Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KAMANÇAÇILIQ (ID - 20160)

is. Kamança çalma sənəti.

KAMANÇALAN (ID - 20161)

b a x kamançaçalan. Kamançalan kimdir o? - Bəxtiyar! Küləkmi, ya simdir o? - Bəxtiyar! R.Rza.

KAMANÇI (ID - 20162)

is. bax kamançaçı.

KAMANDAR (ID - 20163)

is. [fars.] köhn. 1. Oxatan, mahir atıcı. Kamandar atar oxunu; Al eylədim mən çoxunu. “Koroğlu”. Kamil kamandardı, atıb-vurandı; Qovğa günü igidləri yıxandı. Aşıq Ələsgər.
Qədimdə ağasının yanınca ox-yayını gəzdirən...

KAMANDARLIQ (ID - 20164)

is. köhn. Kamandarın işi, vəzifəsi.

KAMANƏ (ID - 20165)

is. [fars.] köhn. Kamanın, kamançanın yayı. Mehrabi-qaşın fikri bu xəm qəddimi, ey məh; Döndərdi qaşın kimi kamanə, ölürəm mən. Ə.Vahid.

KAMANQAŞ(LI) (ID - 20166)

sif. şair. Qaşları kaman (yay) şəklində olan. Harda görsəm şux kamanqaşlını; Istərəm canımı qurban eyləyim. M.P.Vaqif. Ey kamanqaşlı, məni yarələdi qəmzən oxu; Zülfünü bas yarama, qoyma məni qan apara. S.Ə.Şirvani.

KAMBAĞI (ID - 20167)

is. Atın dalındakı yükü bağlamaq üçün ip.

KAMBALA (ID - 20168)

[fin. ] zool. Gözləri başının bir tərəfində olan yastı balıq.

KAMELİYA (ID - 20169)

is. [fr.] Tüklü yarpaqları və iri gözəl gülləri olan ağac; gül adı.

KAMERA1 (ID - 20170)

[lat. ] 1. Bəzi idarələrdə xüsusi məqsədlər üçün ayrılmış otaq. Dezinfeksiya kamerası. Əl baqajı kamerası. Həbsxanada dustaqların salındığı otaqlardan hər biri. Kameraya ağır bir sükut çökdü. M.Hüseyn. Dünya bir an içində;...

KAMERA2 (ID - 20171)

: kamera musiqisi - bir və ya bir neçə ifaçı üçün yazılmış musiqi əsəri. Kamera musiqisi əslində kiçik binalarda ifa edilmək üçün yaradılan vokal və instrumental əsərlərdən ibarət olur. Ə.Bədəlbəyli. Kamera konserti - kamera...

KAMERAL (ID - 20172)

[fr.]: kameral işləri, kameral işləmə - ekspedisiya və çöl-axtarış işləri zamanı toplanmış materialların laboratoriyada, kabinədə işlənməsi. Dialektoloji ekspedisiya materiallarının kameral işlənməsi.

KAMERALI (ID - 20173)

sif. tex. Kamerası olan (bax kamera1

KAMERAYAMAYAN (ID - 20174)

is. dan. xüs. Deşilmiş avtomobil kameralarını vulkanizasiya üsulla yamayan usta; vulkanizator.

KAMERTON (ID - 20175)

[alm.] Çalğı alətlərini, habelə xor oxuyarkən səsindən əsas ton kimi istifadə edilən, bərk cismə toxundurulduqda müəyyən yüksəklikdə səs çıxaran haçaşəkilli kiçik polad alət.

KAMFORA (ID - 20176)

[lat. əsli yun.] bax kafur. Kamfora spirti. - [Mələk Kərəmə:] Kamfora vuracağam. Buna keçmişlərdə kafur yağı deyərdilər. M.Ibrahimov.

KAMIŞİT (ID - 20177)

[rus. əsli qamış-dan] xüs. Plitə şəklində preslənmiş qamışdan hazırlanan tikinti materialı. Kamışit zavodu.

KAMİL (ID - 20178)

sif [ər.] 1. Nöqsansız, qüsursuz, bitkin, tam, mükəmməl. Kamil əsər. - Cəmali-batinim kamildi, yox bir zərrə nöqsanı; Nə qəm, ey mahi-bimehrim, gər olsa surətim naqis. S.Ə.Şirvani. Olum sadağası bu gözəllərin; Mərifətdə kamil,...

KAMİLCƏ (ID - 20179)

sif Kamil, mükəmməl, tam, tamam-kamal.

KAMİLƏN (ID - 20180)

zərf [ər.] Tamamilə, bütünlüklə, tamam-kamal.

KAMİLLƏŞDİRİLMƏ (ID - 20181)

“Kamilləşdirilmək” dən f.is.

KAMİLLƏŞDİRİLMƏK (ID - 20182)

“Kamilləşdirmək” dən məch.

KAMİLLƏŞDİRMƏ (ID - 20183)

“Kamilləşdirmək” dən f.is.

KAMİLLƏŞDİRMƏK (ID - 20184)

“Kamilləşmək” dən icb.

KAMİLLƏŞMƏ (ID - 20185)

“Kamilləşmək” dən fis.

KAMİLLƏŞMƏK (ID - 20186)

f Kamil olmaq, kamala yetişmək; yetkinləşmək. Türk xalqlarının söz sənəti qarşılıqlı mədəni-ədəbi əlaqələr sayəsində zənginləşib kamilləşəcəkdir. (Qəzetlərdən).

KAMİLLİK (ID - 20187)

KAMPANİYA (ID - 20188)

[ital.] 1. Ümumiyyətlə, bir cəbhədə keçirilən hərbi əməliyyat, müharibə, hərbi yürüş, hərbi səfər. // Hərbi dəniz donanmasının aramsız üzüş və yürüş dövrü. // məc. Sözlə, yazı ilə hücum; mübarizə. ..Tiflisdə...

KAMPANİYAÇILIQ (ID - 20189)

is. Ictimai və ya istehsal işində sistemsizlik, plansızlıq. Kampaniyaçılıqla mübarizə.

KAMRAN (ID - 20190)

sif [fars.] klas. Kamına (arzusuna, muradına, məqsədinə) çatan; xoşbəxt, bəxtiyar. Rəvadı bunca çəkim firqətin, axir; Vüsal günləri, ey dust, kamran mən idim.. X.Natəvan. □ Kamran etmək (eyləmək) kamına (arzusuna, muradına, məqsədinə)...

KAMRANLIQ (ID - 20191)

is. klas. Xoşbəxtlik, bəxtiyarlıq. Əyyamdən umma mehribanlıq; Bir neçə gün olsa kamranlıq. Əmani.

KAMSIZ (ID - 20192)

1. sif Kamına yetişməmiş; məqsədinə, arzusuna çatmamış.
2. zərf Kamına (məqsədinə, arzusuna) yetişmədən. Kamsız qalmaq.

KAMSIZLIQ (ID - 20193)

is. Kamına, məqsədinə, arzusuna çatmamaq.

KAMUFLYAJ (ID - 20194)

is. [fr.] Müəyyən obyekti gizlətmək üçün onları çeşidli rənglərlə boyama, alalama.

KAMVOL (ID - 20195)

[alm.] xüs. 1. Zərif daranmış. Kamvolyun. // Belə daranmış yundan hazırlanmış. Kamvol parça.
Belə yundan zərif parça hazırlayan. Kamvol kombinatı.

KAMYAB (ID - 20196)

is. [fars.] klas. Kamına, arzusuna çatan; xoşbəxt, bəxtiyar. □ Kamyab olmaq - 1) kamına çatmaq, xoşbəxt olmaq. Aləm oldu şad, bülbül vəsli-güldən kamyab. S.Ə.Şirvani; 2) kam almaq. Alçaq ürəklər olmaya mövtinlə kamiyab; Ruhun...

KAMYABLIQ (ID - 20197)

is. köhn. Arzusuna çatma; xoşbəxtlik, bəxtiyarlıq. Xülasə, ədalət hökmranlığında qurdlar quzu ilə otlayırdı, ümumi xoşbəxtlik, ümumi kamyablıq bərpa idi. Çəmənzəminli.

KAN (ID - 20198)

is. [fars.] klas. Mədən yeri, mədən. Hər kanda əgərçi ləl çoxdur; Bir ləl ki, layiq ola, yoxdur. Füzuli. // məc. Mənbə, məxəz mənasında. Söylədi zahid: ey vəfa kanı! Bir qızım var ki, bu cahan canı. S.Ə.Şirvani. Onun üçün...

KANAL (ID - 20199)

[lat.] 1. Dəniz, çay və göllər arasında gəmilərin gedib-gəlməsi, habelə suvarma, hidrotexniki və s. məqsədlər üçün çəkilmiş süni su yatağı. Kanal çəkmək. Samur-Abşeron kanalı. Suvarma kanalı. [Tahir:] Mingəçevirdən böyük...

KANALCIQ (ID - 20200)

is. Kiçik kanal, dar kanal. Süxurları təşkil edən dənələr arasında çoxlu xırda boşluqlar var. Bu boşluqlar bir-biri ilə birləşib uzun kanalcıqlar əmələ gətirir.

KANALİZASİYA (ID - 20201)

[fr.] tex. Çirkli suların axıb getməsi və təmizlənməsi üçün boru və yeraltı kanallar və b. sanitar texniki qurğular sistemi. Kanalizasiya sistemi. Kanalizasiya çəkmək. Kanalizasiya idarəsi.

KANALİZASİYAÇI (ID - 20202)

is. Kanalizasiya işçisi.

KANALİZASİYALI (ID - 20203)

sif Kanalizasiyası olan. Kanalizasiyalı şəhər.

KANALİZASİYASIZ (ID - 20204)

sif Kanalizasiyası olmayan. Kanalizasiyasız məhəllə.

KANALİZATOR (ID - 20205)

[fr.] xüs. Kanalizasiya işləri mütəxəssisi.

KANAPE (ID - 20206)

[fr.] köhn. Söykənəcəkli taxt, divan. Böyükxanım otağın yuxarı başında kanape üzərində uzanaraq ayağının birisini qaldırıb digərinin üstünə qoymuşdu. M.S.Ordubadi. Midhəd əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi.....

KANARYA (ID - 20207)

[coğr. addan] Otaqda qəfəsdə saxlanılan açıq-sarı rəngli oxuyan quş; sarıbülbül.

KANAT (ID - 20208)

[rus.] Liflərdən və ya məftillərdən eşilmiş çox möhkəm yoğun ip (kəndir); buraz. Polad kanat.
□□ Kanat yol - b a x yol.

KANATÇI (ID - 20209)

is. xüs. Kanat hazırlayan fəhlə.

Bu səhifə 141 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla