İzahlı lüğət

İCTİMAİYYAT (ID - 18140)

is. [ər.] Cəmiyyət və onun inkişafından bəhs edən elm. Ictimaiyyat dərsi. Ictimaiyyat müəllimi. - Ictimaiyyat dərnəyi rəhbəri [Ənisənin] .. müraciətini çox soyuq qarşılamışdı. S.Hüseyn.

İCTİMAİYYƏT (ID - 18141)

İCTİMAİYYƏTÇİ (ID - 18142)

is. İctimai işlərdə, ictimai həyatda fəal iştirak edən adam. // Sif. mənasında. Ictimaiyyətçi qadınlar. - [Səmayə] özü bir yaxşı ictimaiyyətçi qızdı, Heydərov onu al dillə aldadıb yoldan çıxartmışdır. Mir Cəlal.

İCTİNAB (ID - 18143)

is. [ər.] klas. Çəkinmə, saqınma, uzaqlaşma, uzaq durma. Fürsəti fövt etmək olmaz, gözləyir əğyarlar; Onların bədgularından ictinabın vaxtıdır. Aşıq Qurban. A kişi, mənim bu Gəncə şəhərində bir rəfiqim var, .. adını qoyub...

İCZ (ID - 18144)

klas. bax əcz. Tənha qalıb etdi naleyi-zar; Dərdü qəmə qıldı iczin izhar. Füzuli. Ətalət mayeyi-iczü kədərdir. M.Ə.Sabir. Ey milləti cəhalətə vadar edən axund; Hər dürlü fəqrü iczə giriftar edən axund! Ə.Qəmküsar.

İÇ (ID - 18145)

is. 1. Bir şeyin içərisi, daxili, iç tərəfi. Əvvəl evin içi, sonra çölü. (Ata. sözü). Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq. Əşrəf yavaşcadan sürünüb kola yaxınlaşdı, əli ilə kolun içini yoxladı....

İÇALAT (ID - 18146)

bax iç 2-ci mənada. Qoyunun içalatı. - [Canavar] yazığın içini, içalatını elə aparmışdı ki, quruca qəfəsəsi qalmışdı. S.Rəhimov. Məşədi Şərif içalatı iri bir səbətə qoyub həyətə salladı. Ə.Vəliyev.

İÇDIRILMƏ (ID - 18147)

"İçdirilmək” dən f.is.

İÇDIRILMƏK (ID - 18148)

icb. İçməyə məcbur edilmək.

İÇDIRMƏ (ID - 18149)

"İçdirmək” dən f.is.

IÇDIRMƏK (ID - 18150)

b a x içirtmək.

İÇƏIÇ (ID - 18151)

zərf dan. Ara vermədən, dalbadal içmə (çoxları).

İÇƏRI (ID - 18152)

1. zərf ' Daxilə, daxildə. Içəri itələmək. Içəri gəl. Içəri buraxmaq. - 0ah rüsxət verdi, münəccimbaşı çıxmamış Xacə Mübarək içəri girib ərz elədi.. M.F.Axundzadə. [Sara xanım:] ..Gəlib çıxaram, tıqqıldadaram...

İÇHAIÇ (ID - 18153)

zərf Bir başdan içmə, ara vermədən içmə, çoxlu içmə; içəiç (çoxları haqqında). Içhaiç başlandı.

IÇIBOŞ (ID - 18154)

sif İçərisi boş olan, içində heç bir şey olmayan; oyuq. Içiboş gövdə. Içiboş buynuz.

İÇICI (ID - 18155)

bax içkiçi.

İÇ-İÇALAT (ID - 18156)

bax içalat. [Mürşüdoğlu] qoca əli ilə iç-içalatı söküb çıxardıb qanlı biləklərini yudu. S.Rəhimov.

İÇILMƏ (ID - 18157)

"İçilmək” dən f.is.

İÇILMƏK (ID - 18158)

"İçmək” dən məch. Xörəyin üstündən çay içildi. Qabdakı su içilib qurtarmışdı. - [Kərəm:] Qəribin boynuna kəfən biçilməz; Əcəl camı çox acıdı, içilməz! “Əsli və Kərəm”. Nə qədər şirindir bu ləziz nemət!...

İÇIM (ID - 18159)

Adətən "bir” sözü ilə - bir dəfə içməyə kifayət edəcək qədər. Bir içim şərab. [Ahıl qadın:] Evdə bir içim su yoxdur. Ə.Haqverdiyev. Tapılmır bir içim su evdə, insaf eylə, az sərf et. M.Möcüz. Yusif bir içim su...

İÇIMLIK (ID - 18160)

is. 1. İçməyə yararlı, içmək üçün olan, içməli. Içimlik su.
2. Saylarla miqdar bildirir. Bir içimlik su. Iki içimlik şərab.

İÇIN-IÇIN (ID - 18161)

zərf 1. Gizlin, heç kəsə hiss etdirmədən; içində, ürəyində, qəlbində. Fərhad özlüyündə bu sözlərə için-için gülürdü. Ə.Vəliyev.
2. Yanıqlı-yanıqlı, yana-yana, acı-acı. Ağlar da için-için edər ah: - Bu körpəmə...

İÇIRDILMƏ (ID - 18162)

"İçirdilmək” dən f.is.

İÇIRDILMƏK (ID - 18163)

"İçirtmək” dən məch. Dərman içirdilmək. Içki içirdilmək.

İÇIRMƏ (ID - 18164)

"İçirmək” dən f.is.

IÇIRMƏK (ID - 18165)

b a x içirtmək. Solğun dodağından cami-sevdanı; Içirmişdir mənə saqiyiəzəl. Ə.Cavad.

İÇIRTDIRMƏ (ID - 18166)

"İçirtdirmək” dən f.is.

İÇIRTDIRMƏK (ID - 18167)

icb. Başqası vasitəsilə içdirmək, içməyə məcbur etmək.

İÇİRTMƏ (ID - 18168)

"İçirtmək” dən f.is.

İÇİRTMƏK (ID - 18169)

f 1. İçməyə sövq və ya məcbur etmək; içdirmək. Su içirtmək. - Əzizim, qandı ürək; Yar sözün dandı ürək; Şirin şərbət içirtdin; Nədən bəs yandı ürək? (Bayatı). Bir əlində sudur, bir əlində od; Gah verib içirdər, gah...

İÇKİ (ID - 18170)

is. İçilən spirtli mayelər. Spirtli içkilər. Şirin içkilər. - Bir müsəlman ki bir rus məclisinə düşərdi, öldürsəydin də, bir qətrə içki dilinə vurmazdı. C.Məmmədquluzadə. Axır vaxtlarda Yusif əlinə düşən pulu içkiyə...

İÇKİÇİ (ID - 18171)

sif Spirtli içkiləri həddindən artıq içən, içki düşkünü; əyyaş. Allah, Allah! Kimdi oğru, kimdi oğru saxlayan; Bu pristav içkiçi yerinə culfanı tutar. Molla Şükür. Varis böyüdükcə əxlaqsız, içkiçi və qumar düşkünü bir...

İÇKİLİ (ID - 18172)

sif İçki içilən, içki olan. Içkili məclis. Içkili qonaqlıq. - [Nəbi:] Cəbi, bu gecə bizdə böyük qonaqlıq var: oxuyanlı, çalanlı, içkili. S.S.Axundov.

İÇKİSİZ (ID - 18173)

sif Spirtli içkilər olmayan, içilməyən. Içkisiz məclis.

İÇQOVURMASI (ID - 18174)

is. Qoyun içindən hazırlanmış qovurma.

İÇLİ (ID - 18175)

sif Astarlı, astarı olan. Içli yorğan. Içli çul.

İÇLİK (ID - 18176)

is. 1. xüs. Bir şeyin içərisinə qoyulan, keçirilən, salınan şey. Hər hansı bir şeyin iç tərəfinə tikilən şey; astar. Içlik keçə. - ..Döyülən keçə qəliblərindən orada tezcə yeni-yeni alaçıqlar düzələr, his bağlamış...

İÇMƏ (ID - 18177)

“İçmək” dən f.is.

İÇMƏK (ID - 18178)

f 1. Maye bir şeyi udmaq. Su içmək. Dərman içmək. Şərbət içmək. - Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. C.Məmmədquluzadə. Stol üstündəki qrafindən stəkana su töküb içdim. A.Şaiq....

İÇMƏLİ (ID - 18179)

sif İçməyə yararlı; şirin. Içməli su. // Tamlı, dadlı. Içməli şərbətlər. Içməli mədən suları. - Buranın yerindən, havasından əlavə, suyu çox içməlidir. Ə.Haqverdiyev.

İÇRƏ (ID - 18180)

qoş. köhn. klas. İçində, içərisində. Bağ içrə. Ev içrə. - Mən bülbüli-baği-frqətəm, zar; Amma qəfəs içrəyəm giriftar. Füzuli. Çoxdur cahan içrə nazənin dilbər; Ozümə münasib yarı istərəm. Qurbani. Vərəq-vərəq dilü...

İÇSİZ (ID - 18181)

sif İçi olmayan, içi boş; ləpəsiz. Içsiz fındıq. // İçi, astarı olmayan. Içsiz çul.

İDARƏ (ID - 18182)

is. [ər.] 1. Hər hansı bir iş (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) sahəsinə baxan, müəyyən ştatı, müdiriyyəti olan təşkilat. Dövlət idarələri. Elmi tədqiqat idarəsi. Mərkəzi statistika idarəsi. Ictimai idarələr....

İDARƏÇİ (ID - 18183)

1. is. İdarə edən, rəhbərlik edən, müdir.
2. sif Evi yaxşı idarə edən, qənaətçi, qənaətcil, təsərrüfatçı, israfçı olmayan; idarədar. İdarəçi qadın. - Rəmziyyə onun ruhuna uyğun, idarəçi, həmin gözəl bir qız idi....

İDARƏÇİLİK (ID - 18184)

is. Rəsmiyyətçilik, quru rəsmiyyət. Təchizat təşkilatlarının işində də idarəçilik halları çoxdur. (Qəzetlərdən).

İDARƏDAR (ID - 18185)

[ər. idarə və fars. ...dar] bax idarəçi 2-ci mənada.

İDARƏDARLIQ (ID - 18186)

is. köhn. 1. Evi yaxşı idarə etmə, qənaətçilik.
2. Bax idarəçilik. O fikirləşirdi: - Bəzi yerlərdə bəzi mühərrirlər kağızpərəstliklə idarədarlığa nədənsə hörmət bəsləmirlər. Mir Cəlal.

İDARƏEDƏN (ID - 18187)

f.sif. dilç. İdarə əlaqəsində tabeedici tərəf (söz).

İDARƏEDİCİ (ID - 18188)

is. 1. İdarə edən, başçılıq edən, rəhbərlik edən, rəhbər. İdarəedici partiya.
2. tex. İşlədən, hərəkətə gətirən, bir mexanizm və s.-nin hərəkətini, işini nizama salan. İdarəedici mexanizm. İdarəedici sistem.

İDARƏLƏNƏN (ID - 18189)

bax idarəolunan 1-ci mənada. İdarələnən qurğu.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed