İzahlı lüğət

KƏSB

is. [ər.] 1. Çalışıb qazanma və bunun nəticəsində əldə edilən qazanc, gəlir. Atanın kəsbi oğula halaldır. (Ata. sözü). [Tarverdi:] Belə adamlar da var dünyada? Yaxşı, kəsbimiz nədir? M.F.Axundzadə. İsmayılov .. öz kəsbi ilə özünü və ailəsini bir növ dolandırırdı. Ə.Haqverdiyev. □ Kəsb etmək (qılmaq) - 1) çalışıb qazanmaq, gəlir götürmək. Derlər otur evdə, nədim kasibəm; Kəsb eləməzsəm, qazana bilmirəm. M.Ə.Sabir;
əldə etmək, qazanmaq, öyrənmək. Hər vilayətdə var beş-on məktəb; Edirik kəsb onda elmü ədəb. S.Ə.Şirvani. Getdikcə Mehman daha artıq iş təcrübəsi kəsb edir, ciddiyyətlə işə girişirdi. S.Rəhimov. Mehriban üçün həyat yeni böyük bir məna kəsb etməyə başlayırdı. H.Seyidbəyli.
2. B a x kəsbkarlıq. [Hacı Qara:] A qardaş, mən dinc, farağat, kəsb əhliyəm. M.F.Axundzadə. Hansı bir kəsbə yanaşdım ki, yar olsun tale; Sən çıxıb qarşıma, hər ləhzədə oldun mane. A.Səhhət. [Məşədi Əsgər] hələ on iki yaşında olduğu halda kəsb üçün Bakıya gəlib, neft gəmilərinin birisində muzdurluğa başlamışdı. S.Qənizadə. □ Kəsb etmək köhn.
yaşamaq üçün bir sənət, peşə, işlə məşğul olmaq. Kəsb etmədi, cib kəsmək adət etdi; Quldur oldu, ev kəsdi, qarət etdi. A.Səhhət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed