Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KƏCPAPAQ (ID - 20660)

sif. 1. Papağını yan qoyan.
məc. Forslu, qürrəli. Kəcpapaq oğlan.

KƏCRƏFTAR (ID - 20661)

rif. [fars.] Pis rəftarlı, rəftarı olmayan, yola getməyən. // məc. Nəhs, tərs, uğursuz. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax; Ruzigarə qıl tamaşa, karə bax, girdarə bax. M.P.Vaqif.

KƏDƏR (ID - 20662)

is. [ər.] Qəm, qüssə, dərd, ruhi iztirab. [Maral:] Uff, bəxtiyarlıq içində ölmək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli imiş... H.Cavid. Neçəsində fərəhim var; Neçəsində kədərim var. B.Vahabzadə. Səmədin...

KƏDƏRAVƏR (ID - 20663)

sif. [ər. kədər və fars. ...avər] klas. bax kədərləndirici. [Aslan] zəifləmişdi, qırışıq üzünü tük basmışdı, kədəravər bir görkəm almışdı. C.Cabbarlı.

KƏDƏRƏNGİZ (ID - 20664)

sif. [ər. kədər və fars. ...əngiz] klas. bax kədəravər. Torpaqların üzərinə sərilmiş əlvan güllərin görünüşü qanlı bir otağın görünüşü qədər kədərəngizdir. M.S.Ordubadi.

KƏDƏRLƏNDİRİCİ (ID - 20665)

sif. Kədər gətirən, qüssə gətirən; qəmləndirən, qüssələndirən. Kədərləndirici hadisə. Kədərləndirici xəbər. Kədərləndirici mənzərə.

KƏDƏRLƏNDİRİCİLİK (ID - 20666)

is. Kədər gətirmə, kədər vermə.

KƏDƏRLƏNDİRİLMƏ (ID - 20667)

“Kədərləndirilmək” dən f.is.

KƏDƏRLƏNDİRİLMƏK (ID - 20668)

məch. Qəmləndirilmək, qüssələndirilmək, məyus edilmək, dərd (kədər) verilmək.

KƏDƏRLƏNDİRMƏ (ID - 20669)

“Kədərləndirmək” dən f.is.

KƏDƏRLƏNDİRMƏK (ID - 20670)

f. Kədərli etmək, qəmləndirmək, qüssələndirmək, çox məyus etmək. Xəbər onu kədərləndirdi. Uşağın xəstəliyi ananı kədərləndirdi. - Bu .. kişinin sonsuzluğu Ataşı istər-istəməz kədərləndirirdi. Ə.Vəliyev. [Elçin Sevincə:]...

KƏDƏRLƏNMƏ (ID - 20671)

“Kədərlənmək” dən f.is.

KƏDƏRLƏNMƏK (ID - 20672)

f. Kədərə batmaq, qəmlənmək, qüssələnmək, çox məyus olmaq. Bu xəbərdən kədərləndi. Oğlunu görə bilmədiyi üçün kədərləndi. - Sabir düşünür, kədərlənir, dərslərini hazırlamağa çalışırdı. S.Rəhimov. Səfər kişi...

KƏDƏRLİ (ID - 20673)

sif Qəmgin, dərdli, mükəddər, hüznlü. Kədərli ana. - Kədərli bir qəlbin yanıq fəğanı; Yandırır ürəyi daşdan olanı. Ə.Cavad. Doğrudan da qız çox düşkün və kədərli idi. M.İbrahimov. // Kədər ifadə edən. Kədərli gözlər....

KƏDƏRLİLİK (ID - 20674)

is. Kədərli adamın hal və vəziyyəti; qüssəlilik, qəmlilik, dərdlilik.

KƏDƏRSİZ (ID - 20675)

sif Kədəri olmayan, qəmsiz, qüssəsiz, dərdsiz. Kədərsiz adam. // məc. Şən, qayğısız, məsud. Kədərsiz həyat. - Nadir bulunur bizdə bulud, sis; Şən ruhumuzun üfqü kədərsiz. H.Cavid.

KƏDƏRSİZLİK (ID - 20676)

is. Kədərsiz adamın halı; qəmsizlik, qüssəsizlik.

KƏF1 (ID - 20677)

is. [fars.] Köpük (od üstündə bişən xörək və s.-də). Xörəyin kəfni götürmək. Sabun kəfi. - Qazan daşdı, kəfin al; Qaynadıqca kəfin al. (Bayatı). Mən əti doğrayıb qurtaranda Gülqədəm düyünün kəfini yığırdı. Ə.Vəliyev....

KƏF2 (ID - 20678)

bax kəfə. Əlinin kəfi qabar çalıb.

KƏFƏ (ID - 20679)

is. [ər.] Ovuc, əlin içi, aya. Bir az kənarda bir övrət çömbəlib və çənəsini hər iki əlinin kəfəsinə qoyub qaşqabaqla Əhmədin ağlamasına tamaşa edirdi. C.Məmmədquluzadə.

KƏFƏN (ID - 20680)

is. [ər.] 1. Meyitin sarındığı ağ, bez. Kəfən oğrusundan adamlıq ummazlar. (Ata. sözü).
Keçmişdə: zəvvarların, dindar, mövhumatçı müsəlmanların dini ayinlər zamanı geydikləri kəfənə oxşar uzun ağ paltar.
məc....

KƏFƏNLƏMƏ (ID - 20681)

“Kəfənləmək” dən f.is.

KƏFƏNLƏMƏK (ID - 20682)

f Meyiti kəfənə bürümək, kəfənə tutmaq. Səlim [qocanı] mafəyə
qoydu, yudu, kəfənnədi, həmin dediyi gül ağacının dibində basdırdı. (Nağıl). [Vəzir:] Kənarda bir meyit var idi, götürdük. Gətirib kəfənlədik və qəbrə...

KƏFƏNLƏNMƏ (ID - 20683)

“Kəfənlənmək” dən f.is.

KƏFƏNLƏNMƏK (ID - 20684)

məch. Kəfənə bürüdülmək, kəfənə tutulmaq.

KƏFƏNLİ (ID - 20685)

sif 1. Kəfəni olan; kəfənlənmiş. Kəfənli meyit.
köhn. Boynuna kəfən salmış, kəfən geymiş (bax kəfən 2-ci mənada). Ağ kəfənli adamlar zikr deyib, başlarını gorda ilə yarırdılar. Çəmənzəminli. Arxadan sükut içərisində...

KƏFƏNLİK (ID - 20686)

is. Kəfənə yarar, kəfən üçün işlədilən parça. Pambığın hər qozası düşmənə; Olmalı bir kəfənlik. R.Rza. Kimsə qara gün üçün yaxdanda saxladığı kəfənliyini gətirdi, meyiti kəfənləyib cənazəyə qoydular və üstünə...

KƏFƏNSİZ (ID - 20687)

sif Kəfəni olmayan, kəfənlənməmiş. Kəfənsiz meyit. // Zərf mənasında. Meyiti kəfənsiz (z.) basdırmaq. - Meynələrində qora; Ilişdim, düşdüm tora; Səni mənnən eləyən; Kəfənsiz getsin gora. (Bayatı). Qoxudu dağ-dərə barıtdan,...

KƏFFARƏ (ID - 20688)

is. [ər.] Dindarların, öz günahlarını bağışlatmaq ümidi ilə verdikləri sədəqə, tutduqları oruc və s. Mənə meydən keçən gün tövbə verdi şeyx, ey Seyyid; Bu gün mən də alıb mey, şeyx üçün kəffarə göndərdim. S.Ə.Şirvani....

KƏFGİR (ID - 20689)

is. [fars.] 1. Xörəyin kəfini götürmək, plov çəkmək və s. üçün işlədilən deşik-deşik alət, böyük qaşıq. [Çayçı] əlində kəfgir gah plov qazanına baxır, gah tavaya nəzər yetirirdi. M.İbrahimov. Göyçək arvad əlində...

KƏFGİRLİ (ID - 20690)

KƏFLƏMƏ (ID - 20691)

is. dan. Toz halında dərman. Kinə kəfləməsi.

KƏFLƏNMƏ (ID - 20692)

“Kəflənmək” dən f.is.

KƏFLƏNMƏK (ID - 20693)

f Qaynadılan zaman köpüklə örtülmək. Ət kəfləndi.

KƏFLİ (ID - 20694)

sif Kəfi olan, köpüyü olan; köpüklü. Kəfli dolma.

KƏFRƏM (ID - 20695)

is. məh. Mitil. [Ataş Əsgər bəyə:] Döşəklərin yununu boşaldıb, yorğanların kəfrəminə baxdıran kimdir? Ə.Vəliyev.

KƏFRƏMLİ (ID - 20696)

sif. Kəfrəmi olan; mitilli.

KƏHƏR (ID - 20697)

sif Açıq-şabalıdı rəng (at haqqında). Qurbanəli bəyin nökəri bir kəhər atın çilovundan yapışıb bir az kənarda dolandırırdı. C.Məmmədquluzadə. Kişnəyəcək qaşqa, kəhər atım mənim; Xallı toplan ayağına dolaşacaq; Kənd...

KƏHİLDƏMƏ (ID - 20698)

“Kəhildəmək” dən f.is.

KƏHİLDƏMƏK (ID - 20699)

f məh. Çətinliklə, tövşüyə-tövşüyə nəfəs almaq; ləhləmək, tövşümək. Tövlənin qapısı açıldı və cahıllar kəhildəyə-kəhildəyə (z.) atları töyləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına....

KƏHİLTİ (ID - 20700)

is. Dərindən nəfəs alarkən çıxarılan səs.

KƏHKƏŞAN (ID - 20701)

is. [fars.] şair. Gecələr göy üzündə ağ yol şəklində görünən ulduzlar topası; hacılar yolu, süd yolu. Kəhkəşan südlü nəhri andıraraq; Əzəli bir kitab oxurdu mana. H.Cavid. Hər ulduzun yeri var kəhkəşanlar içində; Hər nəhrdən...

KƏHRƏBA (ID - 20702)

is. [fars.] Müxtəlif xırda bəzək şeyləri qayrılan qatranlı şəffaf, sarı və ya sarı-qonur rəngli bərk maddə. Kəhrəbadan qayrılan muncuq. Kəhrəbadan bilərzik. // Həmin maddədən qayrılmış bəzək (şeyi). Gümüş biləklərin,...

KƏHRƏBALI (ID - 20703)

sif Kəhrəbası olan, kəhrəba ilə bəzədilmiş, kəhrəbadan düzəldilmiş. Kəhrəbalı bilərzik.

KƏHRİMƏ (ID - 20704)

“Kəhrimək” dən f.is.

KƏHRİMƏKf (ID - 20705)

məh. Qocalmaq, qartlamaq. Sümüyü kəhrimiş adam. Ağac kəhrimişdir.

KƏHRİZ (ID - 20706)

is. [fars.] Yeraltı su yolu, su kəməri. Dərədə kəhriz suyu ilə işləyən stansiyanın təzə binası ağarırdı. M.Hüseyn. Yalnız qoşa kəhrizin böyründən gələn araba yolu ilə bir avtomobil sürətlə .. gəlirdi. Mir Cəlal. □ Kəhriz...

KƏHRİZLİ (ID - 20707)

sif Kəhrizi olan. Kəhrizli bağ. [Gəray ağa] ..fikrən öz kəhrizli mülklərinə, Qarabağa qayıdır, Müqim bəyin qarasınca mırıldanırdı. S.Rəhimov.

KƏHRİZŞEYTANI (ID - 20708)

is. zool. Qarınayaqlılar fəsiləsindən dayaz sularda, kəhrizlərdə yaşayan canlı.

KƏKƏ (ID - 20709)

sif Danışarkən kəkələyən; kəkov. Kəkə uşaq. Anadan kəkə (z.) doğulmaq.

Bu səhifə 136 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla