İzahlı lüğət

KİMİ1

qoş. 1. Bənzətmə və müqayisə bildirir. Ürəyi nanə yarpağı kimi əsir. - [Sultan bəy:] Mən bəy balası kimi qızımı arşın mal satana verəcəyəm? U.Hacıbəyov. Sanki göylərdə uçan quş kimiyəm; Sanki yerdən uçurulmuş kimiyəm. M.Müşfiq.
Ani zaman bildirir. Məktubu alan kimi gəl. - [Əsgər:] Gözüm səni görən kimi qəlbim sevindiyimdən çırpınmağa başladı. U.Hacıbəyov. Qız gözünü açan kimi yan-yörəsinə baxdı. M.İbrahimov. Səni görən kimi, a şirin üzlüm; Nədən tuti dilim mənim lal olur? M.Rahim.
Yer, ya zaman həddini bildirir - ...qədər, ...dək. Evə kimi bir yerdə getdik. - Rəsul bir saata kimi pinəçi dükanının qabağında durub pinəçilərə baxdı. “Aşıq Qərib”. Fəraqdən gecələr yatmaram sabaha kimi.. X.Natəvan. [Fatma xanım:] ..Mən bu gecə sabaha kimi can vermişəm. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
first box will be shown second NOT