Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KÜFLƏ (ID - 22510)

is. 1. B a x külbə1

KÜFLƏT (ID - 22511)

dan. bax külfət. [Rəhim:] Mən Rüstəm xanın oğluyam, qaçaqlar küflətimizi əsir eylədilər. N.Vəzirov.

KÜFR (ID - 22512)

is. [ər.] Dinin, Allahın varlığı və birliyi kimi əsaslarını təşkil edən müddəaları danma və bu barədə deyilən söz. Küfr danışmaq (söyləmək) - Allahı, dini danmaq, təhqir etmək, söymək. Nə dedin? Küfr danışdın, cıraram...

KÜFRAN (ID - 22513)

is. [ər.] klas. Yaxşılığı itirmə; nankorluq. □ Küfran eləmək - yaxşılığı itirmək, nankorluq eləmək. Küfran elədik, sanki bu nemət götürüldü; Millətdə olan büsbütün adət götürüldü. M.Ə.Sabir.

KÜFTƏ (ID - 22514)

is. [fars.] 1. Bax küftəbozbaş. Küftə bişirmək. - Kişmişdən, badamdan, nanü həlvadən; Qovurmadan, .. küftə, dolmadan verdilər. Q.Zakir. [Seyid:] Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə...

KÜFTƏBOZBAŞ (ID - 22515)

is. Küftə, kartof, noxud və s.-dən hazırlanan bozbaş növü. Küftəbozbaş bişirmək. - [Səkinə] küftəbozbaş dolu qazanın ağzını örtmüşdü. M.İbrahimov.

KÜFTƏLİK (ID - 22516)

sif. Küftəyə yarayan, küftə üçün olan. Küftəlik ət. Üç kiloqram küftəlik bud almaq.

KÜKNAR (ID - 22517)

is. bot. Konusvari uzun qozaları olan iri, həmişəyaşıl iynəyarpaqlı ağac. Uzaq şimal tayqasında ayaq xizəyində quş kimi süzən bir gənc uca bir küknarın dibində bir anlığa durub tüfəngini çiynindən aşırır. M.Rzaquluzadə. Pəncərədən...

KÜKNARLIQ (ID - 22518)

is. Çoxlu küknar ağacları bitmiş yer; küknar.

KÜKRƏK (ID - 22519)

sif. Coşqun, daşqın, kükrəyən, aşıb-daşan. Kükrək çay. - Sanki bayraq deyil o; Birləşmişdi dil-dilə; Kükrək qızıl alovlar. R.Rza.

KÜKRƏKLİK (ID - 22520)

is. Kükrək şeyin halı; coşma, aşıb-daşma, kükrəmə.

KÜKRƏMƏ (ID - 22521)

“Kükrəmək” dən f.is.

KÜKRƏMƏK (ID - 22522)

f Hirslənərək özündən çıxmaq, bərk qızmaq; coşmaq. Xüsusən bacısı Xədicə Hacının üstünə kükrəyərək: - Necə, peyğəmbəri, bu nə sözdür? A.Şaiq. [Bəhlul:] Burda mənim günahım nədir, üstümə bu cür kükrəyirsən?...

KÜKÜ (ID - 22523)

is. Göyərti və yumurtadan (bəzən də balıqdan) hazırlanan xörək. Kükü bişirmək. - Bəylər yeyər nahara küftə, kəbab və kükü; Məsciddə eylər amma ahü-fəğan orucluq. M.Möcüz. Elə beləcə ailə üzvləri günorta vaxtı oturub...

KÜKÜLÜK (ID - 22524)

sif. Kükü üçün yararlı, kükü üçün olan (göyərti və s.). Kükülükgöyərti almaq. Kükülük balıq təmizləmək.

KÜKÜRD (ID - 22525)

is. Sənayedə, kənd təsərrüfatında, tibdə işlənən sarı rəngli tezalışan kimyəvi maddə.

KÜKÜRDLƏMƏ (ID - 22526)

“Kükürdləmək” dən fis.

KÜKÜRDLƏMƏK (ID - 22527)

f Kükürd tozu səpmək, kükürd sürtmək. Bitkiləri kükürdləmək.

KÜKÜRDLÜ (ID - 22528)

sif. Tərkibində kükürd olan, kükürdlə qarışığı olan. Kükürdlü birləşmələr.

KÜL (ID - 22529)

is. Yanmış şeylərdən qalan boz-qara rəngli toz. Külü atmaq. Külü təmizləmək. Bir soyuq kül o yerdə qaldı nişan: Onu da yel sovurdu sağ və sola. A.Səhhət. Usta Zeynal çubuğu çəkib külünü boşaltdı və durdu ayağa.. C.Məmmədquluzadə....

KÜLAFİRƏNGİ (ID - 22530)

is. [əsli fransızcadan]
köhn. İri daş balkon (sarayda, qəsrdə və s.-də). Padşah gənə külafirəngidə əyləşib, dizlərin qucaqlayıb qəm dəryasına batmışdı ki, bir də gördü, həmən minval qiyamət başladı.. (Nağıl). Xan...

KÜLAH (ID - 22531)

is. [fars.] köhn. Papaq. Qoyma külahın kəc, a bəy, aldatma cahani; Bəsdir, a filani! M.Ə.Sabir. Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. A.Divanbəyoğlu.

KÜLAHDUZ (ID - 22532)

is. [fars.] köhn. Papaqçı. Yaman külahduzdan yaxşı palanduz yaxşıdır. (Ata. sözü).

KÜLATAN (ID - 22533)

b a x xəkəndaz.

KÜLBAŞ (ID - 22534)

is. dan. Bədbəxt, işi düz gətirməyən, zərərdidə, pisgünlü. // Qarğış, danlaq, təhqir məqamında. [Mahmudun arvadı:] Ay külbaş! Mənə bir dəstpaltar ala bilməyirsən, sənə nə olub ki, dəvə boyda qızı da evində saxlayıb bəsləyirsən?!...

KÜLBAŞLIQ (ID - 22535)

is. Bədbəxtlik, yazıqlıq; pis günə qalmış adamın hal və vəziyyəti.

KÜLBƏ1 (ID - 22536)

is. 1. Təndirdə, kürədə hava çəkmək üçün deşik. Təndirin külbəsini açmaq.
2. Nehrənin deşiyi.

KÜLBƏ2 (ID - 22537)

[fars.] köhn. Koma, daxma, qazma. Külbeyi-hicranda qalmışam həzin; O şahibazımın çəkərəm qəmin. Aşıq Kərim.

KÜLBƏLƏMƏ (ID - 22538)

“Külbələmək” dən f.is.

KÜLBƏLƏMƏK (ID - 22539)

f Təndirin, kürənin külbəsini qapamaq (bax külbə1 1-ci mənada).

KÜLÇƏ1 (ID - 22540)

is. Tərkibində metal və metal birləşmələri və ya faydalı minerallar olan maddə, süxur. Dəmir külçəsi. Mis külçəsi.

KÜLÇƏ2 (ID - 22541)

is. Yasda halva ilə paylanan çörək. Sağlığında badam yeməyib, külçəsinə badam vururlar. (Ata. sözü). Qazanla və nimçələrlə plovu, halvanı, külçələri həzm-rabedən keçirən dövlətlilər və mollalar idi. H.Sarabski. [Rəşid:]...

KÜLÇƏLƏNMƏ (ID - 22542)

“Külçələnmək” dən f.is.

KÜLÇƏLƏNMƏK (ID - 22543)

f Burulmaq, yumrulanmaq, qıvrıq şəkil almaq. İlan külçələndi.

KÜLƏ (ID - 22544)

sif məh. Quyruqsuz. Külə keçi.

KÜLƏCƏ (ID - 22545)

is. köhn. Boynuna, ətəyinə, yaxasına və qol yerlərinin kənarına xəz və s. tikilmiş qolsuz üst geyimi; kürdü. [Ağa Mərdan:] Səbr elə, bir tirmə küləcəmi geyim, mahud cübbəmi bürünüm. M.F.Axundzadə. Əynində atlaz küləcə;...

KÜLƏÇALAN, KÜLƏÇALAR (ID - 22546)

sif Külə bənzəyən, külə oxşayan, kül rəngində olan, külrəngi. Küləçalan torpaq.

KÜLƏK (ID - 22547)

is. 1. Havanın üfüqi istiqamətdə hərəkətindən ibarət təbiət hadisəsi; yel. Külək əsir. Külək birdən kəsdi. Külək tutan yer.
Gecələr, gecələr, sonsuz gecələr; Çılğın küləkləri quduz gecələr! M.Müşfiq. Külək...

KÜLƏKKEŞ (ID - 22548)

bax küləklik.

KÜLƏKLƏMƏ (ID - 22549)

“Küləkləmək” dən f.is.

KÜLƏKLƏMƏK (ID - 22550)

f 1. Külək əsmək, külək olmaq. Hava küləkləyir.
2. Süni surətdə yel, külək yaratmaq. Yelpiklə özünü küləkləmək. Ocağı paltarın ətəyi ilə küləkləmək. Ventilyator küləkləyir.

KÜLƏKLƏNMƏ (ID - 22551)

“Küləklənmək” dən f.is.

KÜLƏKLƏNMƏK (ID - 22552)

məch. 1. Külək döymək, külək vurmaq. Sərilən paltarlar küləklənir.
2. Özünü küləyə vermək, sərinlənmək. Nə küləklənirsən?

KÜLƏKLİ (ID - 22553)

sif Külək olan, külək əsən. Küləkli gün. Küləkli hava. - Küləkli bir yaz günü idi. A.Şaiq. Yenicə yarpaq açmış budaqlarda yellənən quşlar isə küləkli gecənin təlaş dolu mürgüsündən sonra indi bir az da dincəlib sakit...

KÜLƏKLİK (ID - 22554)

is. Hava çəkmək üçün binalarda olan deşik, dəlik, oyuq.

KÜLƏKLİ-QARLI (ID - 22555)

sif. Həm külək əsən, həm də qar yağan. Küləkli-qarlı gün. Küləkliqarlı hava.

KÜLƏKLİLİK (ID - 22556)

is. Küləkli havanın və ya yerin halı, xüsusiyyəti.

KÜLƏKLİ-TUFANLI (ID - 22557)

sif Həm külək əsən, həm də tufan olan. Küləkli-tufanlı gecə. [Gəray ağa:] Biz bu hisli-paslı, tozlu-torpaqlı, küləkli-tufanlı xarabaya öz dərdimizi ağlamaq üçün gəlmişdik! S.Rəhimov.

KÜLƏKLİ-YAĞIŞLI (ID - 22558)

sif. Həm külək əsən, həm də yağış yağan. Küləkli-yağışlı hava. Nəhayət, küləkli-yağışlı bir gündə [Həsəni] buraxdılar. S.Rəhman.

KÜLƏKÖLÇƏN (ID - 22559)

is. xüs. Küləyin gücünü və istiqamətini ölçmək üçün cihaz.

Bu səhifə 133 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla