Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

İONLAŞDIRMAQ (ID - 19156)

f fiz. İon əmələ gətirmək, ion doğurmaq, ion törətmək. Qazı ionlaşdırmaq. Havanı ionlaşdırmaq.

İONLAŞMA (ID - 19157)

is. fiz. Hər hansı mühitdə ionların meydana gəlməsi. Qazların ionlaşması.

İONLU (ID - 19158)

sif. fiz. İonu olan. İonlu reaksiya.

İP (ID - 19159)

is. 1. Uzun pambıq, kətan, yun və s. liflərindən eşilib hazırlanan və əsasən bağ kimi işlədilən məmul. İplə bağlamaq. Tayları iplə sarımaq. - [Ağa:] Gördüm yeşiyin ipi qırılıb. Molla Nəbiqulu yeşiklə bərabər ağacdan uçub,...

İPÇİN (ID - 19160)

İPƏK (ID - 19161)

1. is. Tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq tellər və bu tellərdən toxunan qiymətli parçalar. [Əsgər:] Çit, ipək, məxmər, bafta, tafta - hər şeyim var. U.Hacıbəyov. Bir yığın...

İPƏKAÇAN (ID - 19162)

bax ipəkəyirən. İpəkaçan zavodlarda əvvəlcə baramaların üzərində olan tiftikləri, sonra isə nazik ucları ayırırlar. “Əmtəəşünaslıq”. [Qonça:] Rəştdə ipəkaçan dəzgahımız vardı. S.Hüseyn.

İPƏKÇİ (ID - 19163)

1. is. İpəkçilik mütəxəssisi, baramaçılıq mütəxəssisi; baramaçı.
köhn. İpək satan, ipək taciri. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xalçaçılar, ipəkçilər .. də az deyildi. H.Sarabski.
Sif. mənasında....

İPƏKÇİLİK (ID - 19164)

is. 1. Barama qurdundan ipək hasil etmə işi; baramaçılıq. İpəkçiliklə məşğul olmaq. - [Qonça:] [Ataş] ipəkçiliklə məşğul olurdu. S.Hüseyn. Burada [Rəştdə] ipəkçilik geniş yayılmışdır. M.İbrahimov.
2. Bu işlə məşğul...

İPƏKƏYİRƏN (ID - 19165)

sif İpəyi açan, ayıran, təmizləyən. Ipəkəyirən maşın.

İPƏKXANA (ID - 19166)

is. köhn. İpək karxanası, ipək emalatxanası.

İPƏKQURDU (ID - 19167)

bax baramaqurdu. Ipəkqurduları böyüyüb yaşa çatdıqdan sonra, ipək sarımaq üçün tel buraxmağa başlayırlar. A. Quliyev.

İPƏKLİ (ID - 19168)

sif İpək qarışığı olan, içərisində ipək olan. Ipəkli parça.

İPƏKTOXUYAN (ID - 19169)

sif İpəkdən parça toxuyan. Ipəktoxuyan maşın. - ..Ipəktoxuyan kombinatda yüzlərlə ixtisaslı fəhlə çalışır. S.Rəhman.

İPƏYATMAZ (ID - 19170)

sif və is. Heç bir üsul və qaydaya, nizam və intizama uyuşmayan, heç bir nəsihət və söz qəbul etməyən (adam), tərs (adam).

İPƏYATMA(MA)ZLIQ (ID - 19171)

is. İpəyatmaz adamın hal və keyfiyyəti; tərslik.

İPƏYİRƏN (ID - 19172)

sif İpi açıb təmizləyən və əyirən. Ipəyirən maşın.

İPLƏMƏ (ID - 19173)

1. is. dan. Dəlisov, dəlibaş, dəli. Ipləmənin biridir. O, lap ipləmə imiş. // Sif. mənasında. Zəncirlə, iplə bağlanmalı olan; zəncirləmə. Ipləmə dəli.
2. “İpləmək” dən f.is.

İPLƏMƏK (ID - 19174)

f İplə bağlamaq, iplə sarımaq. Yükü ipləmək. Yeşiyi ipləmək.

İPLİK (ID - 19175)

is. 1. Pambıq lifindən hazırlanan möhkəm, davamlı sap. Pambıq iplik. - Uşağın iki əlinin baş barmaqlarını iplik ilə birbirinə bağlayıb sonra ipliyi kəsirlər. Ə.Haqverdiyev. [Ayna:] Budur, boyatmaq üçün iplik aparıram. Ə.Məmmədxanlı....

İPLİKXANA (ID - 19176)

is. İplik karxanası, iplik fabriki.

İPLİKLİ (ID - 19177)

sif Xalis yun deyil, iplik qarışığı olan, iplik qarışıq toxunmuş. Iplikli parça.

İPOTEKA (ID - 19178)

is. Müavinət, girov qoyulmuş əmlak.

İPPODROM (ID - 19179)

is. [yun.] Cıdır meydanı.

İPRƏNMƏK (ID - 19180)

f İyrənmək, kiməsə, nəyəsə nifrət etmə.

İPRİT (ID - 19181)

[Belçikada İprit şəhərinin adından] kim. Xardal qoxuyan zəhərli qaz; dəridə irinli yara əmələ gətirən və orqanizmi bütünlüklə zəhərləyən davamlı zəhərləyici maddələrdən biri.

İPSİZ (ID - 19182)

sif 1. Başına ip salınmamış, başı iplə bağlanmamış, açıq buraxılmış.
məc. dan. Öz hərəkətlərində həddhüdud bilməyən qaba, qanmaz adam haqqında. Ipsizin biridir.

İPVARİ (ID - 19183)

sif İpə oxşar, ip kimi.

İRAD1 (ID - 19184)

is. [ər.] Söyləmə, demə, danışma. İrad eləmək (etmək) - demək, söyləmək. Ingiltərə vaizi Ser Deterdinq öz moizələrinin birində irad edirmiş ki, dünyada neft iki qisimdir. C.Məmmədquluzadə. [Xarrat:] Əfəndim, irad etdiyim bu...

İRAD2 (ID - 19185)

is. [ər.] Nöqsan, kəsir, eyib, qüsur. İrad eləmək (tutmaq, saymaq) - nöqsan tutmaq, kəsrini, eybini demək. Hicran edibdi könlümü bərbad, ağlaram; Çoxlar tutar bu halıma irad, ağlaram. X.Natəvan. ..Böyüklərə irad tutmaq özü bir...

İRADCIL (ID - 19186)

sif Hər şeyə irad tutmağı, irad tapmağı sevən. Iradcıl adam.

İRADÇI (ID - 19187)

sif Hər şeyə irad tutan, hər şeydə bir nöqsan, eyib, qüsur tapmağa çalışan. Iradçı adam.

İRADÇILIQ (ID - 19188)

is. Hər şeydə irad tutma, hər şeydə bir nöqsan, eyib, qüsur tapmağa çalışma.

İRADƏ (ID - 19189)

is. [ər.] 1. İnsan psixikasının, insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata keçirmək qabiliyyətində təzahür edən xüsusiyyətlərindən biri. Iradə qüvvəsi. Iradə zəifliyi. [Doktor:] ..Hər...

İRADƏLİ (ID - 19190)

sif. Möhkəm iradəyə, xarakterə sahib olan (bax iradə 1-ci mənada). Iradəli oğlan. - [Günəş] nəzakətli, ciddi və iradəli bir qadın olmuşdu. A.Şaiq. Zeynəb .. ədəbiyyatımızda yaranmış iradəli qadın surətlərindəndir. M.İbrahimov....

İRADƏLİLİK (ID - 19191)

is. Möhkəm iradəyə malik olma, iradəcə möhkəmlik; səbatlılıq.

İRADƏSİZ (ID - 19192)

sif. İradəsi olmayan, iradəsi zəif, qətiyyətsiz. Zeynal iradəsiz bir gəncdi. S.Hüseyn.

İRADƏSİZLİK (ID - 19193)

is. İradəsi olmayan adamın hal və keyfiyyəti; iradə zəifliyi, qətiyyətsizlik. Toğrul artıq hökumət işlərindəki dəyərsizliyini və həddindən artıq zəiflik və iradəsizliyini göstərdi. M.S.Ordubadi. [Mahmud] iradəsizlik etsə,...

İRADƏT (ID - 19194)

[ər.] klas. Arzu, istək, könüldən gələn razılıq. Öz iradəti ilə (öz razılığı ilə). Hüsn afəti-eşq olub dəmadəm; Gəldikcə iradət oldu möhkəm. Füzuli. Durmuşam eyni iradətlə yenə; Baxıram kuyinə həsrətlə yenə. M.Ə.Sabir....

İRADİ (ID - 19195)

sif. İradəyə aid, iradədən asılı olan, iradə ilə bağlı olan; ixtiyari. Iradi hərəkət.

İRADSIZ (ID - 19196)

sif. Heç bir iradı, nöqsanı olmayan; nöqsansız, qüsursuz, eyibsiz. Iradsız iş. Iradsız əsər. Iradsız adam olmaz.

İRADSIZLIQ (ID - 19197)

is. Nöqsansızlıq, qüsursuzluq, eyibsizlik.

İRAQ (ID - 19198)

zərfi Uzaq, uzaqda. Iraq olmaq. Iraq durmaq. - Gül əkdim, şaxta vurdu; Nə yaman vaxtda vurdu; Bimürvət ovçu məni; Yardan iraqda vurdu. (Bayatı). Mürği-ruhum getməz səndən irağa. Aşıq Ələsgər. İraq düşmək - uzaq düşmək, ayrılmaq,...

İRAQLAŞDIRILMA (ID - 19199)

“İraqlaşdırılmaq” dan f.is.

İRAQLAŞDIRILMAQ (ID - 19200)

məch. Uzaqlaşdırılmaq.

İRAQLAŞDIRMA (ID - 19201)

“İraqlaşdırmaq” dan f.is.

İRAQLAŞDIRMAQ (ID - 19202)

f. Uzaqlaşdırmaq.

İRAQLAŞMA (ID - 19203)

"İraqlaşmaq” dan f.is.

İRAQLAŞMAQ (ID - 19204)

f Uzaqlaşmaq.

İRAQLIQ (ID - 19205)

is. Uzaqlıq, uzaqda olma. Mənim qanıma girmə, ey pəri, kim; Iraqlıqdan gözüm qan ağlar oldu. Kişvəri.

Bu səhifə 101 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla