1
İzahlı lüğət - K hərfi ilə başlayanlar - H. 21
ZE+education
kitab_satishi+

İzahlı lüğət

KƏRT (ID - 21010)

is. Ağac parçasının iki yoğun yeri arasında çuxur, ya qazılmış nazik yer.

KƏRTƏNKƏLƏ (ID - 21011)

is. zool. Uzunsov bədənli, uzun quyruqlu, üstü sərt pulcuqlarla örtülü, iki cüt qısa və zəif ayağı olan sürünən heyvan. Orta məktəbin zoologiya kursunda sürünənlər bəhsində kərtənkələ, ilan, tısbağa və timsahlar haqqında...

KƏRTİK (ID - 21012)

is. Kəsici alətlə ağacda, taxtada və s.-də açılan diş, çərtik, nişan.

KƏRTİLMƏ (ID - 21013)

“Kərtilmək” dən f.is.

KƏRTİLMƏK (ID - 21014)

məch. Üzərində kəsici alətlə kərtik açılmaq. Şalban kərtildi.

KƏRTLƏMƏ (ID - 21015)

“Kərtləmək” dən f.is.

KƏRTLƏMƏK (ID - 21016)

b a x kərtmək1

KƏRTLƏNMƏ (ID - 21017)

“Kərtlənmək” dən f.is.

KƏRTLƏNMƏK (ID - 21018)

bax kərtilmək.

KƏRTMƏ (ID - 21019)

“Kərtmək’dən f.is.

KƏRTMƏK1 (ID - 21020)

f Kərt, kərtik açmaq. Ağacı kərtmək (ağaca kərt vurmaq, diş-oyuq açmaq).

KƏRTMƏK2 (ID - 21021)

is. Kir, pasaq, çirk, qartmaq.

KƏS (ID - 21022)

əvəz. [fars.] Şəxs, adam, kimsə. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlayıb, bəzi bəhanələr ilə...

KƏSAD (ID - 21023)

b a x kasad.

KƏSAFƏT (ID - 21024)

is. [ər.] 1. Natəmizlik, çirkinlik, kirlilik; çirk. [Səlim:] [Zeynalın] çamur və kəsafətini yumaq üçün bir neçə vedrə su lazımdır. S.Hüseyn.
2. B a x kəsiflik.

KƏSAFƏTLİ (ID - 21025)

sif Çirkli, kirli. Dükan olduqca hisli, kirli, kəsafətli idi, burada nəfəs almaq belə mümkün deyildi. M.S.Ordubadi. [Qonağın] kəsafətli boynu və yaxası nəzərdiqqəti cəlb edirdi. S.Hüseyn.

KƏSALƏT (ID - 21026)

is. [ər.] Fəaliyyətsizlik, hərəkətsizlik; ölgünlük, süstlük, əzginlik, kefsizlik. Çox yatmaq kəsalət gətirər. (Ata. sözü). Bu nə heyrət, bu nə xəcalətdir; Səndə, axır, bu nə kəsalətdir? S.Ə.Şirvani. Nə kəsalətlə iş...

KƏSALƏTLİ (ID - 21027)

sif Ölgün, süst, kədərli, soyuq. Məclisimiz çox kəsalətli və kədərlidir,
dedi. M.S.Ordubadi. Uryadnik Qulu .. kəsalətli gözlərini Zeynal bəyə döndərdi.. Çəmənzəminli.

KƏSALƏTLİLİK (ID - 21028)

is. Ölgünlük, süstlük, soyuqluq.

KƏSB (ID - 21029)

is. [ər.] 1. Çalışıb qazanma və bunun nəticəsində əldə edilən qazanc, gəlir. Atanın kəsbi oğula halaldır. (Ata. sözü). [Tarverdi:] Belə adamlar da var dünyada? Yaxşı, kəsbimiz nədir? M.F.Axundzadə. İsmayılov .. öz kəsbi ilə...

KƏSBKAR (ID - 21030)

is. [ər. kəsb və fars. kar] köhn.
Peşə, sənət, iş, məşğuliyyət. Yenə də xalqı torpağından, tarlasından, kəsbkarından ayırmaq lazım gələcəkdir. M.S.Ordubadi. Hərənin bir peşəsi, kəsbkarı var. Mir Cəlal. Kəsbkarlıqla...

KƏSBKARLIQ (ID - 21031)

is. Yaşamaq üçün pul qazanmaq məqsədilə bir işlə, bir peşə ilə məşğul olma; məşğuliyyət, sənət, peşə. Kəsbkarlıqdan əlin çıxdı, usan! Ər olan yerdə, görüm yox olasan! M.Ə.Sabir. [Tacir Məcnuna:] Burax atın cilovunu,...

KƏSDİRİLMƏ (ID - 21032)

“Kəsdirilmək” dən f.is.

KƏSDİRİLMƏK (ID - 21033)

“Kəsdirmək” dən məch.

KƏSDİRMƏ (ID - 21034)

“Kəsdirmək” dən f.is.

KƏSDİRMƏK (ID - 21035)

1. icb. Başqasına kəsmək işi gördürmək. Şalbanın başını kəsdirmək. Ağacı kəsdirmək. Itin quyruğunu (qulağını) kəsdirmək. Meşəni kəsdirmək. Meynələri kəsdirmək. - [Səfər bəy:] Kəsdirəcəyəm qoyunu, bişirdəcəyəm...

KƏSƏ (ID - 21036)

1. sif Ən yaxın, ən qısa. Kəsə cığır. [Qız] cəld taxçadan cunayı yaylığını götürüb özünü çölə saldı, kəsə yolla meşəyə doğru yüyürməyə başladı. Ə.Məmmədxanlı. Bir azdan zəmilər arası ilə salınmış tozlu...

KƏSƏB (ID - 21037)

is. köhn. Müxtəlif alətləri qoymaq üçün dəridən və s.-dən düzəldilən, xüsusi gözləri olan qab, alət. Kərbəlayı Qulu qurtarıb ülgücü belindəki qayış kəsəbinə qoydu. Çəmənzəminli.

KƏSƏBƏ (ID - 21038)

is. [ər. “kasib” söz cəmi] köhn. Zəhmətkeş, fəhlə, peşəkar, sənətkar; ümumiyyətlə, kəsbkarlıqla dolanan adam. Hər vilayətdə var beş-on kəsəbə; Əlli min seyyidü axund, tələbə. S.Ə.Şirvani.

KƏSƏBƏLİK (ID - 21039)

is. köhn. Fəhləlik, peşəkarlıq, sənətkarlıq, kəsbkarlıq.

KƏSƏK (ID - 21040)

is. Quruyub bərkimiş palçıq yumrusu. Kəsəkləri əzmək. - Kəsək oturub daş üçün ağlayır. (Ata. sözü). Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi. A.Divanbəyoğlu. Tahirlə yanaşı gedən İmran kişinin...

KƏSƏKDÖYƏN (ID - 21041)

is. Kəsək əzən alət. Kəsəkdöyənlə kəsəkləri əzmək. - Qurutəzən, kəsəkdöyən, öz malımızdır, dustan! O qəviheykəl qazan Samü Nəriman malıdır. M.Ə.Möcüz.

KƏSƏKƏS (ID - 21042)

is. Kütləvi qırğın, qılıncdan keçirmə. Lələ yerin Arqalı; Mələməz ay arqalı; Kəsəkəs meydanında; Namərd qaçar, ər qalı. (Bayatı). Eləysə, ah, eləysə, bəs bu kəsəkəs neçin? Qılınc verib əlinə şahla sultan bəs neçin?...

KƏSƏK-KÜSƏK (ID - 21043)

top. Kəsək-kəsək halında olan torpaq. [Maya:] Tülkü, çaqqal mənə nə edəcək? Nə çox kəsək-küsək, götürüb çırparam təpəsinə. M.İbrahimov.

KƏSƏKLƏŞMƏ (ID - 21044)

“Kəsəkləşmək” dən f.is.

KƏSƏKLƏŞMƏK (ID - 21045)

f Kəsək olmaq, kəsəyə çevrilmək, qalıb kəsək halında bərkişmək. Palçıq qalıb kəsəkləşdi.

KƏSƏKLİ (ID - 21046)

sif Kəsəyi çox olan, kəsəklə dolu, kəsəklərlə örtülü. Kəsəkliyol. - ..Tehrandan gələn boz maşın Qəzvinin tozlu və kəsəkli küçələrinə daxil oldu. M.İbrahimov. Bayram .. kəsəkli cığıra burulanda yaxın evlərdən qalxan...

KƏSƏKLİK (ID - 21047)

is. Kəsək çox olan yer (yol və s).

KƏSƏN (ID - 21048)

fis. hənd. Əyrini iki və ya bir neçə nöqtədə kəsən düz xətt. □ Kəsən (kəsici) diş(lər) - ağzın ön tərəfində olan ön diş(lər).

KƏSƏR (ID - 21049)

is. 1. Hər hansı bir kəsici alət. Atam hazırlanır əlində kəsər; Toyuq banlayanda başı kəsilər. S.Vurğun. // Soyuq silah. Yoxdur onun əllərində; Heç bir kəsər, heç bir silah. M.Dilbazi. Kəsmə qabiliyyəti; kəsicilik, itilik. Bıçaqda...

KƏSƏRLİ (ID - 21050)

sif 1. Yaxşı kəsən, iti. Kəsərli alət. Kəsərli bıçaq. Kəsərli xəncər. - Ortadan kəsərli, qəbzəsi qanlı; İstərəm indidən çalhaçal ola! “Koroğlu”.
Düz vuran, yaxşı atan. Kəsərli tapança. Kəsərli silah quldurun...

KƏSƏRLİLİK (ID - 21051)

is. 1. Kəsərli olma; itilik. Baltanın kəsərliliyi.
2. məc. Təsir, güc, kəskinlik. Sözün kəsərliliyi.

KƏSƏRSİZ (ID - 21052)

sif 1. Kəsəri olmayan, iti olmayan; küt. Kəsərsiz balta.
2. məc. Gücü, təsiri olmayan və ya az olan. Kəsərsiz söz. Kəsərsiz tənqid. - Onlar oynadıqca istedadıyla; Əql evi boş olur, sözü kəsərsiz; Döşünə döysə də alim...

KƏSƏRSİZLİK (ID - 21053)

is. 1. Kəsəri, itiliyi olmama; kütlük.
2. məc. Gücü, təsiri olmama və ya az olma. Tənqidin kəsərsizliyi.

KƏSƏRTİ (ID - 21054)

is. Kəsər, alət (bıçaq, balta, xəncər və s.). Yanında bir kəsərti yoxdur.

KƏSƏSİNƏ (ID - 21055)

zərf Kəsə yolla, qısa yolla. Kəsəsinə getmək.

KƏSƏYƏN (ID - 21056)

is. zool. Qabaq dişləri yaxşı inkişaf etmiş, gəmiricilər dəstəsindən çölsiçanı. Anbar kəsəyənsiz olmaz. (Ata. sözü). Bir tısbağa, bir kəsəyən, bir qarğa; Yoldaş olmuşdular bundan qabağa. Q.Zakir.

KƏSHAKƏS (ID - 21057)

is. 1. Kütləvi şəkildə kəsmə, doğrama: qırıb-tökmə, kəsib-tökmə.
məc. dan. Ağalıq etmə, vurub dağıtma, hökmranlıq (yalnız mənfi mənada). Bu xəbər açıqcasına hacının yüzbaşılığından, kəshakəs vaxtından verilirdi....

KƏSİCİ (ID - 21058)

sif 1. Kəsən, kəsə bilən hər şey. Kəsici alət. Kəsici maşın. // İti, itilənmiş, yaxşı kəsən. Kəsici mişar. □ Kəsici dişlər
ağızın qabaq tərəfində olub yeyiləcək şeyi
kəsən dişlər. // Is. mənasında. Kəsən...

KƏSİCİLİK (ID - 21059)

is. 1. Kəsici şeyin hal və keyfiyyəti; itilik.
məc. Şiddət, təsirlilik, təsir qüvvəsi.

Bu səhifə 200 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif