İzahlı lüğət

KVARTAL

[alm. əsli lat.] 1. İlin dörddə biri; üçaylıq, rüb. Kvartal planı. Ilin birinci kvartalı. Ikinci kvartalın hesabatı.
köhn. 1862-ci ilə qədər Rusiyada: şəhərin bir məhəlləsinin polis idarəsi, polis şöbəsi. □ Kvartal nəzarətçisi - çar Rusiyasında: məhəlləyə baxan polis məmuru. // Keçmişdə canlı dildə səhv olaraq "polis nəfəri, polis məmuru” mənasında da işlənmişdir. Dolanır bazarı darğa, kvartal; Döyülür sifətlər, yolunur saqqal. Q.Zakir. Nə pristav, nə köməkçi, nə kvartal, nə qazaq; Hamısı qurd kimi soymaqlığa xalqı ki, qoçaq; Məsləhətçin eləyiblər neçə əşxası qaçaq. S.Ə.Şirvani.
xüs. Meşənin, tarlanın, üzümlüyün və s.-nin kvadrat şəklində bölündüyü sahələrdən biri.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed