Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KİFT (ID - 21210)

is. [fars.] köhn. Sifilis. Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kift azarına mübtəla olubmuş. N.Nərimanov.

KİLƏ (ID - 21211)

is. 1. Altı kiloqrama bərabər köhnə ağırlıq ölçüsü. İki kilə arpa.
2. İkigözlü taxta tərəzi.

KİLİD (ID - 21212)

is. [fars.] 1. Qıfıl. Asma kilid. - Siyirmə kilidlər biləkdən yoğun; Asılmış qıfıllar buğunbəbuğun. H.K.Sanılı. Dağa çıxaq, düzə enək, göyə dırmanaq; Yolumuzun kilidi bir, açarı birdir. M.Araz.
2. Qapını bağlamaq üçün...

KİLİDLƏMƏ (ID - 21213)

1. “Kilidləmək” dən f.is.
2. B a x qıfılbənd 2-ci mənada. [Muzdur] saz çalmasa da, çalğı tanıyan, havacatdan, gözəlləmədən, kilidləmədən, deyişmədən başı çıxan bir oğlandı. Ə.Əbülhəsən.

KİLİDLƏMƏK (ID - 21214)

f Kilidlə bağlamaq. Əmiraslan .. Nurəddini çomaq ilə döyüb anbara saldı və ağzını kilidləyib getdi. S.S.Axundov. Məşədibəy birdən qalxıb kabinetinin qapısını kilidlədi. M.Hüseyn. Şəkər qapını tez kilidləyib həkimin arxasınca...

KİLİDLƏNMƏ (ID - 21215)

“Kilidlənmək” dən f.is.

KİLİDLƏNMƏK (ID - 21216)

məch. 1. Kilid vurulmaq, kilidlə bağlanmaq. Qapı kilidlənmişdi. Evin qapısı dışarıdan kilidlənmişdi. M.Hüseyn.
məc. Bərk, möhkəm qapanmaq; açılmamaq. Göz qapaqları kilidlənmək. - ..[Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı...

KİLİDLƏTMƏ (ID - 21217)

“Kilidlətmək” dən f.is.

KİLİDLƏTMƏK (ID - 21218)

icb. Kilidlə bağlatmaq. Qapıları kilidlətmək.

KİLİDLİ (ID - 21219)

sif Kilid vurulmuş, kilidlə bağlanmış; bağlı. Kilidli qapı. Darvaza kilidlidir. - Balacayev əlini stola atıb güclə ayağa qalxdı. Qapı kilidli idi. S.Rəhimov.

KİLİM (ID - 21220)

is. [fars.] Yun və ya pambıqdan toxunan zolaqlı, xovsuz palaz növü. Kilimə bürün, el ilə sürün. (Ata. sözü). Qadınların
kimisi yun darayır, ip əyirir, kimisi xana qurub kilim toxuyurdu. A.Şaiq.

KİLİMARASI (ID - 21221)

is. Qədim xalq oyun növü.

KİLİMÇƏ (ID - 21222)

is. Balaca kilim. [Yasavulu] qaldırıb pəncərənin qabağında, üzərinə sürtük kilimçə salınmış, qılçaları laxlayan çarpayının üstünə uzatdılar. S.Rəhimov.

KİLİMÇİ (ID - 21223)

is. Kilim toxuyan və ya satan adam.

KİLİMÇİLİK (ID - 21224)

is. Kilimçinin işi, peşəsi, sənəti.

KİLKƏ1 (ID - 21225)

is. 1. Bir-birinə qarışmış, dolanmış, pırtlaşıq saç, tük, yun, sap, ip və s. Saçı kilkə kimi pırtlaşmaq. - Ikinci qız Nərgizə: Dayan, bu saat sənin kilkələrini yolaram. Ə.Məmmədxanlı. Qarı Mahmudun kilkə kimi pırtlaşmış...

KİLKƏ2 (ID - 21226)

is. [rus.] zool. Siyənəkkimilər ailəsinə mənsub xırda balıq növü.

KİLKƏBAŞ (ID - 21227)

sif. dan. Daim saçları pırtlaşıq olan. Kilkəbaş qız.

KİLKƏLƏNMƏ (ID - 21228)

"Kilkələnmək” dən f.is.

KİLKƏLƏNMƏK (ID - 21229)

f Kilkə düşmək, düyün düşmək, pırtlaşmaq. [Arvadın] saçları pırtlaşıb kilkələnmiş, üstü-başı parça-parça olmuşdu. (Qəzetlərdən).

KİLKƏLƏŞMƏ (ID - 21230)

"Kilkələşmək” dən f.is.

KİLKƏLƏŞMƏK (ID - 21231)

1. B a x kilkələnmək.
2. qarş. Bir-birinin kilkəsini yolmaq; saçlaşmaq.

KİLKƏLİ (ID - 21232)

sif Kilkəsi olan (saç, yun və s. haqqında). Kilkəli baş. - Ancaq Aqil üçün, bənizinə yeni qan gələn zəif vücudlu, sarı kilkəli körpəni tərpətmək dağlar qədər ağır gəlirdi. S.Rəhimov.

KİLKƏSAÇ (ID - 21233)

sif Saçı kilkəli, pırtlaşıq. Kilkəsaç uşaq. Kilkəsaç qız.

KİLKƏŞİK (ID - 21234)

sif Dolaşıq, pırtlaşıq, qarışıq.

KİLO (ID - 21235)

bax kiloqram. [Qədirin] yüz on səkkiz kilo ağırlığı olduğuna baxmayaraq, toylarda tərəkəmə oynayır, atı qızğın çapaçapa duşüb minirdi. İ.Əfəndiyev.
kilo... [fr.] Ölçü sistemində min kiçik vahidi ifadə edən mürəkkəb...

KİLOQRAM (ID - 21236)

[fr. kilo və yun. gramma] 1000 qrama bərabər çəki ölçüsü.

KİLOQRAMLIQ (ID - 21237)

is. 1. Bir kiloqram ağırlığında olan çəki daşı. Kiloqramlığı tərəziyə qoymaq. Kiloqramlığı bəri ver.
Saylardan sonra gələrək şeyin neçə kiloqramdan ibarət olduğunu bildirir. 5 kiloqramlıq ət.

KİLOQRAMMETR (ID - 21238)

[fr. kilo, yun. gramma və metron] 1 kiloqram ağırlığında cismi
metr yüksəkliyə qaldırmaq üçün görülən işin ölçü vahidi.

KİLOMETR (ID - 21239)

[fr. kilo və yun. metron] 1000 metrə bərabər, məsafəsi 1000 metr olan uzunluq ölçüsü. Rüstəmin yaşadığı Səfalı kəndinin dəmir yolu ilə 20 dəqiqəlik, dəmir yolundan sonra da 2 kilometr yolu var idi. T.Ş.Simurq. Buradan Güneyqışlağa...

KİLOMETRAJ (ID - 21240)

[fr. kilo və metrage] Kilometrlə göstərilən məsafə.

KİLOMETRLİK (ID - 21241)

is. Saylardan sonra gələrək məsafənin neçə kilometrdən ibarət olduğunu bildirir. Gorusun bir neçə kilometrliyində Nəbi Qarabağa gedən tacirlərə rast gəlir. “Qaçaq Nəbi”. Fərmanın qış binası kəndin on kilometrliyində yerləşmişdi....

KİLOVAT (ID - 21242)

[fr. kilo və ing. xüs. is.-dən] fiz. 1000 vata bərabər olan elektrik cərəyanının güc vahidi.

KİLOVAT-SAAT (ID - 21243)

[fr. kilo ing. xüs. is. və ər. saat] fiz. 1 kilovat gücündə elektrik cərəyanının 1 saat ərzində gördüyü işə bərabər olan elektrik cərəyanı vahidi.

KİLSƏ (ID - 21244)

is. [əsli yun.] Xristian ibadətgahı, məbədi. Seçilir qülləli, uca kilsələr; Qələbə tağları baxır göylərə; Bəlkə bir binanı silkələsələr; Bir şəhər işığı tökülər yerə. M.Araz. Kilsə başı zəng olur; Səsdən adam...

KİM1 (ID - 21245)

əvəz. 1. Cümlədə sual mənasında işlənib, insan adlarını və insan təsəvvürü verən varlıqların adlarını əvəz edir; hansı adam. Kim gəlib? O sözü kim dedi? Bu gün kim növbə çəkəcək? - Uşaq mənimdir, baba, dəxli nədir...

KİM2 (ID - 21246)

klas. Bax ki. Xoş ol kəsə kim; Vel dolanıb, dağda çobandır; Asudə hamandır. M.Ə.Sabir.

KİMİ1 (ID - 21247)

qoş. 1. Bənzətmə və müqayisə bildirir. Ürəyi nanə yarpağı kimi əsir. - [Sultan bəy:] Mən bəy balası kimi qızımı arşın mal satana verəcəyəm? U.Hacıbəyov. Sanki göylərdə uçan quş kimiyəm; Sanki yerdən uçurulmuş kimiyəm....

KİMİ2 (ID - 21248)

əvəz. Bəzisi, kimisi (adətən iki və ya bir neçə cümlə qarşılaşdırıldıqda bölgü bildirmək üçün işlənir). Kimi xörək yeyir, kimi içir, kimi qəlyan, ya çubuq çəkir. Ə.Haqverdiyev. Kimi corab gətirdi; Kimi əlcək yetirdi....

KİMİCƏ (ID - 21249)

dan. bax kimi

KİMİSİ (ID - 21250)

b a x kimi. Hərə bu səsi bir cür qarşıladı; kimisi polis müdirinə yumruq göstərir, kimisi barmağı ilə hədələyir, kimisi ağacla qorxudur, kimisi gülür, kimisi də “kəs səsini!” - deyə bağırırdı. M.S.Ordubadi. Kimisi səngər...

KİM-KİMSƏ(NƏ) (ID - 21251)

is. Yaxın adam, dostaşna, qohum, qohum-əqrəba. Mənim səndən özgə yoxdur bir kəsim; Yüz kimin-kimsənən o ki var sənin. Q.Zakir. Yəqin Həpir ağıllanıb, kamil adam olub, bir də ki, .. şəhərdə kimkimsəsi yoxdur. Mir Cəlal.

KİMOQRAF (ID - 21252)

[yun. kyma - dalğa və grapho - yazıram] 1. Müxtəlif fizioloji proseslərin qrafik qeydi üçün cihaz.
2. Eksperimental fonetikada: səs əyrisini qeyd edən cihaz.

KİMONO (ID - 21253)

[yap.] 1. Yaponlarda xalat şəklində milli kişi və qadın geyimi.
2. Qolu xüsusi şəkildə biçilmiş qadın paltarı.

KİMSƏ (ID - 21254)

1. əvəz. Məlum olmayan şəxs, adam. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. Vaqif bir kimsə ki bizdən yaşına; Yəqin bil ki, bizlən olmaz aşina. M.P.Vaqif....

KİMSƏNƏ (ID - 21255)

əvəz. köhn. Bir adam, bir kəs, kimsə, bir şəxs. Yetişməz dadına heç bir kimsənə; Qalarsan naəlac, naçar, ağlarsan. M.V.Vidadi. Zalım fələk xub susayıb qanıma; Bir kimsənə yoxdur gələ yanıma. Q.Zakir.

KİMSƏSİZ (ID - 21256)

sif 1. Heç kəsi (yaxın qohumu, arxası, köməyi) olmayan; adamsız. Kimsəsiz uşaq. Kimsəsiz qadın. - [Araz] kimsəsiz, tək bir adam idi. A.Şaiq. Bu gün Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman. // İs. mənasında. Hər...

KİMSƏSİZLİK (ID - 21257)

is. 1. Kimsəsiz adamın halı; təklik, adamsızlıq. Bu gözlənilməz sədəqə Sürəyyanın ürəyini kimsəsizliyin dərin acısı ilə doldurdu. Ə.Məmmədxanlı. Dahi şairin böyük arzularla dolu qəlbi ümidsizliklə, kimsəsizliklə (z.)...

KİMYA (ID - 21258)

[ər. əsli yun.] 1. Maddələrin quruluşunu, habelə onların qarşılıqlı olaraq bir haldan digər hala keçməsini öyrənən elm. Nəzəri kimya. Kimya dərsliyi.
Bir şeyin keyfiyyətcə tərkibi. Neft kimyası. Qan kimyası.
məc. klas....

KİMYAÇI (ID - 21259)

is. 1. Kimya mütəxəssisi.
2. Kimya sənayesi işçisi.

Bu səhifə 137 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla