İzahlı lüğət

KÜT1

sif 1. Kəsməyən, iti olmayan, kəsəri olmayan. Küt bıçaq. Küt balta. - [Qulu:] Bu elə kütdür ki, heç yer də qazmaz. S.S.Axundov. Qurd .. dişlərilə onu küt kəlbətin kimi sıxıb qançır etmişdi. M.Rzaquluzadə.
məc. Kütbeyin, gec başa düşən, zehinsiz, dərrakəsiz, fərasətsiz, qanmaz, qavrama
qabiliyyətindən məhrum. Küt adam. - Yaman qonşu, küt oğul; Qov yanından, xətadır. (Ata. sözü). O küt münəqqidi bir salın başa; Ömründə bir dəfə qoy adam olsun! M.Rahim. // İs. mənasında. Kütün biridir.
Bax boğuq 2-ci mənada. Küt tüfəng səsi. - ..Ayaq üstündə çürümüş iri ağacın yıxılmasına bənzər küt bir xırıltı eşidildi. Bayramov. Küt bir güllə səsi eşidildi. İ.Hüseynov.
məc. Kəskin olmayan, o qədər də hiss edilməyən (ağrı, sancı və s. haqqında). [Xan] alnında küt bir sancı duydu, başı gicəldi. M.Rzaquluzadə. [Bəhlul:] Özümdən asılı olmayaraq, ürəyimdə küt bir ağrı hiss eləyirdim. B.Bayramov.
məc. İfadəsiz, mənasız, heç bir şey ifadə etməyən. Küt nəzər. - Hacının gözündə küt və vahimə ilə dolu bir ifadə hakim idi. M.İbrahimov. Bu küt baxışlı, yekəpər bir oğlan idi. H.Seyidbəyli.
□□ Küt bucaq - həndəsədə: düz bucaqdan böyük bucaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed