İzahlı lüğət

KƏFGİR

is. [fars.] 1. Xörəyin kəfini götürmək, plov çəkmək və s. üçün işlədilən deşik-deşik alət, böyük qaşıq. [Çayçı] əlində kəfgir gah plov qazanına baxır, gah tavaya nəzər yetirirdi. M.İbrahimov. Göyçək arvad əlində kəfgir aş süzürdü. Ə.Vəliyev.
Yuxarı ucu hərəkətsiz bir nöqtəyə bərkidilmiş yellənən mil, ox (divar saatlarında). Divar saatının kəfgiri. - Kərimbəy ..
kəfgiri ahəstə-ahəstə hərəkət edən .. saata baxdı. Mir Cəlal. Iri mis kəfgir ağır-ağır çıqqıldayırdı. Q.İlkin.
Duşun, susəpənin deşik-deşik olan hissəsi. Su, kəfgirin yekə bir deşiyindən fışqıraraq töküldü. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed