1
İzahlı lüğət - İ hərfi ilə başlayanlar - H. 10
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

İKİSƏTİRLİK (ID - 18528)

sif İki sətirdən ibarət. Ikisətirlik yazı.

İKİSİLİNDRLİ (ID - 18529)

sif xüs. İki silindri olan. Ikisilindrli maşın.

İKİSİMLİ (ID - 18530)

sif mus. İki simi olan (çalğı aləti).

İKİSİNİFLİ (ID - 18531)

sif köhn. İki sinfi olan. Ikisinifli ibtidai məktəb.

İKİSORMACLILAR (ID - 18532)

is. zool. Yastı qurdlar dəstəsi.

İKİŞAHILIQ (ID - 18533)

is. 10 qəpiklik sikkə (pul).

İKİŞƏKİLLİ (ID - 18534)

sif İki şəkli olan. Ikişəkilli pyes.

İKİŞƏR (ID - 18535)

say. İki-iki, cüt-cüt, qoşa-qoşa. Otağın divarları uzunu düzülmüş taxta pillələrdə ikişər cərgə oturmuş şagirdlərdən, yuxarı pillədəkiləri kitab, aşağıda oturanları “Çərəkə” oxuyan idilər. T.Ş.Simurq. // Hər birinə...

İKİTAGLI (ID - 18536)

sif İki tağı olan, iki tağdan ibarət. Qarşıdakı ikitağlı böyük pəncərədən gur işıq içəri dolurdu. M.İbrahimov.

İKİTAXTA1 (ID - 18537)

sif köhn. İki taxtadan ibarət. Ikitaxta tuman. Ikitaxta yorğanüzü.

İKİTAXTA2 (ID - 18538)

sif İki pillədən ibarət; ikipilləli. Içəri girən kimi enli ikitaxta pilləkən qəşəngliyi, təmizliyi və zərifliyi ilə nəzəri cəlb edirdi. Ə.Vəliyev.

İKİTAKTLI (ID - 18539)

sif mus. İki takt davam edən, iki takta uyğun olan. Ikitaktlı pauza.

İKİTARLALI (ID - 18540)

sif k.t. İkitarlalıq üsulu ilə bağlı olan. Ikitarlalı əkin sistemi. Ikitarlalı təsərrüfat.

İKİTARLALIQ (ID - 18541)

is. k.t. Hər il torpağın yarısını heriyə qoymaq qaydası ilə aparılan torpağı becərmə üsulu.

İKİTAYLI (ID - 18542)

sif İki tərəfli (laylı), iki tayı olan. Ikitaylı darvaza. Ikitaylı pəncərə. - Ziyafət salonunun böyük və ikitaylı qapısı birdən açıldı. M.S.Ordubadi.

İKİTELLİ (ID - 18543)

b a x ikisimli.

İKİTƏBƏQƏLİ (ID - 18544)

sif İki qatdan, iki təbəqədən, iki laydan ibarət olan. Ikitəbəqəli torpaq.

İKİTƏBƏQƏLİLİK (ID - 18545)

is. İkitəbəqəli şeyin hal və keyfiyyəti.

İKİTƏKƏRLİ (ID - 18546)

bax ikiçarxlı.

İKİTƏNƏFFÜSLÜLƏR (ID - 18547)

is. zool. Həm qəlsəmələri, həm də ciyərləri ilə tənəffüs edən balıqlar dəstəsi.

İKİTƏRƏFLİ (ID - 18548)

sif. 1. İki tərəfi olan. Ikitərəfli cisim. Ikitərəfli qapı. İki istiqamətdə gedən, iki tərəfdən baş verən. Ikitərəfli küçə hərəkəti. Ikitərəfli top atəşi. Ikitərəfli sətəlcəm. - Kişinin məhəbbəti tamamilə ona keçdi,...

İKİTƏRKİBLİ (ID - 18549)

sif Tərkibi iki ünsürdən
ibarət olan, cüttərkibli. Ikitərkibli cümlə.

İKİTİRƏLİK (ID - 18550)

is. Bir-birinə zidd iki dəstəyə ayrılma; təfriqə, nifaq, çəkişmə. İkitirəlik düşmək - nifaq düşmək, arasında ədavət düşmək. O, araya ikitirəlik düşə biləcəyindən qorxurdu. Ikitirəliyə lap tezliklə son qoymaq olardı....

İKİTOXUMLULAR (ID - 18551)

bax ikiləpəlilər.

İKİTONLUQ (ID - 18552)

sif 1. İki ton ağırlığında şey tutan. Ikitonluq yük maşını.
2. İki ton ağırlığında olan. Ikitonluq yük.
Misirli qardaş addımladı; Çiynində Xeops ehramının ikitonluq daşı. O.Sarıvəlli.

İKİ-ÜÇ (ID - 18553)

say. Bir neçə, iki və ya üç. Iki-üç arşın dərində geniş bir qazma idi. H.Nəzərli. Alaçıqların yanında dizlik geymiş, belinə şal bağlamış iki-üç qadın tərpənirdi. M.İbrahimov. Qalın duman ətrafı elə bürümüşdü ki,...

İKİÜZLÜ1 (ID - 18554)

sif 1. Üzü ilə astarının rəngi, naxışı və s. bir cür olan, hər iki üzü, hər iki tərəfi bir cür olan. Ikiüzlü parça. - Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli...

İKİÜZLÜ2 (ID - 18555)

sif Üzdə bir cür, dalda başqa cür danışan, hərəkət edən; riyakar, qeyrisəmimi. Ikiüzlü adam. - Siz bağışlayın, yoldaş Mədəd, bu Tanrıverdi xalis ikiüzlüdür. S.Rəhimov. [Səmirə:] Mənim kimi bir qadın hesabla gərək Səidə...

İKİÜZLÜLÜK (ID - 18556)

is. Özünü üzdə bir cür, dalda isə başqa cür göstərmə; riya, riyakarlıq. Ikiüzlülük etmək. - Dünyada saxtalığı, ikiüzlülüyü, riyanı və hiyləni sevməyən təmiz və səmimi bir şey varsa, o da sevgidir. M.S.Ordubadi. [Rəşid:]...

İKİÜZVLÜ (ID - 18557)

bax ikihədli.

İKİVALENTLİ (ID - 18558)

sif kim. İki valentdən ibarət olan.

İKİVERSTLİK (ID - 18559)

sif 1. İki verst uzunluğunda olan. Ikiverstlik məsafə. Ikiverstlik yol. İki verst miqyaslı. Ikiverstlik xəritə.

İKİYANLI (ID - 18560)

sif İki yanı olan.

İKİYARUSLU (ID - 18561)

sif İki yarusu olan. Ikiyaruslu teatr zalı.

İKİYAŞAR (ID - 18562)

sif İki yaşında olan, ikiyaşlı. Ikiyaşar dana. - Qulanlar böyüyüb ikiyaşar (z.) olmuşdular. “Koroğlu”.

İKİYAŞLI (ID - 18563)

bax ikiyaşar.

İKİYERLİ (ID - 18564)

bax ikiadamlıq.

İKİZİRVƏLİ (ID - 18565)

sif İki zirvəsi (təpəsi, başı) olan.

İKMAL (ID - 18566)

is. [ər.] Tamamlama, bitirmə, qurtarma, mükəmməlləşdirmə. Darülədəbin bilməliyiz qədrini, millət! Ikmalına göstərməli olduqca həmiyyət. M.Hadi. Bu gənc yeddi il idi ki, Parisdə tibb fakültəsini ikmal üçün sevgili vətənindən...

İKONA (ID - 18567)

[yunancadan] Xristianlarda: Allahın, yaxud övliyaların şəkli.

İKRAH (ID - 18568)

is. [ər.] İyrənmə, çimçişmə, diksinmə, nifrət. Bu bədheybət adam xanın gözünə sataşdıqda sanki xanda ona qarşı bir ikrah hissi əmələ gəldi. Çəmənzəminli. O, üz-gözünə boya vuranda və səliqəli geyinəndə, sədrinə xoş...

İKRAM (ID - 18569)

is. [ər.] Hörmət, sayğı, əzizləmə, ehtiram, hörmət göstərmə. Xalqın işi bizlərə ikram idi; Ax, necə kef çəkməli əyyam idi. M.Ə.Sabir. O, Hicazdan dönüb keçən axşam; Vardı Bağdadə, gördü çox ikram. Cavid. □ İkram etmək...

İKS (ID - 18570)

is. 1. Latın əlifbasının iyirmi dördüncü hərfi (X).
riyaz. Məlum olmayan və “X” hərfi ilə işarə olunan kəmiyyət.
məc. Məlum olmayan və ya adı çəkilmək istənilməyən şəxsə işarə.

İKSİR (ID - 18571)

is. [ər. əsli yun.] Vaxtilə yalançı kimyagərlərin xariqüladə bir qüvvə və təsirə malik olduğunu zənn etdikləri mövhum bir maddə. [Hacı Kərim:] [Molla İbrahimxəlil kimyagər] məsələn, bir zad dürüst edibdir ki, adına iksir...

İKTİFA (ID - 18572)

is. [ər.] Kifayətlənmə, qane olma. □ İktifa etmək (eləmək) - 1) kifayətlənmək, qane olmaq. [Hatəmxan ağa:] Niyə başa düşmədin, balam, çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin. M.F.Axundzadə. [Rüstəm...

İQAMƏT (ID - 18573)

is. [ər.] Sakin olma, oturma, bir yerdə yaşamaq üçün qalma, qərar tutma. Mümkün degil, Füzuli, cahanda iqamətin; Bihudə sən bu mərhələdə məskən eylədin. Füzuli. O, Azərbaycanın Danaqırt qəsəbəsində təvəllüd edib, doqquz...

İQAMƏTGAH (ID - 18574)

is. [ər. iqamət və fars. ...gah] İqamət yeri, oturulan yer, məskən. [Ata:] Müqəddəs qanuna görə iqamətgahı kim verəcək? Çəmənzəminli. // Hökumət və ya dövlət başçısının, habelə yüksək vəzifə sahibi olan şəxslərin...

İQBAL (ID - 18575)

is. [ər.] Bəxt, tale; bəxti gətirmə. Sənsən mənim ayım, günüm, hilalım; Dövlətim, iqbalım, cahım, cəlalım. M.P.Vaqif. Tam iki aydır ki, tale, iqbal, ümid.. hər şey, məncə, məhv olub bitmiş.. H.Cavid. Gah onun, gah bunun üzünə...

İQDAM (ID - 18576)

is. [ər.] Bir işə səbatla təşəbbüs etmə, başlama. □ İqdam etmək - təşəbbüs etmək, başlamaq, girişmək. [Ağa Salman:] Xanım, mən məhz sənin xatirin üçün bu işə iqdam edirəm. M.F.Axundzadə. Seyyid, ol mah sənin qətlinə...

İQDAMAT (ID - 18577)

[ər. “iqdam” söz. cəmi] kit. bax iqdam. Belə bir iqdamatın iki qisim gözəl nəticəsi ola bilər. C.Məmmədquluzadə. Siz gərək iqdamata başlamaqdan əvvəl mənimlə danışaydınız. M.S.Ordubadi.

Bu səhifə 3 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif