Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KAĞIZBADAM (ID - 20060)

is. Nazik qabıqlı badam növü.

KAĞIZÇILIQ (ID - 20061)

is. dan. Heç bir ehtiyac olmadan çoxlu, müxtəlif kağızlar yazmaqla məsələnin həllini qəsdən uzatma; süründürməçilik, bürokratçılıq.

KAĞIZI (ID - 20062)

sif. Nazik qabıqlı. Kağızı qoz. Həvəslə dedi Bəhram: - Mən ancaq kağızı badam; Bir də hulu əkmişəm. M.Rahim.

KAĞIZ-KUĞUZ (ID - 20063)

top. dan. Yazılı kağızlar, yaxud lüzumsuz kağızlar. Qarı elə elədi ki, söhbət Mirzə Mustafanın başından fikrini dağıtdı, kağız-kuğuzunu yığışdırıb qoydu şkafa, dəftərxanasının qapısını bağlayıb getdi evinə. E.Sultanov....

KAĞIZ-QƏLƏM (ID - 20064)

is. Kağız və qələmdən ibarət yazı ləvazimatı; kağız və qələm. [Sərvər Məşədi İbada:] Tez ol, bir kağızqələm götür! Ü.Hacıbəyov. [Sara:] Əbdül əmi, bir az mənə kağız-qələm ver! C.Cabbarlı. Vaxt olur götürüb kağız-qələmi;...

KAĞIZLAMA (ID - 20065)

“Kağızlamaq” dan f.is.

KAĞIZLAMAQ (ID - 20066)

f Üzərinə kağız yapışdırmaq, kağız çəkmək. Divarları kağızlamaq.

KAĞIZLANMA (ID - 20067)

“Kağızlanmaq” dan f.is.

KAĞIZLANMAQ (ID - 20068)

məch. Üzərinə kağız yapışdırılmaq, kağız çəkilmək. Divarlar kağızlanmışdır.

KAĞIZLANMIŞ (ID - 20069)

f.sif. Üzərinə kağız yapışdırılmış, kağız çəkilmiş. Kağızlanmış otaq.

KAĞIZLAŞMA (ID - 20070)

“Kağızlaşmaq” dan f.is.

KAĞIZLAŞMAQ (ID - 20071)

qarş. Məktublaşmaq, birbirinə məktub yazmaq. Çoxdandır onunla kağızlaşmıram. - [Əbdüləli:] Biz onunla kağızlaşırdıq. S.Rəhimov.

KAĞIZLATMAQ (ID - 20072)

icb. Üzərinə kağız çəkdirmək, kağız yapışdırtmaq. Divarı kağızlatmaq.

KAĞIZLI (ID - 20073)

sif Kağızı olan, əlində kağızı (rəsmi sənədi) olan (bax kağız 3-cü mənada).

KAĞIZPAYLAYAN (ID - 20074)

is. dan. Kuryer. // Poçtalyon. Kağızpaylayana ixtiyar vermişik ki, müştərilərimizdən qabaqca bir şey almayınca onların jurnalını aparıb verməsin. “Mol. Nəsr.”

KAĞIZPƏRƏST (ID - 20075)

is. Kağızlara, işin rəsmi cəhətinə həddindən artıq əhəmiyyət verən adam; rəsmiyyətçi (b a x kağız 3-cü mənada).

KAĞIZPƏRƏSTLİK (ID - 20076)

is. Quru rəsmiyyətçilik, işin mahiyyətinə deyil, rəsmi cəhətinə həddindən artıq fikir vermə.

KAĞIZSIZ (ID - 20077)

1. sif Kağızı olmayan (bax kağız 3-cü mənada).
2. zərf Kağızı, rəsmi sənədi olmadan, yaxud iltizamnaməsiz, qəbzsiz, dilindən kağız vermədən. [Hacı Murad] çox adama pulu kağızsız vermişdi. S.S.Axundov.

KAH, KAHA (ID - 20078)

is. məh. Qayalıqda, dağda təbii və ya süni oyuq; mağara. Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var çox dərin. N.Vəzirov. Bir həftə qabaq yuxarıdan gələn bir sürü soyğunçu kəndi alt-üst elədi, canını...

KAHAL (ID - 20079)

sif [ər.] dan. Başısoyuq, tənbəl, ağırtərpənən. Qaragözov ayağa qalxdı: - Elə bilirsiniz ki, müalicə işinə təkcə siz kahalsınız? Mir Cəlal.

KAHALIQ (ID - 20080)

is. Çoxlu kaha olan yer (qayalıq, dağ və s.).

KAHALLIQ (ID - 20081)

b a x kahıllıq. Demə fərraşların kahallığından yolda dustaqların biri əkilibmiş. “M.N.lətif.”

KAHI (ID - 20082)

is. bot. Yaşıl-ağımtıl yarpaqları və kökü çiy yeyilən kələməoxşar birillik tərəvəz bitkisi. Yavaş-yavaş dəyər, yetər ləzzətli, dadlı meyvələr; Gilasü, albalı, kahı, xoş iyli sarı heyvalar. A.Səhhət.

KAHIL (ID - 20083)

sif dan. Başısoyuq, tənbəl, ağırtərpənən, işə can yandırmayan.

KAHILLAŞMA (ID - 20084)

“Kahıllaşmaq” dan f.is.

KAHILLAŞMAQ (ID - 20085)

f dan. Tənbəlləşmək, atilləşmək, ağırlaşmaq.

KAHILLIQ (ID - 20086)

is. dan. Başısoyuqluq, tənbəllik, atillik. □ Kahıllıq etmək - tənbəllik etmək, başısoyuqluq etmək, ərinmək.

KAHİL (ID - 20087)

[ər.] bax kahıl. Kimə olsan müsahib, ey cahil; Olur əlbəttə tənbəlü kahil. Füzuli. Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli tamam; Tənbəlü kahilü bihimmətü nadan, mənə nə?! M.Ə.Sabir.

KAHİN (ID - 20088)

is. [ər.] Qədim misirlilərdə, israillilərdə qeybdən xəbər verən ruhani.

KAHİNANƏ (ID - 20089)

zərf[ər. kahin və fars. ...anə] köhn. Kahin kimi, qeybdən xəbər verərcəsinə.

KAHİNLİK (ID - 20090)

is. Kahinin işi, peşəsi. // Qeybdən xəbər vermə iddiasında olma.

KAİNAT (ID - 20091)

is. [ər.] 1. Bütün dünya sistemi (Yer, göy, ulduzlar və b. varlıqların məcmusu). Günəş kainatda mövcud olan saysızhesabsız ulduzlardan biridir. - [Qadın:] Yer, göy - bütün kainat bir xoş səda olaraq məni oxşayır, eyni zamanda da...

KAKADU (ID - 20092)

is. [alm.] Malayya tutuquşusu.

KAKAO (ID - 20093)

[isp.] 1. Toxumundan şokolad hazırlanan tropik bitki. Həmişəyaşıl tropik ağac olan kakao bitkisinin kənarı bütöv böyük yarpaqları vardır. R.Əliyev. Həmin ağacın üyüdülmüş toxumu. // Həmin toxum tozundan hazırlanan qidalı şirin...

KAKİL (ID - 20094)

[fars.] klas. bax kəkil. Gah yad zülfün eyləyirəm, gah kakilin; Birfikri etməmiş, dilə fikri-digər gəlir. S.Ə.Şirvani. Ey alnın ay, üzün günəş, ey qaşların kəman; Ceyran gözün, qarışqa xətin, kakilin ilan. M.Ə.Sabir.

KAKTUS (ID - 20095)

[lat.] bax maldili.

KAQOR (ID - 20096)

[coğr. addan] Qırmızı desert şərabı.

KAL (ID - 20097)

sif. 1. Dəyməmiş, yetişməmiş, göy. Kal yemiş. Kal tut. Kal alça. - [Hurizadın] ..tükləri məzəli bir rəng alar - gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər. Çəmənzəminli. Nəbi güllə atsa düzdə, ya dikdə; Tağlar...

KALA1 (ID - 20098)

is. Üzəri liflə örtülmüş, pambıq çiyidi.

KALA2 (ID - 20099)

is. məh. Böyük şüşə qab, iri şüşə banka.

KALAFA (ID - 20100)

is. 1. Dağılmış tikintinin qalığı, dağılmış yer; xarabalıq. Kənd yıxılsa, kalafasından məlum olar. (Ata. sözü). İri deşik (divarda və s.-də); iri çuxur, oyuq. Qaralır daxmanın kalafa yeri; Dəstə şərqisilə çəkilir geri....

KALAFAAĞIZ (ID - 20101)

sif. zar. Çox iri ağzı olan.

KALAFALIQ (ID - 20102)

is. Kalafası olan; xarabalıq. [Qatır Məmməd] evlərinin kalafalığında bir daşın üstündə oturub, .. dərin sükuta getdi. “Qatır Məmməd”.

KALAĞAY(I) (ID - 20103)

KALAMBUR (ID - 20104)

[fr.] Cinas.

KALAN (ID - 20105)

sif. dan. Varlı, pullu, cibi dolu. Oğlanyəqin kalan idi... S.Rəhman. Qonşum bu məclisə yalnız puldan kalan adamları çağırır. S.Rüstəm.

KALAVA (ID - 20106)

is. məh. Dərə.

KALBA (ID - 20107)

dan. köhn. bax kərbəlayı. Nə xortlayaydı bu şəkil ilə Molla Nəsrəddin, ey kaş; Nə kalba səbzalılarda bu xofü-vəhşət olaydı. M.Ə.Sabir.

KALENDAR (ID - 20108)

[lat.] bax təqvim. Divarımdan asılı kalendardan hər gecə; Bir döyüş və bir zəfər yarpağını cırıram. S.Rüstəm. Kalendar plan - kalendar (təqvim) üzrə müəyyən edilən plan. Klubun kalendarplanı hamıya məlumdur. Mir Cəlal.

KALEYDOSKOP (ID - 20109)

[yun.] 1. Əldə fırlatdıqda tez-tez dəyişən, rəngli naxışlar göstərən, boruşəkilli optik cihaz (oyuncaq).
2. məc. Hadisələrin, şəxslərin və s.-nin ardı-arası kəsilmədən dəyişməsi. Əgər “Ağa Məhəmməd şah Qacar”...

Bu səhifə 228 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla