İzahlı lüğət

KÜSÜ

is. Bir-biri ilə danışmama halı; küsmə. Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü. (Məsəl). Artıq yetər, bu nə umu, nə küsü; Sal yadına o qayğısız günləri. Ə.Cavad. [Fərman Mələyə:] Heç fikir eləmə, ömrü boyu cəhənnəmdə yanmaqdansa, ata-ananın bircə aylıq küsüsünə dözmək yaxşıdır. M.İbrahimov. □ Küsü saxlamaq (tutmaq, bağlamaq) - bir-biri ilə danışmamaq, küsülü vəziyyəti davam etdirmək, dindirməmək. Şirvana yol bağlaram; Dərd əlindən ağlaram. Yardan kağız almasam; Mən də küsü saxlaram. (Bayatı).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed