Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

İNTENSİVLƏŞDİRİLMƏ (ID - 19097)

"İntensivləşdirilmək” dən f.is. Iş üsullarının intensivləşdirilməsi.

İNTENSİVLƏŞDİRİLMƏK (ID - 19098)

məch. Daha intensiv (məhsuldar, səmərəli) edilmək, intensivliyi daha da artırılmaq.

İNTENSİVLƏŞDİRMƏ (ID - 19099)

"İntensivləşdirmək” dən f.is.

İNTENSİVLƏŞDİRMƏK (ID - 19100)

f Daha intensiv etmək, intensivliyini artırmaq, daha məhsuldar, daha səmərəli etmək. Kənd təsərrüfatını intensivləşdirmək. Istehsal proseslərini intensivləşdirmək.

İNTENSİVLİK (ID - 19101)

is. 1. Səmərəlilik, məhsuldarlıq. Əməyin intensivliyi.
2. Gərginlik, qızğın fəaliyyət.

İNTERES (ID - 19102)

[lat.] dan. bax mənafe. Bu işdə onun heç bir interesi yoxdur. - [Əlisəfa:] Mənim bunda bir interesim yoxdur. S.Hüseyn.

İNTERLUDİYA (ID - 19103)

[ital.] mus. Bir musiqi əsərinin hissələri arasında çalınan və onları bir-birinə bağlayan başqa kiçik musiqi pyesi və ya parçası.

İNTERMEDİYA (ID - 19104)

[ital.] 1. Dram və ya opera tamaşasının pərdələri arasında göstərilən kiçik komik səhnə və ya pyes.
2. mus. bax interlüdiya.

İNTERMESSO (ID - 19105)

[ital.] mus. Sərbəst formalı kiçik instrumental pyes, bəzən operanın ortasında orkestr tərəfindən çalınan kiçik müstəqil musiqi pyesi. Sevgilisi Aşıq Qəribdən ayrı düşmüş Şahsənəmin hicran kədərləri, R.Qliyerin “Şahsənəm”...

İNTERNASİONAL (ID - 19106)

[fr.] 1. Bax beynə1mi1ə1. [Tofiq:] A kişi, eşqin nə ruscası, nə azərbaycancası! Eşq internasionaldır. M.İbrahimov.
2. tar. Beynəlmiləl proletar himninin və Sovet İttifaqı Kommunist Partiyası himninin adı.

İNTERNASİONALİST (ID - 19107)

[fransızcadan] bax beynə1mi1ə1çi.

İNTERNASİONALİZM (ID - 19108)

[fr.] bax beynə1mi1ə1çi1ik. Humanizm, xəlqilik, internasionalizm C.Məmmədquluzadənin yaradıcılığının ana xəttidir, canıdır. M.İbrahimov.

İNTERNAT (ID - 19109)

[lat.] 1. Məktəb yanında şagirdlər üçün ümumi yataqxana.
2. Şagirdlərin oxuyub yaşadıqları qapalı məktəb. Cari dərs ilindən etibarən şəhərdə internat təşkil edilmişdir. (Qəzetlərdən).

İNTERNET (ID - 19110)

[lat. inter - ...arasında və ing. net - şəbəkə] Bütün dünyada milyonlarla kompyuter vahid informasiya sisteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara...

İNTERVAL (ID - 19111)

[lat.] 1. Bir şeyi digərindən ayıran ara, aralıq, məsafə. İntervalı gözləmək.
2. mus. fiz. Eyni zamanda və ya bir-birinin ardınca çıxarılan iki səs arasındakı yüksəklikcə fərq. Əgər əsas not ilə yardımçı böyük sekunda...

İNTERYER (ID - 19112)

İNTƏHA (ID - 19113)

is. [ər.] Son, axır, nəhayət, qurtaracaq. Məndən ötrü bu şadlığın intəha və əvəzi yox idi. T.Ş.Simurq.

İNTƏHASI (ID - 19114)

ara s. Axırı, qurtaranı, nəhayət, xülasə. ..İntəhası, iki-üç saat vaxt kifayətdir. C.Məmmədquluzadə. İntəhası, dava var uzun olur, qısa olur, sənə yaxın, ya uzaq olur. Mir Cəlal. [Daşdəmir:] Allah eləməsin, ay Sərvinaz nənə,...

İNTƏHASIZ (ID - 19115)

sif. Sonu, axırı olmayan, nəhayətsiz, sonsuz. Bir gecə azarın intəhasız şiddətində şeyx gördü ki, qapı açıldı və Gülsüm daxil olub qapının arasında dayandı. Ə.Haqverdiyev. [Qarı:] Əhməd qızını intəhasız, hədsiz-hesabsız...

İNTƏHASIZLIQ (ID - 19116)

is. Sonsuzluq, nəhayətsizlik; sonu, axırı olmama. [Nuriyyəyə] elə gəlirdi ki, dünyada zaman, məkan deyilən şey yoxdur, bizim əqlimizin dərk edə biləcəyi əbədi bir boşluq, bir intəhasızlıq var. İ.Əfəndiyev.

İNTİBA (ID - 19117)

is. [ər.] Bir şeyin zehində buraxdığı iz, təəssürat. Məryəm Bakıdan gəldiyi bir neçə gün müddətində gəzib tanış olduğu yerlərdən aldığı ilk intibaları xatırlayır(dı). M.Hüseyn. Cabbarlının əsərlərini oxuyarkən və...

İNTİBAH (ID - 19118)

is. [ər.] Oyanış, oyanma, canlanma, dirçəlmə, yenidən yüksəliş. Azərbaycan ədəbiyyatının intibah dövrü. Milli intibah yolu.
□□ İntibah dövrü tar. - XV-XVI əsrlərdə Avropada elm və incəsənətin çiçəklənməsi dövrü....

İNTİBAHNAMƏ (ID - 19119)

is. [ər. intibah və fars. namə] Təbliği məzmunda olub, əksərən gizli çap edilərək kütlələr arasında yayılan vərəqə; bəyannamə. İnqilabi intibahnamə.
Nəsir .. bolşevik intibahnaməsi çap etdiyi üçün həbsxanada yatırdı....

İNTİHA (ID - 19120)

bax intəha. Əmaninin dilrübası; Əzəldən rəhnüması; İntihayi-müddəası;
Sənsən canımın cananı. Əmani. [Xacə] qəziyyəni ibtidadan intihayədək Yusif şaha nəql etdi. M.F.Axundzadə.

İNTİHAR (ID - 19121)

is. [ər.] Özünü öldürmə. [Zəmanə] ..o qədər o biçarəni əzdi ki, axırda onu ya intihara, ya qara torpaq altına girməyə məcbur etdi. C.Cabbarlı. Indi onun simasında intihara qərar vermiş kimi küt bir durğunluq vardı. Mir Cəlal....

İNTİXAB (ID - 19122)

is. [ər.] Seçmə, seçib ayırma. [Qoca:] ..Hökmdar intixabında da atanın iştirakı və meyli təqdis olunardı. Çəmənzəminli. [Səmirə:] Məni bu saat ən çox həyəcanlandıran başqa bir şeydir: müvazinətini itirib, intixabında yanılmayasan....

İNTİQAL (ID - 19123)

is. [ər.] 1. Bir yerdən başqa yerə keçmə, yerini dəyişmə. □ İntiqal etmək - köçmək, başqa yerə keçmək, yerini dəyişmək. [Çopo:] Zatən ənənə nəsillərdən intiqal etmiş kollektiv bir ağıl deyilmi? Çəmənzəminli.
2....

İNTİQAM (ID - 19124)

is. [ər.] Özünə pislik edənə pislik etmə arzusu və işi; qisas, qisas alma, heyif alma, əvəzə əvəz; öc. [İsmət:] Ah, fəqət intiqam dilərsə Orxan; Ismət xoşbəxt ikən olur bağrı qan. H.Cavid. Eşqin intiqamı yaşar hər zaman.....

İNTİM (ID - 19125)

[fr.] kit. 1. Dəruni, içdən gələn, səmimi. Intim lirika yenə qüvvətli vətənpərvərlik motivləri ilə çarpazlaşır. M.Hüseyn. Füzulinin intim duyğuları tərənnüm edən şeirlərində də, lirikasında da zəmanəsinin ruhu, fəlsəfəsi,...

İNTİŞAR (ID - 19126)

is. [ər.] Yayma, yayılma. Amma [nə] hasil mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil. M.F.Axundzadə. // Nəşr olunma, çıxma, çap edilmə. “Molla Nəsrəddin “məcmuəsi 1906-cı ildən intişara başladı. □...

İNTİZAM (ID - 19127)

is. [ər.] 1. Nizam və qayda, səliqə, tərtib. [Yemək odasında] evini və ailəsini sevən bir qadın intizam və səliqəsi müşahidə edilirdi. S.Hüseyn. [Oğlan:] Bizim evimizdə intizam və ölçü altına girə biləcək heç bir şey yoxdur....

İNTRİQAN, İNTRİQAÇI (ID - 19137)

is. İntriqa ilə məşğul olan adam. Intriqanın biridir.

İNTUISİYA (ID - 19138)

[lat.] 1. Bir şeyin mahiyyətini incədən-incəyə duyma qabiliyyəti; duyğu.
2. Fəlsəfədə: varlığı təcrübə və məntiqi nəticələrin köməyi ilə deyil, bilavasitə anlama, dərk etmə qabiliyyəti. Intuisiyanın psixoloji mexanizmi....

İNVALİ (ID - 19139)

D [lat.] b a x əlil. Invalidlərin nümayəndəsi bilib ona tribunada yer vermişdilər. Mir Cəlal.

İNVAR (ID - 19140)

is. [ing.] Dəmir xəlitəsi.

İNVARİANT (ID - 19141)

is. [lat.] Düşdüyü mühitdən asılı olmayan.

İNVENTAR (ID - 19142)

[lat.] 1. Bir müəssisəyə, idarəyə, təşkilata məxsus olan avadanlığın, ləvazimatın və s.-nin məcmusu. Kənd təsərrüfatı inventarı. Xəstəxana inventarı. Zavod inventarı.
2. Həmin ləvazimatın, avadanlığın siyahısı. Inventar...

İNVENTARİZASİYA (ID - 19143)

[lat.] Siyahıyaalma, siyahıyaalınma, inventara daxil etmə (edilmə). Inventarizasiya siyahısı. Inventarizasiya komissiyası. // Hər hansı müəssisəyə, idarəyə, təşkilata məxsus olan şeylərin yerində olub-olmadığını hesablama və...

İNVERSİYA (ID - 19144)

[lat.] dilç. ədəb. Qrammatik hadisə və ya üslubi üsul olaraq, cümlədə sözlərin adi sırasının dəyişdirilməsi.

İNYEKSİYA (ID - 19145)

[lat.] tib. Dəri altına iynə ilə dərman yeritmə.

İNZİBATÇI (ID - 19146)

is. İdarə edən, idarə başçısı; özünə tabe olan idarə və ya müəssisədə yaxşı nizam və intizam yaratmış müdir. Nəriman onu inzibatçı kimi tanımışdı. Mir Cəlal. [Zakir] yaxşı bir mühəndis olmaqla bərabər, yaxşı da inzibatçıdır....

İNZİBATÇILIQ (ID - 19147)

is. Konkret rəhbərlik əvəzinə quru əmr və sərəncam verməklə idarə etmə. [Qəhrəman:] Qəti surətdə inzibatçılığa, hay-küyə yol vermək olmaz. Ə.Vəliyev.

İNZİBATİ (ID - 19148)

sif 1. Nizam-intizama aid olan, nizam və intizamı nəzərdə tutan qanunlara uyğun olan, bir idarənin intizam qanunlarına tabe edilən. Inzibati tədbirlər. Inzibati cəza. □ İnzibati yolla hüq. - icra orqanlarının sərəncamı ilə. Inzibati...

İNZİVA (ID - 19149)

is. [ər.] klas. Xəlvət bir yerə çəkilib adamlardan uzaqlaşma, xarici aləmlə əlaqəsini kəsmə. □ İnzivaya çəkilmək bir guşəyə çəkilib, dünya ilə əlaqəsini kəsmək. [Süleyman] deyərdi ki, rəvayətə görə, .. onun övladından...

İON (ID - 19150)

is. [yun.] fiz. Elektriklə yüklənmiş atom və ya atom qrupu.

İONİZASİYA (ID - 19151)

[yun.] bax ionlaşma və ionlaşdırma.

İONLAŞDIRICI (ID - 19152)

sif fiz. İon əmələ gətirən, ionun meydana gəlməsinə səbəb olan. Ionlaşdırıcı amil.

İONLAŞDIRILMA (ID - 19153)

"İonlaşdırılmaq” dan f.is. ..Havanın süni ionlaşdırılmasına, ondan profilaktika və müalicə məqsədləri üçün istifadə olunmasına maraq artmışdı. (Qəzetlərdən).

İONLAŞDIRILMAQ (ID - 19154)

məch. fiz. İon əmələ gətirilmək.

İONLAŞDIRMA (ID - 19155)

“İonlaşdırmaq” dan f.is.

Bu səhifə 91 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla