. Söykənəcəyi olmayan sadə stul, kürsü; taburet. ..Şərəfoğlu ağ kətili taxtın yanına çəkib, əlini Rüstəm kişinin başına qoydu. M.İbrahimov. Bucaqda yükün bir tərəfindəpaltar-palaz, qab-qacaq, o biri tərəfində kətil...

KƏTMƏN (ID - 21135)

is. Alaq vurmaq, torpağı yumşaltmaq üçün kənd təsərrüfatı aləti. Qızlar, gəlinlər də çiynində kətmən; Deyib gülə-gülə dağıldı çölə. S.Vurğun. Qışın şaxtasında, boranında, yayın göydən od ələyən uzun günlərində...

KƏTMƏNÇİ (ID - 21136)

sif Kətmənlə işləyən adam, qadın. Kətmənçi dəstəsi.

KƏTMƏNLƏMƏ (ID - 21137)

"Kətmənləmək” dən f.is. ..Pambığınyavaş-yavaş çiçək açmasına baxmayaraq, hələ kətmənləmə qurtarmamışdı. İ.Şıxlı.

KƏTMƏNLƏMƏK (ID - 21138)

f Kətmənlə alağı təmizləmək, yaxud kəsəkləri xırdalamaq, torpağı yumşaltmaq. Sahəni kətmənləmək.

KƏTMƏNLƏNMƏ (ID - 21139)

"Kətmənlənmək” dən f.is.

KƏTMƏNLƏNMƏK (ID - 21140)

məch. Kətmənlə vurulmaq (alaq), yumşaldılmaq (torpaq).

KƏTMƏNLƏTDİRMƏ (ID - 21141)

"Kətmənlətdirmək” dən f.is.

KƏTMƏNLƏTDİRMƏK (ID - 21142)

bax kətmənlətmək.

KƏTMƏNLƏTMƏ (ID - 21143)

"Kətmənlətmək” dən f.is.

KƏTMƏNLƏTMƏK (ID - 21144)

icb. Kətmənlə alağı vurdurmaq, torpağı yumşaltdırmaq.

KƏVAKİB (ID - 21145)

[ər. “kövkəb” söz cəmi] klas. Ulduzlar. Zülmət ziyayə oldu qalib; Yandırdı məşailin kəvakib. Füzuli. Bütün kəvakibi birbir öz adları ilə sayırlar; Ki, seyr edir hərəsi hər zaman bu boyda, bu boyda. M.Ə.Sabir.

KƏVƏLƏ (ID - 21146)

is. zool. Bataqlıqda yaşayan uzundimdik quş.

KƏVƏR (ID - 21147)

KƏYAN (ID - 21148)

is. [fars.] klas. İran şahlarına verilən ümumi ad. [Nüşabə:] Bu kəyan bayrağı, bu da bir tuğra; Keyqubad möhrü də vurulmuş bura. A.Şaiq.

KƏZZAB (ID - 21149)

is. [ər.] köhn. Yalançı, yalan danışan.

KIRIXMA (ID - 21150)

"Kırıxmaq” dan f.is.

KIRIXMAQ (ID - 21151)

bax karıxmaq. Ya nə vicdanə digər bir işə çulğaşdı yetim; Hərə bir hoqqa çıxartdız, kırıxıb çaşdı yetim. M.Ə.Sabir. Sənin kimi mən də bir az kırıxdım. R.Rza.

Kİ1 (ID - 21152)

bağl. 1. Baş cümlə ilə budaq cümlələri bir-birinə bağlayır. Elə yavaş danışır ki, eşitmək olmur. Elə dumandır ki, göz gözü görmür. - Səkinə yaxşı bilirdi ki, son zamanlar qızının .. nəbzi əvvəlkilər kimi vurmur. M.İbrahimov....

Kİ2 (ID - 21153)

Aşağıdakı mənalarda və hallarda işlədilən ədat.
Sual cümlələrinin sonunda gələrək, xəbərə aid olur, xəbərin və ya ümumiyyətlə, cümlənin mənasındakı sualı qüvvətləndirir. Ay Xanpəri, daha biz niyə dayanmışıq...

KİBERNETİKA (ID - 21154)

is. [yun.] İdarə sistemləri, üsul və vasitələri haqqında elm.

KİBR (ID - 21155)

is. [ər.] Özünü hamıdan üstün tutma, başqalarına yüksəkdən baxma; lovğalıq, məğrurluq; lovğalanma, qürurlanma, təşəxxüs. Nazı çox, qəmzəsi bol, kibri də var dilbərimin. Ə.Nəzmi. Kibridən qəlbində bərkitmə barı; Top...

KİBRİT (ID - 21156)

is. [ər.] Od almaq üçün ucunda kükürd olan nazik çubuq. Kibrit qutusu. Azad kibrit işığında onun sarı bənizini, tutqun firuzə gözlərini, hətta üzündəki çilləri bulaşıq bir şəkildə zor-güc seçə bildi. A.Şaiq. Uzaqda alışan...

KİBRİTQABI (ID - 21157)

is. Kibrit çöpləri qoyulan balaca qutu. // Həmin qutunun üstünə geydirilən metal və s. materialdan qapaq.

KİBRLƏNMƏ (ID - 21158)

“Kibrlənmək” dən f.is.

KİBRLƏNMƏK (ID - 21159)

f Kibrli olmaq; lovğalanmaq, təşəxxüslənmək.

Bu səhifə 185 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif