İzahlı lüğət

İNDİFERENT (ID - 18941)

sif. [lat.] 1. Qeyri-müəyyən, laqeyd, etinasız.
Boş, əhəmiyyətsiz.
fiz. Neytral.

İNDİKATOR (ID - 18942)

[lat.] 1. tex. Fiziki kəmiyyətləri (təzyiqi, yükü və i.a.) təyin etmək üçün işlədilən bir sıra cihazların adı. Elektrik ehtizazları indikatoru.
2. Kimyəvi reaksiyanın sonunu (rəngin dəyişməsi, çöküntü və s. üzrə) bildirən...

İNDİKİ (ID - 18943)

sif. Hazırkı, hazırda mövcud olan, hazırkı zamana aid olan; müasir. İndiki insanlar. İndiki dövr. İndiki ədəbiyyat. İndiki şərait. // Budəfəki. Cəbi həmişə anasına baxırdı, fəqət indiki baxışda bir atəş, bir elektrik qüvvəsi...

İNDİQO (ID - 18944)

[isp.] 1. Kimyəvi üsulla əldə edilən tünd-sürməyi boya maddəsi (keçmişdə bitkilərin şirəsindən hasil edilirdi).
2. dan. Tünd-sürməyi yun parça. Katibin .. indiqodan tikdirdiyi üst köynəyi çəkilib, dal tərəfdən bir yerə...

İNDİLİK (ID - 18945)

zərfi 1. Hələlik, indiki halda, indiki vaxt üçün, hazırkı zamana görə. İndilik bu bəsdir. - İndilik hamı lazım deyil. Bir-iki nəfər öhdəsinə götürsə kifayətdir.. T.Ş.Simurq. İndilik bu danışıqları buraxsaq yaxşıdır. H.Nəzərli....

İNDİLİKDƏ (ID - 18946)

zərfi İndiki vaxtda, indiki şəraitdə, hələlikdə, hal-hazırda, hələlik. Möhtərəm “Rəhbər”in bu təvəqqeini biz indilikdə əmələ gətirə bilmərik.. C.Məmmədquluzadə. [İsmayıl:] ..İndilikdə klubun müdirliyini Yusif yoldaşa...

İNDONEZİYALI (ID - 18947)

is. İndoneziya əhli, malay xalqına mənsub adam.

İNDUİZM (ID - 18948)

[sanskr.] Hindistanda: eramızın V əsrində brəhmənizm və buddizm əsasında təşəkkül tapmış hakim din.

İNDÜKSİYA (ID - 18949)

[lat.] 1. mənt. Ayrı-ayrı, xüsusi təsadüflərdən ümumi nəticələr çıxarma üsulu.
fiz. Maqnit sahəsinin təsiri ilə və ya yüklü elektrik cisminin yaxınlaşması ilə hər hansı bir keçiricidə elektrik və maqnit enerjisinin...

İNDUKSİYALANMA (ID - 18950)

“İnduksiyalanmaq” dan f.is.

İNDUKSİYALANMAQ (ID - 18951)

f. xüs. İnduksiyaya çevrilmək, induksiya əmələ gəlmək.

İNERSİYA (ID - 18952)

[lat. ] fiz. Düz xətt üzrə hərəkətdə olan cismin öz müntəzəm hərəkətini, sükunətdə olan cismin isə öz sükunətini xarici bir qüvvə müdaxilə etmədikcə mühafizə etmə xassəsi; ətalət. Inersiya qüvvəsi.

İNƏK (ID - 18953)

is. 1. Süd verən iri ev heyvanı, öküzün dişisi. Südlü inək. Qısır inək. Inək qatığı, qaymağı (inək südündən hazırlanan qatıq, qaymaq). - Rəna dərhal qollarını çırmayıb inəyi sağmaq üçün getdi. M.S.Ordubadi. ..Evin...

İNƏKÇİ (ID - 18954)

is. İnək saxlayan; inəyəbaxan.

İNƏKÇİLİK (ID - 18955)

is. İnək yetişdirib saxlama. Inəkçiliyi inkişaf etdirmək.

İNƏKƏMCƏYİ (ID - 18956)

is. İri, uzunsov, qırmızıya çalar gilələri olan üzüm növü.

İNƏKLİ (ID - 18957)

sif. İnəyi olan. Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan. (Ata. sözü).

İNƏKNOXUDU (ID - 18958)

is. bot. Paxlalılar fəsiləsindən birillik və ya çoxillik ot bitkisi (yem bitkisi kimi istifadə olunur).

İNƏKOTARAN (ID - 18959)

bax naxırçı.

İNƏKOTU (ID - 18960)

is. bot. Xalq təbabətində istifadə edilən çoxillik bitki. Inəkotu çoxillik bitki olub, təxminən bir metr hündürlüyündə qol-budaqlı gövdəyə malikdir. Laləyə oxşar çılpaq, tünd-yaşıl və böyük yarpaqları uzun saplaqlar üzərində...

İNƏKSAĞAN (ID - 18961)

sif. İnəkləri sağan və onlara qulluq edən işçi; sağıcı.

İNƏKSİZ (ID - 18962)

sif. İnəyi olmayan, inək saxlamayan. Inəksiz kəndlilər.

İNƏYƏBAXAN (ID - 18963)

bax inəkçi.

İNFARKT (ID - 18964)

[lat.] tib. Spazma və ya başqa səbəblər üzündən damarlarda qan cərəyanının kəsilməsi nəticəsində bədənin hər hansı bir üzvünün toxumalarında əmələ gələn ölgünlük. Infarkt olmaq. Ürək damarları infarktı.

İNFEKSİON (ID - 18965)

sif. [lat.] İnfeksiyanın törətdiyi, yoluxucu. Infeksion xəstəliklər.

İNFEKSİYA (ID - 18966)

[lat.] tib. Yoluxucu xəstəlik törədən mikroorqanizmin orqanizmə girməsi, yoluxma; mikrob.

İNFİNİTIV (ID - 18967)

[lat.] bax məsdər.

İNFLYASİYA (ID - 18968)

[lat.] iqt. Kağız pulların əmtəə tədavülü tələbindən artıq buraxılması nəticəsində qiymətdən düşməsi.

İNFORMASİYA (ID - 18969)

is. [lat.] 1. Məlumatlar məcmusu.
2. İnformasiya anlayışlarından biri.

İNFRAQIRMIZI (ID - 18970)

[lat. infra və qırmızı]: infraqırmızı şüalar fiz. - spektrin görünən qırmızı kənarından daha uzağa yayılan gözlə görünməyən hissəsi. Raketdə .. Yerin və Yer atmosferinin infraqırmızı şüalarını müəyyən etmək üçün...

İNFRASƏS (ID - 18971)

[lat. infra və səs] fiz. Havada və başqa mühitdə olub, insan qulağının qavraya bilmədiyi alçaq tezlikli titrəyişlər.

İNGİLİS (ID - 18972)

is. İngiltərənin əsas əhalisini təşkil edən, Hind-Avropa dillərindən birində danışan xalq və bu xalqa mənsub adam.

İNGİLİSCƏ (ID - 18973)

1. sif. və zərfi İngilis dilində. Ingiliscə kitab. Ingiliscə danışır. Ingiliscə azərbaycanca lüğət.
2. is. İngilis dili. Ingiliscəni yaxşı bilir.

İNGİLİSPƏRƏST (ID - 18974)

is. İngilis millətini, onun mədəniyyətini, adət və üsullarını sevən adam; İngiltərəyə və ingilislərə hüsnrəğbət bəsləyən adam.

İNGİLİSPƏRƏSTLİK (ID - 18975)

is. İngiltərəyə, ingilis millətinə, onun mədəniyyət və adətlərinə pərəstiş etmə; ingilis pərəstişkarlığı.

İNHALYASİYA (ID - 18976)

[lat.] tib. Buxar, qaz və ya toz halına salınmış dərman maddələri ilə nəfəs alma vasitəsilə yuxarı nəfəs yollarının müalicəsi. Təbabətdə ətirli yağlardan müxtəlif məqsədlər üçün istifadə edilir. Bunların bəzisi boğaz-burun...

İNHALYATOR (ID - 18977)

[lat.] tib. 1. İnhalyasiya cihazı.
2. İnhalyasiya otağı.

İNHALYATORİ (ID - 18978)

[lat.] tib. İnhalyasiya otağı; inhalyasiya üçün xüsusi yer.

İNHİLAL (ID - 18979)

is. [ər.] köhn. 1. Açılma (düyün).
2. Dağılma, bir-birindən ayrılma.

İNHİRAF (ID - 18980)

is. [ər.] 1. klas. Dönmə, sapma, kənara qaçma, başqa tərəfə meyiletmə, qaçma. Gər doğru isə vəfadə lafin; Məndən nə üçündür inhirafın? Füzuli.
2. xüs. Bir tərəfə meyil, istiqamətini dəyişmə, meyillənmə. Maqnit əqrəbinin...

İNHİSAR (ID - 18981)

is. [ər.] iqt. 1. Bir malı istehsal etmək və ya satmaq, yaxud ondan istifadə etmək hüququnun bir şəxsə, müəssisəyə, dövlətə məxsus olması; monopoliya. Xarici ticarət inhisarı. Neft inhisarı. Dövlət inhisarı.
2. İqtisadiyyatın...

İNHİSARÇI (ID - 18982)

1. sif. Təsərrüfatın hər hansı bir sahəsində inhisar hüququndan istifadə edən. Inhisarçı şirkətlər. Inhisarçı trestlər.
2. is. İnhisarçı kapital nümayəndəsi olan iri kapitalist.

İNHİTAT (ID - 18983)

is. [ər.] kit. 1. Düşmə, aşağı enmə, alçalma. Geri getmə, tənəzzül, düşkünlük. Bir müəyyən qanun üzrədir həyat; Bir doğuş, bir təkamül, bir inhitat. A.Səhhət. Ənisə islam mədəniyyətinin inhitatı səbəblərini araşdırıb...

İNİKAS (ID - 18984)

is. [ər.] 1. Bir yerə dəyib geri qayıtma, əksetmə; surətin şüşəyə, suya və ya başqa parlaq bir şeyə dəyib orada əks olunması. Ayın dənizdə inikası. // Səsin dağa, qayaya və ya başqa bir maneəyə çarpıb oradan çıxmış kimi...

İNİLDƏMƏ (ID - 18985)

“İnildəmək” dən f.is.

İNİLDƏMƏK (ID - 18986)

f 1. Bərk ağrı, əziyyət, ruhi iztirab və s. nəticəsində yavaşca, ağlar kimi həzin səs çıxarmaq; zarımaq, sızıldamaq. Yaralı inildəyir. - Yatır, inildəyir, durub boylanır; Bir neçə yerindən yaralı gördüm. Aşıq Ələsgər....

İNİLDƏŞMƏ (ID - 18987)

“İnildəşmək” dən f.is.

İNİLDƏŞMƏK (ID - 18988)

qarş. İnildəmək, inilti səsi çıxarmaq, yazıq-yazıq mələmək (çoxları haqqında). Qoyunlar da toplaşıb inildəşdi, mələşdi, sanki əlibıçaqlı qəssabı görüb ağlaşdı. S.Rəhimov.

İNİLDƏTMƏ (ID - 18989)

“İnildətmək” dən f.is.

İNİLDƏTMƏK (ID - 18990)

icb. İnildəməsinə səbəb olmaq, zarıtmaq. // Çox əziyyət vermək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed