İzahlı lüğət

KƏSİLMƏK

1. “Kəsmək” dən məch. Taxta kəsildi. Barmağı kəsilmək. Qardan yol kəsilmişdir. Qoyun kəsilmək. Telefon (qaz) kəsildi. Meynələr kəsilib. Kərpic kəsilmək. Pul kəsilmək.
f Bitmək, qurtarmaq, sakitləşmək. Molla gəlib mağaraya çatana qədər yağış kəsilir. “M.N.lətif.” Həmin saat külək və qar kəsildi. M.Rzaquluzadə. // Daha eşidilməmək, gəlməmək (səs və s. haqqında). Quşlar uçdu, əkildi; Vay, səsləri kəsildi. A.Səhhət. Doğrudan da azca keçməmiş qanlı boğuşma və hürüşmələr yavaşıdı və nəhayət kəsildi. M.Ibrahimov. Mahnı kəsildi, küçədə sükut əmələ gəldi. S.Rəhman. // Sona çatmaq, qurtarmaq, bitmək. Müharibə kəsildi. Mübahisə kəsildi. // Kəsmək, toxtamaq. Ağrı kəsildi. Yaranın qanı kəsildi.
məch. köhn. Sünnət edilmək.
məch. Cəza təmin edilmək. Cərimə kəsilmək. - [Əsəd bəy:] Aydəmirə vur-tut beş il kəsilmişdir. C.Cabbarlı. □ İş kəsilmək məhkəmənin hökmü ilə müqəssirə müəyyən il həbs cəzası verilmək. [Bəhmən Xəlilə:] Niyə sənə bu qədər iş kəsiblər? Səkkiz il çox deyil? I.Məlikzadə.
məch. Yarılmaq, oğurlanmaq. Ev kəsilib.
məch. dan. İmtahanda hər hansı bir fəndən pis qiymət almaq, imtahandan keçməmək. İmtahandan kəsilmək. Kimyadan kəsilmək.
f Məhrum olmaq (qalmaq), tamamilə tükənmək. Taqəti kəsilmək. İştahası kəsilmək. Südü kəsilmək. - Babək əlində şam, təkbaşına ağır və yorğun addımlarla Cavidan qəsrinin yeraltı qatına düşdü. Zirzəmiyə enən daş pilləkən başında sanki taqəti kəsildi.. Ə.Məmmədxanlı. // Bir şeydən qalmaq, artıq edə bilməmək. Yeməkdən kəsilmək.
Bir sıra isimlərlə birləşərək mürəkkəb fel və ifadələr düzəldilir; məs: ayağı kəsilmək, əli kəsilmək, çarəsi kəsilmək, düşmən kəsilmək.
kəsilə-kəsilə zərf Sıxıla-sıxıla, utanautana, çəkinə-çəkinə. Kəsilə-kəsilə cavab vermək. - Kəsilə-kəsilə danışır Gülnaz: Xanlıqda işləyib, olmuşdum pərvaz.
H.K.Sanılı.
□□ Kəsilə-kəsilə qalmaq - bir şey edə bilmədiyi üçün daxili əzab və iztirab keçirmək, qovrula-qovrula qalmaq. Məktubu oxuduqda qanım başıma vurdu, kəsilə-kəsilə qaldım. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed