İzahlı lüğət

KƏHRİZ

is. [fars.] Yeraltı su yolu, su kəməri. Dərədə kəhriz suyu ilə işləyən stansiyanın təzə binası ağarırdı. M.Hüseyn. Yalnız qoşa kəhrizin böyründən gələn araba yolu ilə bir avtomobil sürətlə .. gəlirdi. Mir Cəlal. □ Kəhriz vurdurmaq (saldırmaq, çıxartdırmaq) - suyu quyu vasitəsilə yer üzünə çıxartdırmaq. ..Hər dəfə müsəlmanların müsəllaya çıxmaqları ilə Allah yağış yağdırsa, dəxi bundan sonra bir kəs dəli deyil ki, arx çıxartsın, .. kəhriz vurdursun.. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed