Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

İBTİDAİ (ID - 18090)

sif 1. Başlanğıca aid, ən əvvəl olan; ilk. Küçələrdə və meydançalarda gördüyünüz yaralılara ibtidai yardım [ediniz]. M.S.Ordubadi. Hələ mükəmməlləşməmiş, inkişaf etməmiş. Ibtidai həyat. - Həsən bəy inkişaf etməmiş,...

İBTİDAİLƏR (ID - 18091)

is. zool. Birhüceyrəli heyvanlar qrupu.

İBTİDAİLİK (ID - 18092)

is. İbtidai halda olma, ilk mərhələdə olma. // İlkinlik.

İBTİDASIZ (ID - 18093)

sif. İbtidası, başlanğıcı olmayan.

İBTİLA (ID - 18094)

is. [ər.] Bir şeyə xəstəlik dərəcəsində mübtəla olma; mübtəlalıq, düşkünlük. Demək, Ələkbər yoldaş yenə də Hacı xanla qumar oynamış imiş. Onlar ikisi də ibtiladan yaxalarını qurtara bilmirlərdi. M.S.Ordubadi. Mirzağa...

İCAB (ID - 18095)

[ər.]: icab etmək kit. - lazım olmaq, lazım gəlmək: vacib, labüd, zəruri olmaq. Həqiqi inqilab nə qədər ki, dedikcə, böyük bir əmrdir, bu böyük əmri yerinə yetirmək üçün də .. amal və əfkarı uca olan adamların meydana çıxması...

İCAD (ID - 18096)

is. [ər.] Vücuda gətirmə (gətirilmə), yoxdan var etmə (edilmə), yaratma (yaradılma), düzəltmə (düzəldilmə); ixtira (etmə), kəşf (etmə). Radionun icadı. Telefonun icadı. Hürufatın icadı. Yeni icad (yeni çıxmış şey, yeni ixtira)....

İCARƏ (ID - 18097)

is. [ər.] Müəyyən şərtlər əsasında daşınmaz əmlakın müvəqqəti istifadəyə verilməsi, ya alınması; kirə. İcarə haqqı. İcarə kağızı. İcarə şərtləri. - [Kərbəlayı Qulam:] Hacı, özünüz bilirsiniz ki, mərhum Ağa Heydərin...

İCARƏÇİ (ID - 18098)

bax icarədar.

İCARƏDAR (ID - 18099)

is. [ər. icarə və fars. ...dar] Birinin mülkünü və s.-ni icarəyə götürən adam. Kişi də hacının yuxarı baş karvansarasının icarədarıdır. P.Makulu.

İCARƏDARLIQ (ID - 18100)

is. İcarəyə götürmə, kirə etmə.

İCARƏLƏMƏ (ID - 18101)

“İcarələmək” dən f.is.

İCARƏLƏMƏK (ID - 18102)

f İcarəyə götürmək, kirələmək. Torpaq icarələmək.

İCARƏLƏNMƏ (ID - 18103)

“İcarələnmək” dən f.is.

İCARƏLƏNMƏK (ID - 18104)

məch. İcarəyə (kirəyə) götürülmək; kirələnmək. Torpaq icarələnib.

İCARƏNAMƏ (ID - 18105)

is. [ər. icarə və fars. ...namə] İcarəyə almaq və ya vermək haqqında yazılı sənəd; icarə kağızı.

İCAZƏ (ID - 18106)

is. [ər.] 1. İzin, rüsxət, ixtiyar. İcazə almaq. İcazə istəmək. İcazə vermək. Kargüzar qardaşına toy eləmək üçün icazə alıb, kəndə getmişdi. S.Rəhman.
2. İcazənamə, icazə vərəqəsi. İcazənizi göstərin.

İCAZƏLİ (ID - 18107)

sif İcazə verilmiş, rüsxət verilmiş, icazə almış, bir şeyi etməyə icazəsi olan.

İCAZƏNAMƏ (ID - 18108)

is. [ər. icazə və fars. ...naməj Bir yerə daxil olmaq və ya bir iş üçün verilən icazə vərəqəsi; rüsxətnamə. Bütün müxbirlərin icazənamələri bir yerdə imzalanıb. Ə.Məmmədxanlı.

İCAZƏSİZ (ID - 18109)

zərf İzinsiz, rüsxətsiz, icazə olmadan, icazə almadan. Icazəsiz danışmaq. Icazəsiz getmək. Icazəsiz götürmək. - Əminə ərindən icazəsiz qızıl verib, iki nəfərin dəvəsini almış(dı). Ə.Əbülhəsən.

İCAZƏT (ID - 18110)

klas. bax icazə 1-ci mənada. İcazət olunmaq - icazə verilmək, izin verilmək. Şah buyurdu ki,.. bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasımz. M.F.Axundzadə. Divan-dərəni bəndə çəkib aldı dübarə;...

İCBAR (ID - 18111)

is. [ər.] Cəbr etmə, məcbur etmə; öz razılığı, arzusu olmadan bir işə sövq etmə. İcbar etmək - məcbur etmək.

İCBARİ (ID - 18112)

sif Məcburi. Ümumi icbari təhsil.
// İstəməyərək, güclə.

İCBARİLİK (ID - 18113)

is. Məcburilik.

İCLAS (ID - 18114)

is. [ər.] Bir məsələni müzakirə etmək üçün hər hansı bir təşkilat üzvlərinin bir yerə yığılması; yığıncaq. Fəallar iclası. Valideynlər iclası. Iclas salonu. - O günün sabahı iclasdan əvvəl qurultay binasında təşkil...

İCLASÇI (ID - 18115)

is. Məhkəmə iclasında iştirak edən xalq nümayəndəsi.

İCLASÇILIQ (ID - 18116)

is. İclasçı işi, iclasçı vəzifəsi.

İCLASBAZ (ID - 18117)

is. [ər. iclas və fars. ...baz] İclası, iclas etməyi çox sevən adam (mənfi mənada işlənir).

İCLASBAZLIQ (ID - 18118)

is. Çox iclas çağırma, çox iclas etmə; iclas etməyi, çox iclasa getməyi sevmə (mənfi mənada işlənir).

İCMA (ID - 18119)

is. [ər.] 1. Qədimdə: hər hansı bir ərazi daxilində yaşayan əhalinin özünüidarə hüququna malik birliyi, təşkilatı. Şəhər icması. Qədim Rusiyada kəndli icması.
2. köhn. Cəmiyyət, təşkilat, məclis, ittifaq. Dini icma....

İCMAL (ID - 18120)

is. [ər.] 1. Qısa məlumat, bir məsələnin ümumi şəkildə qısaca şərhi; xülasə. İcmal vermək - xülasə etmək. Təfsili-qəminə verdi icmal; Qıldı ona ərzi-surəti-hal. Füzuli.
2. Qəzetlərdə günün siyasi hadisələrini ümumi...

İCMALÇI (ID - 18121)

is. İcmal yazan jurnalist, icmal müəllifi (bax icmal 2-ci mənada).

İCMALƏN (ID - 18122)

zərf [ər.] köhn. Qısaca, müxtəsər, xülasə şəklində.

İCRA (ID - 18123)

is. [ər.] Bir işin, qərarın, hökmün və s.-nin yerinə yetirilməsi, həyata keçirilməsi. Icranı yoxlamaq. Göstərişin icrasına çalışmaq. - [Yusif şah] naçar ümuri-səltənətin icrasına iqdam etdi. M.F.Axundzadə. Balacayev bu gün...

İCRAÇI (ID - 18124)

is. 1. Bir qərarı, hökmü, əmri, göstərişi icra edən, əməli surətdə yerinə yetirən, həyata keçirən adam. Hüsaməddin kimi adamlar onun fikrinin icraçılarıdır. M.S.Ordubadi. // Sif. mənasında. [Yunis] əvvəl icraçı mühəndis,...

İCRAEDİCİ (ID - 18125)

bax icraçı. İcraedici orqanlar.

İCRAİYYƏ (ID - 18126)

icraiyyə komitəsi - hökumət qərarlarını həyata keçirmək, bir şeyi əməli surətdə idarə etmək vəzifəsini həyata keçirən orqanların adı. Rüstəm kişi .. rayon icraiyyə komitəsi sədrinin yanına getməyi qərara aldı. M.İbrahimov....

İCRAKOM (ID - 18127)

is. [ər. icra və fr. comite] İcraiyyə komitəsinin qısaldılmış adı. İcrakomun sədr müavini qırmızı karandaşı naxışlı qələmdandan çəkib, vacib görkəm aldı. B.Bayramov.

İCRASIZ (ID - 18128)

sif və zərf Yerinə yetirilməmiş, əməl edilməmiş, həyata keçirilməmiş. Evdə uşaq heç bir rejimə tabe olmadan yaşayarsa, məktəbin verdiyi tapşırıqlar da icrasız qalar. “Az. qad.”

İCRƏT (ID - 18129)

is. [ər.] köhn. 1. Görülən iş üçün verilən haqq (pul), muzd (maaş), zəhmət haqqı. [Hacı Rəcəbəli:] Ağa Mərdan, uşaqların icrətini məlum elə! M.F.Axundzadə. Vəliquluya və Zibaya Xudayar bəy o qədər icrət təyin elədi ki,...

İCTİHAD (ID - 18130)

is. [ər.] klas. 1. Cidd-cəhd, var gücü ilə çalışma, səy etmə, çalışıb-çapalama. □ İctihad etmək köhn. - gücü çatdıqca çalışmaq, səy etmək, əlləşmək. ..Elə güman eliyirdim ki, bunların içində yenə heç olmasa minlərcə...

İCTİMAİ (ID - 18131)

sif. [ər.] 1. İnsan cəmiyyətinə aid olan. İctimai quruluş. İctimai inkişaf qanunları. // Cəmiyyətdə insanların həyat və münasibəti ilə bağlı olan, cəmiyyətdə cərəyan edən, cəmiyyətdə törəyən, cəmiyyətin həyatına aid...

İCTİMAİLƏŞDİRİLMƏ (ID - 18132)

“İctimailəşdirilmək” dən f.is. İstehsal vasitələrinin ictimailəşdirilməsi. Torpağın ictimailəşdirilməsi.

İCTİMAİLƏŞDİRİLMƏK (ID - 18133)

məch. Fərdilikdən, xüsusilikdən çıxarılıb, cəmiyyətin, kollektivin ixtiyarına verilmək; ümumiləşdirilmək, ellikləşdirilmək.

İCTİMAİLƏŞDİRİLMİŞ (ID - 18134)

f.sif. Fərdilikdən, xüsusilikdən çıxarılıb, cəmiyyətin, kollektivin ixtiyarına verilmiş; ümumiləşdirilmiş, ellikləşdirilmiş. Ictimailəşdirilmiş təsərrüfatlar. Ictimailəşdirilmiş torpaqlar.

İCTİMAİLƏŞDİRMƏ (ID - 18135)

“İctimailəşdirmək” dən f.is.

İCTİMAİLƏŞDİRMƏK (ID - 18136)

f Dağınıq, fərdi, xüsusi təsərrüfatı, istehsal vasitələrini, təsərrüfat obyektlərini və s.-ni ictimai kollektiv, təsərrüfat halına gətirmək; ümumiləşdirmək, ellikləşdirmək. Istehsal alət və vasitələrini ictimailəşdirmək....

İCTİMAİLƏŞMƏ (ID - 18137)

“İctimailəşmək” dən f.is.

İCTİMAİLƏŞMƏK (ID - 18138)

f Fərdilikdən, xüsusilikdən çıxıb ümumiləşmək, cəmiyyətin mülkiyyətinə keçmək, ellikləşmək.

İCTİMAİLİK (ID - 18139)

is. İctimai xarakterdə olma; ümumilik, kollektivlik.

Bu səhifə 118 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla