ZE+education
kitab_satishi+600x100
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

KİRƏCLƏMƏK (ID - 21360)

f. 1. Kirəclə örtmək, suvamaq.
2. Üstünə kirəc (gips) sarğısı qoymaq; gipsləmək (sınıq yeri).

KİRƏCLƏNMƏ (ID - 21361)

“Kirəclənmək” dən f.is.

KİRƏCLƏNMƏK (ID - 21362)

məch. 1. Kirəclə örtülmək (suvanmaq), kirəc vurulmaq.
2. Üstünə kirəc (gips) sarğısı qoyulmaq; gipslənmək.

KİRƏCLƏŞMƏ (ID - 21363)

“Kirəcləşmək” dən f.is.

KİRƏCLƏŞMƏK (ID - 21364)

f. Kirəc halına gəlmək.

KİRƏCLİ (ID - 21365)

sif Tərkibində kirəc olan. Kirəcli su. Kirəcli torpaq.

KİRƏÇİ (ID - 21366)

1. B a x kirənişin. Mirzə Qədir evindəki kirəçilərdən heç birini dışarı çıxara bilməyəcəkdi. S.Hüseyn.
2. B a x kirəkeş.

KİRƏÇİLİK (ID - 21367)

b a x kirəkeşlik. Qəhrəman muzdurluq, kirəçilik edərdi. Ə.Vəliyev.

KİRƏDAR (ID - 21368)

[fars.] köhn. bax kirənişin.

KİRƏKEŞ (ID - 21369)

[fars.] köhn. Haqq müqabilində başqası üçün at, araba və s. ilə yük daşıyan adam; kirəçi. [Gəmiçi:] Sözüm yoxdur, biz kirəkeş babayıq. M.Rzaquluzadə.

KİRƏKEŞLİK (ID - 21370)

is. köhn. Kirəçinin peşəsi, işi, məşğuliyyəti; kirəçilik.

KİRƏLƏMƏ (ID - 21371)

"Kirələmək” dən f.is.

KİRƏLƏMƏK (ID - 21372)

f Kirə ilə tutmaq, kirə etmək; kirayələmək. Ev kirələmək. At kirələmək.

KİRƏLƏNMƏ (ID - 21373)

“Kirələnmək” dən f.is.

KİRƏLƏNMƏK (ID - 21374)

məch. Kirə edilmək, kirə ilə tutulmaq; kirayələnmək.

KİRƏLİ (ID - 21375)

sif Kirə ilə tutulmuş, kirayə verilmiş. Kirəli ev. Kirəli dükan.

KİRƏLİK (ID - 21376)

is. Kirə ilə tutma. Özününkün verib yarılığa; Özgədən tutub kiralığa. (Ata. sözü).

KİRƏMİT (ID - 21377)

is. [yun.] Damların üstünü örtmək üçün gil, ya sementdən hazırlanan novşəkilli lövhəcik. Kirəmit zavodu. // Kirəmitdən, kirəmitlə örtülmüş. Küçələrin o tərəfbu tərəfində qırmızı kirəmit, dəmir taxtapuşlu ağ evlər...

KİRƏMİTBİŞİRƏN (ID - 21378)

is. Kirəmit karxanası işçisi.

KİRƏMİTÇİ (ID - 21379)

is. Kirəmit ustası; kirəmitbişirən.

KİRƏMİTLİ (ID - 21380)

sif. Kirəmitlə örtülmüş. Kirəmitli dam. - İskəndər kişi də [Səlim müəllimi] kəndin düz ortasında tikilmiş, yumru təpə yanındakı sarı kirəmitli məktəbə qədər ötürdü. M.Hüseyn. [Züleyxa] birmərtəbəli üstü qırmızı...

KİRƏNİŞİN (ID - 21381)

is. [fars.] Bir evdə kirə ilə yaşayan adam, mənzil kirə etmiş şəxs; kirəçi, kirayənişin.

KİRİDİLMƏ (ID - 21382)

"Kiridilmək” dən f.is.

KİRİDİLMƏK (ID - 21383)

məch. Səsi kəsdirilmək; susdurulmaq.

KİRİKMƏK (ID - 21384)

bax kirimək.

KİRİMƏ (ID - 21385)

“Kirimək” dən f.is.

KİRİMƏK (ID - 21386)

f 1. Səsini kəsmək, susmaq, dinməmək. Uşaqlar kiridilər. - Ölüsü ölən kiridi, yasa gələn kirimədi. (Ata. sözü). Şirin sözlərinin çox müştaqiyəm; Danışmayıb kiriməyin nədəndir? M.P.Vaqif. [Tubu:] İndiyəcən oğlu ölən...

KİRİMİŞCƏ (ID - 21387)

zərf Sakitcə, susmuş halda, səsini çıxarmadan, sakit-sakit, dinmədən, dinməz-söyləməz. Molla Nəsrəddin də bir tərəfdə kirimişcə oturub qulaq asırmış. “M.N.lətif.” [Koroğlu] gördü kişi kirimişcə durub maddım-maddım baxır...

KİRİŞ (ID - 21388)

is. 1. Möhkəm ip. Dəmirçioğlu başa düşdü ki, onun qollarını mumlu kirişlə bağlayıblar. “Koroğlu”.
2. Ox yayının iki ucuna tarım bağlanan ip. Kirişi çəkmək. - Xan üçhaçalı bir oxu kirişə qoydu, .. oxu atıb gözlərini...

KİRİŞÇİ (ID - 21389)

is. Kiriş hazırlayan usta.

KİRİŞLƏMƏ (ID - 21390)

“Kirişləmək” dən f.is.

KİRİŞLƏMƏK (ID - 21391)

f Kiriş çəkmək.

KİRİŞMƏ (ID - 21392)

“Kirişmək” dən f.is.

KİRİŞMƏK (ID - 21393)

qarş. Kirimək (çoxları haqqında). [Ana və gəlin] kirişəndə qızlar ağladı, qonaqlar ağladı. Çəmənzəminli.

KİRİTMƏ (ID - 21394)

“Kiritmək” dən f.is.

KİRİTMƏK (ID - 21395)

icb. 1. Susdurmaq, sakitləşdirmək, səsini kəsməyə məcbur etmək.
2. Sakit etmək, ovundurmaq. [Pərzad Telliyə:] Onda bir parça çörək ver, uşaqları hələ kiridim, sonra gələrik. Çəmənzəminli. [Dərviş:] Ürək verib Ruqiyyəni...

KİRKİRƏ (ID - 21396)

is. Əldəyirmanı. □ Kirkirə kimi - dəyirman kimi. Şahpərinin çənəsi kirkirə kimi üyüdür, Yusifə dillənmək üçün macal vermirdi. B.Bayramov.

KİRKİ(T)1 (ID - 21397)

is. xüs. Xalça toxunarkən ilməklərini sıxlaşdırmaq üçün işlədilən alət; daraq, həvə.

KİRKİT2 (ID - 21398)

sif Qabığı çox bərk olmayan (qoz, badam və s. haqqında). Qoz sortları
meyvə qabığının bərkliyinə görə üç cür olur: yumşaq və ya nazikqabıqlı - buna kağızı qoz, qabığı orta bərklikdə olana kirkit qoz, qabığı çox...

KİRKİTLƏMƏ (ID - 21399)

“Kirkitləmək” dən f.is.

KİRKİTLƏMƏK (ID - 21400)

f Kirkitlə ilməklərini sıxlaşdırmaq, kirkit vurmaq. Xalçanı kirkitləmək.

KİRKİTMƏ (ID - 21401)

“Kirkitmək” dən fis.

KİRKİTMƏK (ID - 21402)

b a x kirkitləmək.

KİRLƏNDİRİLMƏ (ID - 21403)

“Kirləndirilmək” dən f.vs.

KİRLƏNDİRİLMƏK (ID - 21404)

məch. Çirkləndirilmək.

KİRLƏNDİRMƏ (ID - 21405)

“Kirləndirmək” dən f.is.

KİRLƏNDİRMƏK (ID - 21406)

bax kirlətmək. Paltarı kirləndirmək.

KİRLƏNMƏ (ID - 21407)

“Kirlənmək” dən f.is.

KİRLƏNMƏK (ID - 21408)

f Çirklənmək, kirli hala gəlmək. Tərdən yaxası kirləndi. Üst-başı kirləndi.

KİRLƏNMİŞ (ID - 21409)

f.sif. Çirklənmiş, kirli, çirkli. Sonra da kirlənmiş biryaylıq kimi; Atılmış o bizim yazıq analar. S.Vurğun.

Bu səhifə 196 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.