İzahlı lüğət

KÜÇƏ

is. 1. Nəqliyyatın və adamların hərəkəti üçün yaşayış məntəqələrində iki sıra tikililər arasındakı açıq sahə, boş yer, yol. Küçənin qarını təmizləmək. Küçəni süpürmək. Istiqlaliyyət küçəsində yaşamaq. - Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. M.F.Axundzadə. Küçənin ortasında bir dəstə əsgər oxuya-oxuya addımlayırdılar. C.Məmmədquluzadə. Yan küçədən çıxan bir qaraltı onun qarşısında dayandı. Ə.Sadıq. □ Küçə həyatı keçirmək - avara, sərsəri həyat keçirmək, avaralanmaq, heç bir işlə məşğul olmamaq. Zeynalın, başqa özü kimi səfilcəsinə küçə həyatı keçirən yoldaşları Mehribanın gözü qabağında keflənmişdilər. S.Hüseyn. Küçə qadını (arvadı, uşağı, adamı) - tərbiyəsiz, əxlaqsız, baxımsız qadın (arvad, uşaq, adam). Küçə uşaqlarına qoşulmaq. Küçə adamına baş qoşmamaq. - Qətibə, Qızıl Arslan sarayının qarşısına yetişənə qədər başını taxt-rəvanın pəncərəsindən çıxarıb küçəyə baxmaq istəmirdi, çünki o, küçə uşaqlarının qışqırtısını eşitdikcə əsəbiləşirdi. M.S.Ordubadi. Küçə mirzəsi köhn. - keçmişdə küçədə oturub savadsız əhali üçün məktub, ərizə və s. yazan savadlı adam; mirzə. Mirzə Cavad küçə mirzəsi idi. Ə.Haqverdiyev. Küçə səngəri - bax barrikada. Küçə sözü ədəbsiz söz(lər), söyüş. [Aygün:] - Əvvəl, mənə aşna demə! Bir anayam mən! Bizim evə yaraşmayır bu küçə sözü... S.Vurğun.
Binanın küçə tərəfi, küçə səmti. Küçəyə pəncərə açmaq. □ Küçə qapısı - 1) evdən küçəyə açılan qapı. Küçə qapısını örtmək;
həyətdən küçəyə açılan qapı. Məmmədhəsən əmi həyəti bir qədər dolanıb çıxdı küçə qapısının ağzına. C.Məmmədquluzadə. Küçə qapısı açıldı. S.Hüseyn. Küçə pəncərəsi evdən küçəyə açılan pəncərə. Küçə pəncərəsini bağlamaq. Küçəyə baxmaq - küçəyə açılmaq, küçəyə tərəf olmaq, küçəyə çıxmaq. Eyvan küçəyə baxır. - Küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü. İ.Şıxlı.
□□ O küçə sənin, bu küçə mənim - çox gəzib yorulmaq, bütün küçələri dolanıb əldən düşmək. [Fatma həkim:] Otuz beş ildi uçastkovı həkim işləyirəm, bu küçə mənim, o küçə sənin, bu dalan sənin, o dalan mənim. Heç olmasa işdən qayıdanda evdə bir rahatlıq görəsən. İ.Məlikzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed