1
İzahlı lüğət - K hərfi ilə başlayanlar - H. 57
ZE+education
kitab_satishi+

İzahlı lüğət

KÜYÇÜ (ID - 22810)

sif. 1. Hay-küyçü, qara-qışqırıqçı, küy salan; bir işi, xəbəri şişirdən. Küyçü uşaq. - [Sirat:] [Veysi] mən heç belə küyçü bilməzdim! Ə.Əbülhəsən.
2. Gopçu, yalançı. [Xanlar] Ovçu tayfası elə küyçü olur, -...

KÜYÇÜL (ID - 22811)

bax küyçü.

KÜYÇÜLÜK (ID - 22812)

is. Küy salma, qara-qışqırıq salma, bir iş, hadisə və s.-ni həddindən artıq şişirtmə xasiyyəti. Mən o kəndin küyçülüyünü çoxdan bilirəm. Mir Cəlal.

KÜYÇÜLLÜK (ID - 22813)

bax küyçülük.

KÜY-KƏLƏKÇİ (ID - 22814)

is. Küy-kələk salan; qalmaqalçı, hay-küyçü, tez təşvişə düşən adam. [Sirat:] Çimnaz xala, yaxşı ki Veys də bir-iki günə gedəcək, ona hələ bir şey deməyin! O bir az küy-kələkçidir. Ə.Əbülhəsən.

KÜY-QALMAQAL, KÜY-KƏLƏK (ID - 22815)

is. Hay-küy, səs-küy, qalmaqal: qarışıqlıq, araqarışma. [Minbaşı:] Hərgah mənim imtahanıma etibarın varsa, artıq küy-qalmaqal lazım deyil. N.Vəzirov. Küy-kələk, bağırtı hədə və söyüş səsləri ətrafa yayıldı. P.Makulu....

KÜYLƏMƏ (ID - 22816)

“Küyləmək” dən f.is.

KÜYLƏMƏK (ID - 22817)

f Bir işi, xəbəri, hadisəni və s. həddindən artıq şişirtmək, küy salmaq. [Şeyda:] Ay Mehralı dayı, o qədər də küyləmə. Mən nə böyük iş görmüşəm ki? S.Rəhman.

KÜYLƏŞMƏ (ID - 22818)

“Küyləşmək” dən f.is.

KÜYLƏŞMƏK (ID - 22819)

qarş. Səs-küy salmaq, qara-qışqırıq qoparmaq, hay-küy salmaq (çoxları haqqında). [Rəşid:] Ana! Bu camaat niyə küyləşir, yoxsa bizi öldürəcəklər? Ə.Haqverdiyev.

KÜYLÜ (ID - 22820)

küylü samit dilç. - əmələ gəlməsində küyün üstünlük təşkil etdiyi samit.

KÜYÜL (ID - 22821)

is. məh. Dəstə, toplu (balıq, həşərat və s. haqqında). Arı küyülü.

KÜYÜLDƏMƏ (ID - 22822)

“Küyüldəmək” dən f.is.

KÜYÜLDƏMƏK (ID - 22823)

f Boğuq, küylü səs çıxarmaq. Meşə küyüldəyir.

KÜYÜLDƏŞMƏ (ID - 22824)

“Küyüldəşmək” dən f.is.

KÜYÜLDƏŞMƏK (ID - 22825)

b a x küyüldəmək. Küyüldəşir dağlar, meşələr, dərə; Dəyir birbirinə qapı, pəncərə. H.K.Sanılı.

KÜYÜLTÜ (ID - 22826)

is. Gurultu, səs, küy. Avtomaşının küyültüsü.

KÜYÜLTÜLÜ (ID - 22827)

sif Küyültülü, küyü olan. Ətraf o qədər sakit idi ki, uzaqlardan gələn tramvayın küyültülü səsi aydın eşidilirdi. M.Hüseyn.

KÜZ1 (ID - 22828)

is. Quzu saxlamaq üçün ensiz, uzun alçaq tikili. Küzü təmizləmək. Küzləri qaydaya salmaq. - Əhməd küzə girib iki-üç quzu və oğlağın leşini bayıra çıxartdı.. Ə.Vəliyev.

KÜZ2 (ID - 22829)

is. Əkin yerini hissələrə bölmək üçün cüt və ya kotanla açılan şırım. Çəkilmiş küz yarıdan keçməmiş göy üzünü .. ağ buludlar alır, hava isə bozarırdı. S.Rəhimov.

KÜZGƏL (ID - 22830)

is. məh. Çiy kərpic qəlibi.

KÜZLƏMƏ (ID - 22831)

“Küzləmək” dən f.is.

KÜZLƏMƏK (ID - 22832)

f Kotanla, cütlə əkin yerində şırım açmaq. Yeri küzləmək.

KÜZLÜ (ID - 22833)

sif Kotanla, cütlə şırım açılmış, küzü olan (b a x küz2

KVADRANT (ID - 22834)

[lat.] riyaz. Dairənin dörddə bir hissəsi.

KVADRAT (ID - 22835)

[lat.] 1. riyaz. Dörd tərəfi bərabər düzbucaq. // Kvadrat şəklində olan şey; çargül. Kvadrat kərpic. - Qarovulçu, kvadrat şəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov.
riyaz. Ədədin öz-özünə...

KVADRATURA (ID - 22836)

[lat. quadratus-dan] Kvadrat vahidlərlə (metr və s. ilə) hesablanan sahənin ölçüsü. Otağın (mənzilin) kvadraturası.
□□ Dairənin kvadraturası riyaz. - müadil kvadrata çevrilmiş dairənin sahəsi.

KVANT (ID - 22837)

[lat. quantum] Fizika və kimyada hər hansı bir enerjinin ən kiçik miqdarı. Işıq enerjisinin kvantı.

KVARS (ID - 22838)

[alm.] 1. Kristallar, yaxud başdanbaşa kristal kütlələr halında təsadüf edilən rəngsiz mineral-silisium oksidi. Kvars süxurları. Kvars kristalları.
dan. Təbabətdə tətbiq edilən kvars lampası ilə şüalandırma. □ Kvars lampası...

KVARSLI (ID - 22839)

sif Tərkibində kvars olan, kvarsla qatışığı olan. Kvarslı şüşə. Kvarslı qum.

KVARTA (ID - 22840)

[lat.] mus. Diatonik qammada dördüncü pillə. // Həmin pillə ilə birinci pillə arasındakı interval.

KVARTAL (ID - 22841)

[alm. əsli lat.] 1. İlin dörddə biri; üçaylıq, rüb. Kvartal planı. Ilin birinci kvartalı. Ikinci kvartalın hesabatı.
köhn. 1862-ci ilə qədər Rusiyada: şəhərin bir məhəlləsinin polis idarəsi, polis şöbəsi. □ Kvartal nəzarətçisi...

KVARTET (ID - 22842)

[ital. əsli lat.] 1. Dörd musiqi aləti və ya dörd səs üçün yazılmış musiqi əsəri.
Müvafiq musiqi əsərlərini ifa etmək üçün dörd nəfərdən ibarət musiqiçi dəstəsi. Vokal kvarteti. Simli kvartet. - Iştirak edənlərin...

KVAS (ID - 22843)

[rus.] Çörəkdən, undan və s.-dən hazırlanan turşməzə içki. Kvas istehsalı. Çörək kvası. Soyuq kvas.

KVASÇI (ID - 22844)

is. Kvas hazırlayan, ya satan adam.

KVİNTA (ID - 22845)

[lat. quinta] 1. mus. Diatonik qammada beşinci pillə. // Həmin pillə ilə birinci pillə arasındakı interval.
Bəzi musiqi alətlərində ən yüksək sim.

KVİNTET (ID - 22846)

[ital. əsli lat.] mus. 1. Beş musiqi aləti və ya beş səs üçün yazılmış musiqi əsəri.
Müvafiq musiqi əsərlərini ifa etmək üçün beş nəfərdən ibarət musiqiçi dəstəsi.

KVİT (ID - 22847)

[fr.] Baş-başa, heç-heçə. □ Kvit olmaq - hesablaşmaq, üzülüşmək; baş-başa, əl-ələ olmaq.

KVORUM (ID - 22848)

is. [lat.] Yetərsay, yetərsəs.

KVOTA (ID - 22849)

is. [lat.] Hissə, norma, pay

Bu səhifə 172 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif