Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

İSLAHAT (ID - 19374)

is. [ər. “islah” söz. cəmi] Bir şeyi yaxşılaşdırmaq məqsədi ilə edilən əsaslı dəyişiklik. Əlifba islahatı. Pul islahatı.
..Biz camaat işlərinə qatışıb islahat əmələ gətirmək istədikdə iki məqsədin dalına düşürük.....

İSLAHATÇI (ID - 19375)

is. 1. İslahat aparan adam; reformator. [Rüstəm bəy:] Lüter və Kalvin kimi din islahatçıları olmuş. Yeni din uyduran olmamışdır. Çəmənzəminli. [Nərimanov] Nadirin simasında öz dövrünün islahatçı qəhrəmanını yaratmağa çalışmışdır....

İSLAHATÇILIQ (ID - 19376)

is. İnqilabi, sinfi, siyasi mübarizəni inkar edərək, xırda islahatla kifayətlənmə siyasəti; reformizm.

İSLAHEDİCİ (ID - 19377)

sif. Düzəldən, yaxşılaşdıran, yaxşı hala salan. Islahedici tədbirlər. Islahedici gülüş.

İSLAHEDİLMƏZ (ID - 19378)

b a x islaholunmaz.

İSLAHEDİLMƏZLİK (ID - 19379)

bax islaholunmazlıq.

İSLAHXANA (ID - 19380)

[ər. islah və fars. xanə] bax islah evi (“islah”da).

İSLAHOLUNMAZ (ID - 19381)

sif: İslah edilə bilməyən, düzəlməsi çətin olan. Islaholunmaz adam.

İSLAHOLUNMAZLIQ (ID - 19382)

is. İslah edilə bilməmə, düzəldilə bilməmə; islah oluna bilməyən adamın hal və keyfiyyəti.

İSLAHPƏZİR (ID - 19383)

sif. [ər. islah və fars. ...pəzir] köhn. İslah oluna bilən, düzəlməsi mümkün olan.

İSLAQ (ID - 19384)

sif. Yaş, sulu, nəm, suda qalıb və ya üstünə su tökülüb islanmış. Islaq paltar. Islaq torpaq. Islaq yarpaqlar. - Şən qəhqəhələrlə islaq otların arasından [Aslan bəylə Qəmər] çiyələk dərib yeyirdilər. A.Şaiq. Ayna islaq başını...

İSLAQLIQ (ID - 19385)

is. İslaq şeyin halı; yaşlıq, nəmlik, rütubətlilik.

İSLAM (ID - 19386)

is. [ər.] VII əsrdə Məhəmməd peyğəmbər tərəfindən təsis edilmiş din; müsəlmanlıq. ..Islam dininin aydın əsas mətni olan Qurani-Məcid .. həm də tanınmış peyğəmbərlərin və kəramət başçılarının əhvalatını əhatə...

İSLAMİYYƏT (ID - 19387)

is. [ər.] İslam dini; müsəlmanlıq. Azərbaycanlılar hələ islamiyyətdən daha əvvəl .. öz azadlıq yollarında bitən maneələri məhv etməklə məşğul olmuşdu(lar). M.S.Ordubadi. [Naşad:] Bu, böyük bir ixtiyardır ki, islamiyyət...

İSLAMLIQ (ID - 19388)

is. İslam dininə mənsub olma; müsəlmanlıq. [Sönməz:] [Ərəblər] xalqı .. islamlığa çevirir, iman gətirməyənin dilini kəsirlər. C.Cabbarlı.

İSLAND, İSLANDİYALI (ID - 19389)

is. İslandiya əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Danimarka ağalığı islandların milli inkişafını xeyli ləngitdi. Islandiyalılar Norveçdən köçüb gəlmiş qədim skandinaviyalıların nəsilləridir.

İSLANDCA (ID - 19390)

sif. və zərf İsland dilində. Islandca danışmaq. Islandca kitab.

İSLANMA (ID - 19391)

“İslanmaq” dan f.is.

İSLANMAQ (ID - 19392)

f İslaq hala gəlmək. Yağışa düşüb islanmaq. Suya düşüb islanmaq. - Əzizim, gülüstana; Şeh düşüb gülüstana; Qorxuram göz yaşımdan; Qoynunda gül islana. (Bayatı). Az keçdi, yenə güclü yağış başladı başdan; Bir anda bahar...

İSLANMIŞ (ID - 19393)

f.sif. İslaq hala gəlmiş. Anam gecəki yağışdan islanmış şeyləri Ayrım qızının köməyi ilə alaçıqdan çıxara-çıxara:
Allah kəssin belə yaylağı. A.Şaiq. Şehli çəmənlərdə qaçdığım anlar; Yadıma islanmış tellərim...

İSLATMA (ID - 19394)

“İslatmaq” dan f.is.

İSLATMAQ (ID - 19395)

f 1. Yaş eləmək, islaq hala gətirmək. Indi [Xədicənin] gözlərindən sakitcə axan yaşlar yanaqlarını isladıb a xır... axır... bir dürlü bitmək bilməyirdi. S.Hüseyn. Çatıldı qaşların, darıldın mənə; Islatdı jalələr nazik...

İSLIQ (ID - 19396)

is. Fit, fışqırıq. Ancaq .. gəmilərin son islıqları .. eşidilirdi. M.S.Ordubadi. Düşmən tərəfdən gələn güllələr islıq çalaçala başı üzərindən uçuşur. H.Nəzərli. Hər baxışda bir sevinc; Hər dodaqda bir islıq. M.Müşfiq....

İSMARIŞ (ID - 19397)

is. Tapşırıq. Aşıq sazla dediyi kimi, sözlə də Məhbub xanımın ismarışını Koroğluya yetirdi. “Koroğlu”. Padşah zənəninə ismarış göndərir ki, hələ bir neçə vaxt qalsın orda, uşağın bir sümüyü bərkisin, gələr, gənə...

İSMARLAMA (ID - 19398)

“İsmarlamaq” dan f.is.

İSMARLAMAQ (ID - 19399)

f 1. Tapşırmaq. Dəvənin dizini bağla, Allaha ismarla. (Ata. sözü). Rəhmətlik son nəfəsində əllərimi tutub dedi: Gülcahan, Əşrəfi sənə, səni də Allaha ismarladım.. A.Şaiq. Bir söz ismarlamış bəlkə yar eli; Nədən anlaşılmaz...

İSMARLANMA (ID - 19400)

“İsmarlanmaq” dan f.is.

İSMARLANMAQ (ID - 19401)

məch. Tapşırılmaq. // Sifariş edilmək.

İSMARLATMAQ (ID - 19402)

“İsmarlamaq” dan icb.

İSMƏT (ID - 19403)

is. [ər.] Namus, irz, həya, abır, pərdə. Arvadın isməti, ərin izzəti. (Ata. sözü). Qorxum bu ki ismət ola pamal; Fərmanə müvafiq olmaya hal. Füzuli. [Gövhər xanım:] ..Indiyədək abır, ismət saxladıb məni.. N.Vəzirov. [Hatəmxan...

İSRAĞAGÜN (ID - 19421)

zərf Srağagün. [Şəhrəbanı xanım:] İsrağagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı cəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə. [Ana:] İsrağagün də aləmi gəzdim, bir çimdik çay tapa bilmədim....

İSRAĞAGÜNKÜ (ID - 19422)

sif. Srağagün olmuş (baş vermiş). İsrağagünkü hadisə.

İSRAİLLİLƏR (ID - 19423)

is. tar. 1. Qədim yəhudi tayfalarının ümumi adı. İsraillilərin çoxu Assuriyanın uzaq əyalətlərinə köçürülmüşdü. - [Xanburabi:] İsraillilər .. Yeqovu .. yaradılışın ağası zənn edirlər. Çəmənzəminli.
2. İsrail dövlətinin...

İSRAR (ID - 19424)

[ər.] 1. is. Dediyi sözün, tələb etdiyi şeyin, irəli sürdüyü fikir və ya iddianın üstündə durma, təkid göstərmə, dediyindən dönməmə; inad, təkid. Bəsdir, dəxi millət qəmini eyləmə təkrar; Olmaz belə israr! M.Ə.Sabir. Rəmziyyə...

İSRARLI (ID - 19425)

sif Sözünün üstündə israr edən, dediyindən dönməyən; inadlı.

İSRİF (ID - 19426)

is. məh. Qənaətçilik, haqq-hesabını bilmək.

İSSIZ (ID - 19427)

sif Heç bir insan yaşamayan, əhalisiz, boş, xali, şenliksiz. [Knyaz:] Həp düşündükcə boğar ruhu soyuq; Qaba, issız və dərin bir boşluq. H.Cavid. Səhərə yaxın issız və səssiz aləm oyanmağa başlayır. M.S.Ordubadi.

İSSIZCA (ID - 19428)

bax issız. [Gənc çadırçı:] Oparlaq möhtəşəm kaşanələrdən; Bu gün issızca bir viranə qaldı. H.Cavid.

İSSIZLIQ (ID - 19429)

is. Boşluq, xalilik, adamsızlıq, tənhalıq.

İSSİLIQ (ID - 19430)

is. məh. Yayda istinin təsirindən bədəndə əmələ gələn qırmızı səpgi, qızartı. İssilıq tutmaq.

İSTEDAD (ID - 19431)

is. [ər.] 1. Fitri qabiliyyət, bir şeyi tez mənimsəmə qabiliyyəti; zəka, talant. Şairlik istedadı. - Ey Füzuli, müttəsil dövran müxalifdir mana; Qaliba ərbabi-istedadı dövran istəməz. Füzuli. [Fitnə:] Dünyada istedad, hər böyük...

İSTEDADLI (ID - 19432)

sif İstedadı, fitri qabiliyyəti olan; talantlı. İstedadlı bəstəkar. - Azərbaycan mətbuatı tarixində [C.Məmmədquluzadə] böyük və istedadlı bir jurnalistdir. M.İbrahimov. [Direktor:] İstedadlı gəncləri yetişdirmək lazımdır. İ.Əfəndiyev....

İSTEDADLILIQ (ID - 19433)

is. İstedadlı adamın hal və keyfiyyəti. Onun istedadlılığına söz ola bilməz.

İSTEDADSIZ (ID - 19434)

sif İstedadı olmayan. İstedadsız adamlar onsuz da özlərinə yol tapırlar.

İSTEDADSIZLIQ (ID - 19435)

is. İstedadı, qabiliyyəti, bacarığı olmama; qabiliyyətsizlik, bacarıqsızlıq.

İSTEFA (ID - 19436)

is. [ər.] Öz xoşu ilə vəzifəsindən, işindən çıxma, əl çəkmə. Mitinqçilər istefa tələb edirlər. □ İstefa vermək, istefaya çıxmaq - öz xoşu ilə vəzifəsindən, qulluğundan əl çəkmək, çıxmaq. [Almaz:] Mən deyərdim ki,...

İSTEFALI (ID - 19437)

sif İstefada olan, istefa vermiş. İstefalı general.

İSTEHKAM (ID - 19438)

is. [ər.] hərb. Düşməndən qorunmaq məqsədi ilə düzəldilən səngər, sədd, qala, divar və s. müdafiə tikintiləri. Sahil istehkamları. Istehkamda gizlənmək. - Ay buludun arxasında gizlənmiş, istehkam boyu bir çox kölgələr səssiz-səmirsiz...

İSTEHKAMÇI (ID - 19439)

is. hərb. İstehkam hissələrində qulluq edən hərbi xidmətçi; istehkam qurma mütəxəssisi. // İstehkam işləri ilə məşğul olan, istehkam hissəsində qulluq edən. .. Istehkamçı zabitin, nəsə inşaat mütəxəssisi olduğunu zənn edir,...

İSTEHKAMLI (ID - 19440)

sif Müdafiə üçün istehkamları, lazımi hərbi tikintiləri olan. Istehkamlı yer. Istehkamlı sahil.

Bu səhifə 122 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla