Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KÜLƏKSİZ (ID - 22560)

sif. 1. Külək olmayan, sakit. Küləksiz hava.
2. Külək tutmayan, külək olmayan. Küləksiz yer.

KÜLƏKSİZLİK (ID - 22561)

is. Küləksiz yerin və ya havanın halı, xüsusiyyəti.

KÜLƏKTUTAN (ID - 22562)

sif. Daim külək olan, küləyə məruz qalan. Evin küləktutan tərəfi.

KÜLƏŞ (ID - 22563)

is. 1. Taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman. Dəni küləşdən ayırmaq. Damı küləşlə örtmək. - Məşədi Ağakişi əlində yaba küləşi eşələyib qarışdırır. Məmmədquluzadə. Məktəb binası köhnə, üstü...

KÜLƏŞDOĞRAYAN (ID - 22564)

is. Küləşi doğrayıb saman halına salan maşın. // Sif. mənasında. Küləşdoğrayan maşın.

KÜLƏŞLƏMƏ (ID - 22565)

“Küləşləmək” dən f.is.

KÜLƏŞLƏMƏK (ID - 22566)

f Küləşlə örtmək; üstünə küləş salmaq, küləş döşəmək. Tövlənin damını küləşləmək.

KÜLƏŞLƏNMƏ (ID - 22567)

“Küləşlənmək” dən f.is.

KÜLƏŞLƏNMƏK (ID - 22568)

məch. Küləşlə örtülmək, üstünə küləş salınmaq, küləş döşənmək. Daxmanın damı küləşlənib.

KÜLƏŞLƏTMƏ (ID - 22569)

“Küləşlətmək” dən fis.

KÜLƏŞLƏTMƏK (ID - 22570)

f Üstünü küləşlə örtdürmək, üstünə küləş saldırmaq (döşətmək). Damı küləşlətmək.

KÜLƏŞLİ (ID - 22571)

sif. 1. Küləşi olan. Hətəm dayı .. küləşli taxıl yerlərinə baxırdı. Mir Cəlal.
2. Küləşlə örtülmüş, küləş qoyulmuş yaxud küləşlə doldurulmuş. Küləşli çardaq. - Çaydan sonra yatışdıq. Mən də qeyri dustaqlar...

KÜLƏŞLİK (ID - 22572)

is. Küləş olan yer, küləş, tökülmüş yer; kövşənlik. Biçilmiş tarlaların küləşliyindən bildirçinlərin .. səsləri gəlirdi. Axundov.

KÜLFƏ (ID - 22573)

is. İşıq düşmək üçün tikilinin (əsasən, dəyənin) damında baca, işıq yeri; işıqlıq.

KÜLFƏT (ID - 22574)

is. [ər.] 1. Bax ailə 1-ci mənada. Bir külfətdə dörd nəfər uşaq var.. C.Məmmədquluzadə. [Qafar:] Pinəçilik edib yeddi baş külfətin ruzisini bir tövr ilə qazanıram. Axundov. [Molla Qurban:] Bəy yanında alnıaçıq, külfət yanında...

KÜLFƏTARASI (ID - 22575)

sif Ailə daxilində baş verən, ailədə olan. Külfətarası söhbət.

KÜLFƏTLİ (ID - 22576)

sif Külfəti olan, arvad-uşağı olan; ailəli. Külfətli adam.

KÜLFƏTLİKLƏ (ID - 22577)

zərf Bütün ailə birlikdə, bütün külfət bir yerdə; ailəliklə. Külfətliklə gəzməyə getmək.

KÜLFƏTSİZ (ID - 22578)

sif. Külfəti, ailəsi olmayan, arvad-uşağı olmayan, evli olmayan; ailəsiz.

KÜLFƏTSİZLİK (ID - 22579)

is. Külfəti, ailəsi, arvaduşağı olmama; külfəti olmayan adamın halı.

KÜLXAN (ID - 22580)

is. [fars.] köhn. 1. Odunla qızdırılan hamamın odluğu, ocağı. Külxanı təmizləmək. - Bir yetim Tifdi baldırı açıq, başı keçəl; Mənzili şamü-səhər köhnə hamam külxanı. S.Ə.Şirvani.
2. Bax külxançı. Mənim üçün...

KÜLXANA (ID - 22581)

[fars.] bax külxan 1-ci mənada. Ata-ana sözünə baxmayan külxanada yatar. (Ata. sözü).

KÜLXANAÇI (ID - 22582)

bax külxançı. Yaşıllaşmaqda olan düzlükdən ara-sıra ötən qatarlar tüstülü kösöv gəzdirən külxanaçılara bənzəyirdi. Mir Cəlal.

KÜLXANÇI (ID - 22583)

is. köhn. Külxanada işləyən adam, hamam ocaqçısı.

KÜL-KÜLFƏT (ID - 22584)

top. Ailə, külfət, ailə üzvləri (hamı bir yerdə). Kül-külfəti bir yerə yığmaq. - Arvadlar.. sarı keçinin ağuza oxşayan sarı südündən bir kasa alıb aparar, evdə kül-külfət üskük-üskük bölüşüb tamsınatamsına içərdi....

KÜLQABI (ID - 22585)

is. Papiros külünü və kötüyünü tökmək üçün xüsusi qab. Yusif papirosu axıra qədər sümürüb külqabıya atdı. B.Bayramov. Külqabı siqaret kötükləri ilə dolmuşdu. İ.Hüseynov.

KÜLL (ID - 22586)

[ər.] 1. Bütün, cümlə, cəmi; bütöv, tam halda; ümum, ümumiyyətlə. Bir küll halında. - Bəli, biz burada Mozalan kəndinin xəstəliyi olan sümük azarından - yəni xəbərçiliyin hamısından yox, əsla küllisini yox, cüzisini yazmaq...

KÜLLƏMƏ (ID - 22587)

1. “Külləmək” dən f.is.
sif. Qaynar kül içərisində bişirilmiş. Külləmə kartofi.

KÜLLƏMƏK (ID - 22588)

f 1. Kül tökmək, kül sərmək. Ləkləri külləmək. Ağacların dibini külləmək.
Lavaşı yandırmamaq üçün saca, hisdən qorumaq üçün qazana və s.-yə küllü palçıq yaxmaq, sürtmək. Qazanı külləmək. - ..Ana saç külləyib...

Küllə (ID - 22589)

sürtmək, küllə təmizləmək. Samovarı külləmək. Mis qazanları külləmək.

KÜLLƏNMƏ (ID - 22590)

“Küllənmək” dən f.is.

KÜLLƏNMƏK (ID - 22591)

məch. 1. Üstünə kül tökülmək, külə batmaq, küllə dolmaq. Xörək küllənmişdi.
qayıd. Külə dönmək, kül olmaq. Ocaqda kömür külləndi. - Kabab ocağının közü küllənməyə başladı. Ə.Vəliyev. Hamı dağılışdı. Ocaq...

KÜLLƏŞMƏ (ID - 22592)

“Külləşmək” dən f.is.

KÜLLƏŞMƏK (ID - 22593)

f Yanıb külə dönmək, yanıb kül olmaq. Köz külləşdi.

KÜLLİ (ID - 22594)

sif [ər.] Saysız-hesabsız, çoxlu, çox. Külli zərər. Külli məbləğ. Külli miqdar. Külli qoşun.

KÜLLİYYAT (ID - 22595)

is. [ər.] Bir yazıçı və ya alimin çap edilmiş bütün əsərlərinin toplusu. M.F.Axundzadənin külliyyatı.

KÜLLÜ (ID - 22596)

sif. 1. Külə bulaşmış, külə batmış, içində kül olan. Küllü çörək.
2. Tərkibində kül olan. Bitkiləri küllü su ilə dezinfeksiya etmək.

KÜLLÜK (ID - 22597)

is. 1. Kül tökülən yer. Toyuqlar küllükdə eşələnir. - Külü küllükdən götür. (Ata. sözü). Zibil təpə olsa, küllük dağ olmaz; Yel əsəndə alçaqlara endirər. Aşıq Abbas. Kəndin qırağındakı küllükdən keçib çayı adlamalı...

KÜLMƏ1 (ID - 22598)

is. zool. Siyənək fəsiləsindən yeyilən balıq.

KÜLMƏ2 (ID - 22599)

is. məh. Yaş baramanı sıxıb qurutmaq üçün çən.

KÜLRƏNGİ (ID - 22600)

sif. Kül rəngində olan; boz.

KÜLTƏMİZLƏYƏN (ID - 22601)

sif. xüs. Külü təmizləməyə xidmət edən. Kömür tökülən baca, kültəmizləyən bacadan bir qədər hündürdə olur.

KÜLÜ (ID - 22602)

sif 1. k.t. Bozumtul-ağ. Külü torpaq.
2. Kül rəngində olan, kül rənginə çalan; boz, külrəngi. Külü parça. Külü corab.

KÜLÜNG (ID - 22603)

is. Daş çıxarma və torpaq qazıma işlərində istifadə edilən bir ucu sivri, o biri ucu isə enli alət. Külünglə yer qazımaq. Külüngə dəstə vurmaq. - Əhməd .. bir külüng gətirib evin küncünə atdı. Ə.Haqverdiyev. Şahnisə xanımın...

KÜLÜNGÇÜ (ID - 22604)

is. Külünglə işləyən, külüng işlədən, torpaq qazıyan fəhlə. Külüngçülər başladılar minarənin dibini qazımağa. “Koroğlu”.

KÜLÜNGLƏMƏ (ID - 22605)

“Külüngləmək” dən f.is.

KÜLÜNGLƏMƏK (ID - 22606)

f Külünglə qazımaq, külünglə əzmək (torpağı, kəsəyi və s.-ni). [Qadir] ..bir az o yanda torpaq qazıyanlara yaxınlaşıb yeri külüngləməyə başladı. Ə.Əbülhəsən.

KÜLÜNGLƏNMƏ (ID - 22607)

“Külünglənmək” dən f.is.

KÜLÜNGLƏNMƏK (ID - 22608)

məch. Külünglə qazılmaq, külünglə əzilmək (torpaq, kəsək və s.). Bağ külünglənmişdi.

KÜLÜF (ID - 22609)

is. Dağ, qaya dibində oyuq yer, balaca mağara. Ay Pası, kafir çoxdan bizim yuxarı qayanın külüfündə yaşayır. S.Rəhimov.

Bu səhifə 148 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<