İzahlı lüğət

KƏSƏ

1. sif Ən yaxın, ən qısa. Kəsə cığır. [Qız] cəld taxçadan cunayı yaylığını götürüb özünü çölə saldı, kəsə yolla meşəyə doğru yüyürməyə başladı. Ə.Məmmədxanlı. Bir azdan zəmilər arası ilə salınmış tozlu kəsə yolda bir yük maşını göründü. Q.İlkin. Dağların başından aşdı piyada; Yolu kəsə getdi, yolu qısaltdı. B.Vahabzadə. □ Kəsə gəlmək
kəsə (qısa) yolla gəlmək. Bu dağdan kəsə gəldi; Yolları kəsə gəldi; Sübhün səsi ucaldı; Ellər də səsə gəldi. (Mahnı).
zərf Qısa, müxtəsər, yığcam. Kəsə danışmaq. - [Hümmət:] Təbliğat yox, Yusif sözümə kəsə cavab ver. B.Bayramov. □ Kəsə eləmək - qısaltmaq, qısa eləmək, müxtəsər eləmək. [Şahmar] ona görə də söhbətini kəsə eləyib, ev sahiblərinin harada olduğunu soruşmaq istədi. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed