Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KARIXMA (ID - 20310)

“Karıxmaq” dan f.is.

KARIXMAQ (ID - 20311)

f Çaşmaq, çaşıb qalmaq, özünü itirmək, nə edəcəyini, nə deyəcəyini bilməmək. Məmmədhəsən əmi lap karıxdı.. Məmmədquluzadə. Evdən çölə çıxdı Sona darıxmış; Yolun o tayına keçdi karıxmış. K.Sanılı. Heç vaxt...

KARİKATUR (ID - 20312)

[ital.] 1. Bir şəxsi və hadisəni qəsdən gülünc surətdə təsvir edən şəkil. Gülməli karikatura. - Qəzetin birinci səhifəsində çəkilmiş karikaturada ağ bir qoyun göy çəmənlikdə ot qırpırdı, amma sağında və solunda iki boz...

KARİKATURALAŞDIRILMAQ (ID - 20313)

“Karikaturalaşdırılmaq” dan f.is.

KARİKATURALAŞDIRILMA (ID - 20314)

məch. Karikatura halına salınmaq, gülünc şəkildə təsvir edilmək (göstərilmək).

KARİKATURALAŞDIRMA (ID - 20315)

“Karikaturalaşdırmaq” dan f.is.

KARİKATURALAŞDIRMAQ (ID - 20316)

f Karikatura şəklinə salmaq, gülünc şəkildə təsvir etmək (göstərmək).

KARİKATURÇU (ID - 20317)

is. Karikatura çəkən rəssam.

KARİKATURÇULUQ (ID - 20318)

is. Karikaturaçının işi, sənəti, karikatura çəkmə.

KARİKATURLU (ID - 20319)

sif. Karikaturası olan, karikatura çəkilmiş. Karikaturalı jurnal. [Dilbər] kənd məktəbindəki rəsm müəlliminin köməyi ilə həftədə bir nömrə şəkilli, karikaturalı iri qəzet hazırlayıb çardaqdan asırdı. Ə.Sadıq.

KARİYES (ID - 20320)

is. [lat.] Sümüyün və ya dişin iltihablı dağımı, çürüməsi.

KARKAS (ID - 20321)

[ital. carcassa] Bina və s.-nin dəmirdən düzəldilən gövdəsi, skeleti. Çoxmərtəbəli evin karkası. // Parçadan düzəldilən bəzi məmulatların məftil skeleti, əsası. Abajurun karkası.

KAR-KOR (ID - 20322)

is. Həm qulağı eşitməyən, həm gözü görməyən adam.

KARKÜN (ID - 20323)

sif. [fars.] köhn. 1. İşcil, işlək, işləyən, işgüzar, işbacaran. [Fərmanın] qəsdi özünün karkün olmasını həm əmisinə, həm də Gövhərtaca göstərmək idi. Ə.Haqverdiyev. ..Babakişi çox karkün adam idi. S.Rəhimov.
2....

KARKÜNLÜK (ID - 20324)

is. köhn. İşcillik, işləklik, işgüzarlıq. Içəriyə qoltuğu portfelli, üzündəngözündən süni karkünlük tökülən bir tələbə girdi. Çəmənzəminli.

KAR-LAL (ID - 20325)

is. Həm eşitmək, həm də danışmaq qabiliyyətindən məhrum adam. Karlallar məktəbi.

KARLAŞMA (ID - 20326)

1. “Karlaşmaq” dan f.is.
2. dilç. Səs tellərinin iştirakı olmadan tələffüz edilmə.

KARLAŞMAQ (ID - 20327)

f. 1. Kar olmaq, eşitmək qabiliyyətini itirmək.
2. dilç. Səs tellərinin iştirakı olmadan tələffüz edilmək.

KARLI (ID - 20328)

sif. 1. Yararlı, işəyarar, karagələn. Karlı adam. - Bu davada onlardan on nəfərdən çox karlı adam ölmüşdü. “Qaçaq Nəbi”. Tapançalardan hansı daha karlıdır? A.Şaiq. // məc. Güclü, böyük, möhkəm, bərk, təsirli. Karlı...

KARLIQ (ID - 20329)

is. Eşitmə qabiliyyətinin olmaması və ya nöqsanlı olması. Dil açmada karlıq da gedər, korluğumuz da; Çünki lallığımız doğmuş idi karlığımızdan. Şəhriyar.
Özünü karlığa vurmaq (qoymaq) özünü kar kimi, eşitməyən...

KARLILIQ (ID - 20330)

is. İşə yararlıq, gərəklilik, faydalılıq.

KARNAVAL (ID - 20331)

[ital.] Çox vaxt açıq havada oyunlarla, rəqslərlə, maskalarla və xüsusi geyimlərlə keçirilən xalq şənliyi - maskarad.

KARNİZ (ID - 20332)

[alm. əsli ital.] 1. memar. Divarın yuxarı hissəsini tamamlayan, yaxud qapı, pəncərə üstündən uzanan horizontal çıxıntı. Üz tutdum o yüksək saraya doğru; Çıxdım pilləkəndən üzüyuxarı; Karnizlər tökülüb diş-diş görünür;...

KAROTİN (ID - 20333)

is. [lat.] “A” vitamini.

KARP (ID - 20334)

zool. Üstündə iri, tünd-qızılı pulları olan, şirin su balığı.

KARPKİMİLƏR (ID - 20335)

cəm zool. Əsasən şirin sularda yaşayan balıqlar (məs.: çəki, çapaq və s.) ailəsi.

KARSALA (ID - 20336)

sif. dan. 1. Qulağı ağır eşidən.
2. Key, huşsuz, duyğusuz; zehni kütləşmiş, korazehin.

KARSALALIQ (ID - 20337)

is. dan. 1. Qulağı ağır eşitmə.
2. Keylik, huşsuzluq, duyğusuzluq; zehinsizlik, korazehinlik.

KARSALAMA (ID - 20338)

“Karsalamaq” dan f.is.

KARSALAMAQ (ID - 20339)

f. dan. Qulağı bir qədər karlaşmaq, qulağı ağır eşitməyə başlamaq.

KARSAZ (ID - 20340)

sif. [fars.] köhn. İş görən, işbacaran, bacarıqlı, işgüzar.

KARSAZLIQ (ID - 20341)

is. köhn. İşcillik, bacarıqlılıq, işgüzarlıq. □ Karsazlıq etmək (eləmək)
1) işə yaramaq, kömək etmək, yararlıq göstərmək, xeyri olmaq; 2) kömək etmək, yardım etmək. [Məşədi Tağı:] ..Allah qoysa, sizə çox-çox karsazlıq...

KARSER (ID - 20342)

[lat.] Müqəssirin müvəqqəti saxlandığı biradamlıq otaq. Karserə salmaq.

KARSIZ (ID - 20343)

sif. Gərəksiz, işə yaramayan. Bağçasız, bağsız dağlar; Dumansız, qarsız dağlar; Mən sizə arxalandım; Siz olduz karsız (z.), dağlar! (Bayatı). Mən hərdən oturub fikirləşirəm və bu əqidəyə gəlirəm ki, bizim çoxumuzu bədbəxt...

KARSIZLIQ (ID - 20344)

is. Gərəksizlik, işə yaramama. ..Çox ittifaqlarda inspektor, direktor .. [müəllimlərin] tənbəlliyindən və karsızlığından şikayət edirlər. F.Köçərli. Çəpəl fəndinin karsızlığını, bu müvəffəqiyyətsizliyini onunla izah...

KART (ID - 20345)

[alm. əsli ital.] 1. Hər birinin dörd növü olmaqla, üzərindəki şəkil və işarələrlə bir-birindən fərqlənən qumar kağızlarının hər biri, qumar kağızı. Kart vermək. Kart almaq. Kart paylamaq. - Mehriban səfillər, kefləri çağdır;...

KARTEÇ (ID - 20346)

is. [rus.] 1. İçi xırda güllələrlə doldurulmuş top mərmisi. İri qırma.

KARTEL (ID - 20347)

[fr.] iqt. Birlikdə öz ticarət və istehsal müstəqilliyini saxlayan inhisar formalarından biri. Kartel şəraitində birləşmiş müəssisələr öz ticarət və istehsal müstəqilliyini saxlayır.

KARTELLƏŞDİRİLMƏ (ID - 20348)

"Kartelləşdirilmək” dən f.is.

KARTELLƏŞDİRİLMƏK (ID - 20349)

məch. iqt. Kartel şəklində birləşdirilmək, birləşdirilərək kartel düzəldilmək.

KARTELLƏŞDİRMƏ (ID - 20350)

"Kartelləşdirmə” dən f.is.

KARTELLƏŞDİRMƏK (ID - 20351)

f. iqt. Birləşdirib kartel düzəltmək, kartel şəklində birləşdirmək (sənaye müəssisələrini).

KARTER (ID - 20352)

is. [ing.] 1. Mexanizmi zədədən və tozdan qoruyan qurğu.
2. İçində mexanizm yerləşən metal qutu.

KARTOÇKA (ID - 20353)

[rus.] 1. Üzərində bir şey yazmaq üçün düzbucaq şəklində kəsilmiş qalın kağız, ya karton vərəqəsi (kartoteka vahidi kimi). Kataloq kartoçkası. Kartoteka beş min kartoçkadan ibarətdir.
dan. Kiçik ölçüdə fotoşəkil. Foto...

KARTOF (ID - 20354)

is. [alm.] 1. Yumrusu torpağın altında yetişən, nişasta ilə zəngin bitki.
2. Həmin bitkinin qida kimi işlədilən yumrusu. - Evin xanımı tez o tərəfə keçib balaca boşqaba bir-iki parça qızardılmış kartof qoydu. M.Hüseyn. Arvad...

KARTOFÇIXARAN (ID - 20355)

is. k.t. Kartofu yerdən çıxarmaq üçün maşın. // Sif. mənasında. Kartofiçıxaran aqreqat.

KARTOFÇU (ID - 20356)

is. Kartof əkib-becərməklə məşğul olan adam.

KARTOFÇULUQ (ID - 20357)

is. Kartof əkib-becərməklə məşğul olma.

KARTOFDOĞRAYAN (ID - 20358)

is. Kartof doğrayan maşın və s. // Sif. mənasında. Kartofidoğrayan bıçaq.

KARTOFƏKƏN (ID - 20359)

is. k.t. 1. Kartof əkmək üçün işlədilən maşın və s. // Sif. mənasında. Kartofəkən aqreqat.
2. Kartof yetişdirməklə məşğul olan. Kartofəkən rayonlar.

Bu səhifə 147 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla