İzahlı lüğət

KÜSÜLÜ

sif. Küsmüş, incimiş, küsü saxlayan. Küsülü (z.) qalmaq. - Gah küsülü olub, gahi barışıb; Bir saat keçməmiş ara qarışıb. Q.Zakir. [Ağa Kərim:] Mən bir cüzvi işdən ötrü [Ağa Salmanla] küsülüyəm. M.F.Axundzadə. Leyk gəl indi biz əyri oturaq, düz danışaq; Elə bil küsülü idik, gəl təzədən bir barışaq. S.Ə.Şirvani. □ Küsülü kimi - sanki bir-birindən küsmüş, bir-birini dindirməyən adamlar kimi. Dostlar bir-iki dəqiqə susub, küsülü kimi ayrı-ayrı səmtə baxdılar. M.Hüseyn. Küsülü kimi hərə öz aləminə dalmış, öz fikri ilə məşğuldu. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed