Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KALIM (ID - 20110)

is. etnoqr. Orta Asiyada: evlənərkən oğlanın qızın ata-anasına verməli olduğu pul, mal və s.; başlıq və bu adətin özü.

KALIŞ (ID - 20111)

is. 1. bot. Yarpaqları iti, uzun, yumşaqbuğumlu, qamışa oxşar bitki. Kalış yeyib zəhərlənmək (mal-qara haqqında). - Bostanın ətrafını kalış basmışdı. İ.Şıxlı.
məh. Göy, təzə (soğan haqqında). Kalış soğan, qırmızı...

KALIŞLIQ (ID - 20112)

is. Çoxlu kalış bitən yer. [Rüstəm kişi] kalışlığın arasındakı qarpızlardan birini götürüb geri qayıtdı. İ.Şıxlı.

KALİBR (ID - 20113)

[fr. ] 1. xüs. Silah lüləsi diametrinin ölçüsü; çap. Kalibri böyük toplar. // Mərmi və ya güllənin diametri.
tex. Kütləvi istehsal olunan şeylərin dəqiq, müəyyən ölçüsü.
tex. Məmulatın ölçüsünü, formasını və...

KALİBRLƏMƏ (ID - 20114)

“Kalibrləmək” dən f.is.

KALİBRLƏMƏK (ID - 20115)

f tex. 1. Bir şeyin kalibrini ölçmək və ya yoxlamaq, bir şeyə lazımi kalibr vermək. Relsləri kalibrləmək.
2. Ölçü alətlərinin bölgü dərəcələrini yoxlamaq. Termometri kalibrləmək.

KALİBRLƏNMƏ (ID - 20116)

“Kalibrlənmək” dən f.is.

KALİBRLƏNMƏK (ID - 20117)

məch. tex. Kalibrləmə işi aparılmaq, bir şeyin kalibri ölçülmək, yoxlanmaq.

KALİBRLƏNMİŞ (ID - 20118)

f.sif. tex. Kalibri yoxlanmış (ölçülmüş), lazımi kalibr verilmiş.

KALİBRLƏYİCİ (ID - 20119)

sif xüs. Kalibrləmə işi ilə məşğul olan işçi (b a x kalibr 2-ci mənada).

KALİBRLİ (ID - 20120)

sif xüs. Müəyyən kalibrdə olan, müəyyən ölçüsü olan, qəbul edilmiş kalibrə uyğun olan. Müxtəlif kalibrli toplar.

KALİBRÖLÇƏN (ID - 20121)

is. tex. Kütləvi istehsal olunan ölçü cihazlarının dəqiq kalibrini müəyyən etmək üçün ölçü aləti (əndazə, qəlib və s).

KALİUM (ID - 20122)

[lat. əsli ər. əlkali] kim. Qələvi filizlər qrupundan gümüşü-ağ rəngli metal kimyəvi element.

KALİUMLU (ID - 20123)

sif kim. Kalium qarışdırmaqla hazırlanmış, tərkibində kalium olan. Kaliumlu duzlar.

KALKA (ID - 20124)

[fr.] 1. Çertyojlardan, yaxud şəkillərdən dəqiq surət çıxartmaq üçün xüsusi üsullarla hazırlanmış nazik şəffaf kağız və ya parça.
Çertyojun və ya şəklin həmin material üzərində çıxarılmış surəti.
dilç. Başqa...

KALKULYASİYA (ID - 20125)

[lat.] Malın maya və satış qiymətinin hesablanması. Malın kalkulyasiyası. Kitabın kalkulyasiyası (kitabın dəyərini müəyyən etmək üçün mətbəə işarələrinin hesablanması).

KALKULYASİYAÇI (ID - 20126)

is. Kalkulyasiya ilə məşğul olan mühasibat işçisi; kalkulyator.

KALKULYATOR (ID - 20127)

[latıncadan] bax kalkulyasiyaçı.

KALLAŞMA (ID - 20128)

“Kallaşmaq” dan f.is.

KALLAŞMAQ (ID - 20129)

f. Səsi tutulmaq, boğunuq hala düşmək. Kallaşa-kallaşa karlaşır insan; Içinin səsini çölü eşitmir... M.Araz.

KALLAŞMIŞ (ID - 20130)

f.sif.i Boğuq, tutqun (yalnız səs haqqında). Əminə .. yuxusuzluqdan kallaşmış səslə dedi: - Ikidir, üçdən beş dəqiqə işləyib. İ.Məlikzadə.

KALLIQ (ID - 20131)

is. 1. Yetişməmiş meyvənin, məhsulun halı. Almanın kallığı. Üzümün kallığı.
məc. dan. Kütbeyinlik, kütlük, korazehinlik, qanmazlıq. Atlıxan Orxanın kallığına, keyliyinə təəccüblənirmiş kimi çiynini çəkdi. İ.Məlikzadə....

KALLİQRAF (ID - 20132)

[yun.] bax xəttat.

KALLİQRAFİK (ID - 20133)

[yun.] Kalliqrafıyaya aid. Kalliqrafik xətt - gözəl, aydın, düz xətt (yazı).

KALLİQRAFİYA (ID - 20134)

[yun.] bax xəttatlıq.

KALMIK (ID - 20135)

is. Rusiya Federasiyası tərkibində Kalmık MR-in əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. XVII əsrin 30-cu illərində Aşağı Volqada kalmıklar meydana çıxdılar. Kalmıkların nəsilləri oyratlardır.

KALMIKCA (ID - 20136)

sif. və zərfi Kalmık dilində. Kalmıkca kitab. Kalmıkca danışmaq.

KALORİMETR (ID - 20137)

[lat. ca1or - isti və yun. metreo - ölçürəm] İstilik miqdarını ölçən cihaz.

KALORİMETRİYA (ID - 20138)

[lat. calor - isti və yun. metreo - ölçürəm] Fizikanın müxtəlif cisimlərin istilik tutumunu ölçməklə məşğul olan sahəsi.

KALORİYA (ID - 20139)

[lat.] İstilik ölçüsü vahidi.
Böyük kaloriya - bir kiloqram suyun hərarətini bir dərəcə artırmaq üçün lazım olan hərarətin miqdarı. Kiçik kaloriya - bir qram suyun hərarətini bir dərəcə artırmaq üçün lazım olan hərarətin...

KALORİYALI (ID - 20140)

sif. Kaloriyası çox olan. Kaloriyalı qidalar.

KALORİYALILIQ (ID - 20141)

is. İstilik doğurma qabiliyyəti; bir şeydə olan kaloriyanın (istiliyin) miqdarı. Yanacağın kaloriyalılığı. Xörəyin kaloriyalılığı.

KALSEKS (ID - 20142)

[lat.] əcz. Xlorlu kalsium və urotropin duzu (qripin qabağını almaq üçün dərman kimi işlənir).

KALSİUM (ID - 20143)

[lat.] kim. Əhəngdaşı, mərmər və s. tərkibində olan gümüşü-ağ rəngli metal - kimyəvi element.

KALTA (ID - 20144)

bot. b a x sunərgizi. Azərbaycanın dağ-meşə qurşağının bataqlıq yerlərində bitən kalta (sunərgizi) cinsinin .. bişirilib qurudulmuş köklərindən fəsəli bişirmək olur. M.Qasımov.

KALVİL (ID - 20145)

[fr. xüs. addan] Sarımtıl alma növü. Kalvil alması.

KALVİNİST (ID - 20146)

[xüs. addan] Kalvinizm məzhəbinə mənsub adam.

KALVİNIZM (ID - 20147)

[xüs. addan] XVI əsrdə İsveçrədə Kalvin adlı şəxs tərəfindən təsis edilmiş protestant məzhəblərindən biri.

KAM1 (ID - 20148)

is. [fars.] 1. Arzu, məqsəd, məram, murad. Neçə ildir gözümüzü Mürsəlin toyuna dikmişik, bu bizim üçün böyük kamdır... A.Şaiq. Zaman bizdən kam alıbdır; Daha ürək qocalıbdır; Bizdən ancaq ad qalıbdır; Nə sən gülsən, nə...

KAM2 (ID - 20149)

is.: kamına çəkmək - udmaq. Əjdaha itaət edib cəhənnəmi çəkdi kamına. Ə.Haqverdiyev. İkibaşlı əjdaha kimi [sel] ağzını açıb, bizi kamına çəkmək istəyirdi. S.Rəhimov.

KAMAL (ID - 20150)

is. [ər.] 1. Kamillik, yetkinlik.
Elm, ürfan, fəzilət. [Hacı Nuru şair:] Atan oxumuşdu, kamalı var idi. M.F.Axundzadə. Ana gərək övladına kamal işığını bağışlasın. C.Məmmədquluzadə. □ Kamala çatmaq (yetmək, yetişmək)...

KAMALINCA (ID - 20151)

zərf köhn. Lazımi dərəcədə, mükəmməl surətdə, kifayət qədər; lazımınca. Bu vaxtadək nə Qasım bəy Zakirin və nə Hacı Seyid Əzim Şirvaninin tərcümeyi-halları və əşarü asari kamalınca öyrənilməyib. F.Köçərli.

KAMALLANMA (ID - 20152)

“Kamallanmaq” dan f.is.

KAMALLANMAQ (ID - 20153)

f Əqlən kamilləşmək, yetkinləşmək.

KAMALLI (ID - 20154)

sif. Kamal sahibi olan; ağıllı, tərbiyəli, mərifətli. Kamallı uşaq. - [Şərəfnisə xanım:] Nə sözdür ki, sənin kimi cavan, kamallı oğlan Tiflisdə qulluq tapmaz? M.F.Axundzadə. [Hacı:] Oğlanlarım, ağıllı olun, kamallı (z.) olun,...

KAMALLILIQ (ID - 20155)

is. Əqli cəhətdən kamillik, yetkinlik, bitkinlik.

KAMALSIZ (ID - 20156)

sif. Ağlı-kamalı olmayan, əqli cəhətdən kamil olmayan; mərifətsiz. [Qadın:] Cənab, belə sözləri nə üçün buyurursunuz? .. Mən onlara ağılsız, qabiliyyətsiz, kamalsız deyə bilmərəm. Ə.Haqverdiyev.

KAMAN (ID - 20157)

is. [fars.] 1. Bax kamança. Nə qədər dərdlidir o qırıq kaman; Şikayət eyləyir öz dünyasından. S.Vurğun. Söylədik qan ağlayan Araza dərdimizi. S.Rüstəm. Sular üstə yayılır; Tar səsi, kaman səsi. İ.Səfərli.
2. Oxatan yay....

KAMANÇA (ID - 20158)

is. [fars.] Alt tərəfi diz üstünə qoyulub yayla çalınan musiqi aləti; kaman. Kamança çalmaq. Kamança kirişi. - Məclisin dalından kamança səsi eşidilir. Ə.Haqverdiyev. Alqışlar altında endi səhnədən; Yenidən kamança dindi səhnədən....

KAMANÇAÇALAN, KAMANÇAÇI (ID - 20159)

Bu səhifə 81 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla