Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

İY1 (ID - 19848)

is. Maddələrin, şeylərin burun qişasının xüsusi sinirlərinə təsir etmə xassəsi. Kəskin iy. İy duymaq. Onun burnu yaxşı iy bilir. - Güllərin ətri otların iyinə qarışıb, ətrafa saçılmaqda idi. T.Ş.Simurq. Həyəti götürən...

İY2 (ID - 19849)

is. Pambıqdan, yundan və s.-dən iplik əyirmək üçün ortası şiş, iki ucu sivri ağac alət. Qərənfil bacı gözünü əlindəki iydən çəkib hirsli-hirsli .. baxdı.. İ.Əfəndiyev. [Tapdıq] bir gün tezdən anasından xəbərsiz durub...

İYBİLMƏ (ID - 19850)

is. İyləri duyma qabiliyyəti.

İYCİL (ID - 19851)

sif. ovç. İyi tez hiss edən, iyi tez duyub ov dalınca düşən. Iycil it. - Hiyləgər düşmən iycil tula kimi işi duymuşdu. Ə.Vəliyev.

İYDƏ (ID - 19852)

is. bot. İsti yerlərdə bitən, ətirli çiçəkləri olan ağac və bu ağacın dərisi sərt, əti ağ un halında olan meyvəsi. Iydə 8-10 metrə qədər, bəzən alçaqboylu, qışda yarpağı tökülən ağacdır. Çiçəkləri ətirlidir, mayda...

İYDƏLİ (ID - 19853)

sif İydə ağacları olan. Iydəli bağ.

İYDƏLİK (ID - 19854)

is. İydə ağacları əkilmiş yer. Odur, kölgəsi var iydəliklərin: Ərinmə, sevgilim, durgedək, vaxtdır. S.Vurğun. ..Dəyirmanın üst tərəfindəki iydəlikdən bir dəstə qadın çıxdı. S.Şamilov.

İYEN (ID - 19855)

is. [yap.] Yaponiyanın pul vahidi.

İYERARXİYA (ID - 19856)

is. [yun.] Bütöv bir sistemin hissələrinin aşağıdan yuxarıya tabeçilik əlaqəsi əsasında düzümü, yerləşməsi.

İYHAM (ID - 19857)

İYİMƏ (ID - 19858)

“İyimək” dən f.is.

İYİMƏK (ID - 19859)

b a x iylənmək.

İYİMİŞ1 (ID - 19860)

f.sif. Qoxumuş, üfunətli, pis iy verən. Iyimiş balıq.

İYİMİŞ2 (ID - 19861)

is. bot. Dağlıq yerlərdə bitən pis iyli bir kol-ağac.

İYİR (ID - 19862)

is. bot. Bataqlıq zanbağı.

İYİRMİ (ID - 19863)

say. On doqquzdan sonra gələn say - 20. Iyirmi manat. Iyirmi ədəd. Iyirmi gün. - Hələ işin başlanmasına iyirmi dəqiqə var.. M.Hüseyn.
iyirmi-iyirmi zərf Hər birinə, yaxud hər dəfəsinə iyirmi. Əsgərləri iyirmi-iyirmi düzmək....

İYİRMİBEŞLİK (ID - 19864)

1. is. İyirmi beş manatlıq kağız pul. Iyirmibeşliyi xırdalamaq.
sif İyirmi beş nömrəli. Iyirmibeşlik lampanın şöləsi naqanın qara sümük zağlı lüləsini, topunu işıqlatdı. Ə.Əbülhəsən.
Səqfdən asılan iyirmibeşlik...

İYİRMİCƏ (ID - 19865)

say. Ancaq iyirmi, yalnız iyirmi. Indi səkkiz il idi ki, muzdur Məşədi Əsgər Qanlıtəpədə bir arvadı və üç baş xırdaca uşaqları ilə ayda iyirmicə manat məvacibə qənaət edib dolanırdı. S.M.Qənizadə. Cəmisi iyirmicə kilometr...

İYİRMİGÜNLÜK (ID - 19866)

sif İyirmi gün sürən və ya sürmüş. Iyirmigünlük ezamiyyət. Iyirmigünlük gəzinti. // İyirmi gün vaxt tələb edən. Iyirmigünlük işimiz qalıb.

İYİRMİİLLİK (ID - 19867)

sif 1. İyirmi il davam etmiş. Dostluqlarının iyirmiillik tarixi var. Iyirmiillik bir dövr. Iyirmiillik mübarizə.
2. İyirmi illiyə həsr olunmuş; iyirmi ilin tamam olması ilə əlaqədar olan. Iyirmiillik yubiley.

İYİRMİQƏPİKLİK (ID - 19868)

1. sif İyirmi qəpik qiyməti olan, iyirmi qəpiyə dəyən. Iyirmiqəpiklik kitabça.
2. is. Dördşahılıq metal pul. Iyirmiqəpikliklər yerə töküldü.

İYİRMİLİK (ID - 19869)

sif 1. köhn. İki onluqdan ibarət pul. Dostum, iyirmilikdən qalan beş manatı neylədin? Mir Cəlal.
2. İyirmi nömrəli.

İYİRMİNCİ (ID - 19870)

“İyirmi” dən sıra s. Iyirminci sıra. Iyirminci otaq. Iyirminci il. Iyirminci əsrin ilk onillikləri. - [Qəhrəman:] Iyirminci ildə bu şəhərdə üsyan olduğunu bilirsiniz? H.Nəzərli.

İYİTMƏ (ID - 19871)

“İyitmək” dən f.is.

İYİTMƏK (ID - 19872)

bax iylətmək.

İYLƏMƏ (ID - 19873)

“İyləmək” dən f.is.

İYLƏMƏK (ID - 19874)

f. 1. Burunla nəfəs çəkərək, bir şeyin qoxusunu duymağa çalışmaq, qoxulamaq. Arxın suyun kəs, doldu; Bağda gülün dəst oldu; Yara bir gül göndərdim; Iyləyincə məst oldu. (Bayatı). [Bəhram:] Mən qızdırmalı kimiyəm. Bu çiçəkləri...

İYNƏBURNU (ID - 19886)

is. Şirin, qırmızı, sivriuclu çəyirdəyi olan gavalı növü.

İYNƏCİK (ID - 19887)

is. Kiçik iynə.

İYNƏDİŞ (ID - 19888)

sif. İti, nazik dişləri olan. Iynədiş adam.

İYNƏDOĞAN (ID - 19889)

is. zool. Sürətlə uçan kiçik bir quş. Uşaqlar bağdan iynədoğan tutmuşlar.

İYNƏQABI, İYNƏDAN (ID - 19890)

is. İynə qoymaq üçün balaca qutu.

İYNƏLƏMƏ (ID - 19891)

"İynələmək” dən f.is.

İYNƏLƏMƏK (ID - 19892)

f 1. İynə batırmaq, ucu şiş bir şey batırmaq; sancmaq. İynə ilə bədənə dərman yeritmək, iynə vurmaq. [Uşaq dedi:] Doktor, məni də iynələ! Mir Cəlal. İynə ilə tikmək, yamamaq və s. Yorğanın cırığını iynələmək.
Sancaqlamaq,...

İYNƏLİ (ID - 19893)

sif 1. İynəsi olan (b a x iynə 3, 4, 5 və 6-cı mənalarda).
2. məc. Kinayəli, istehzalı, qəlbə toxunan, acı. [Əşrəf Zəkinin iynəli sözlərini xatırladıqca nəşəsizliyi daha da artır. A.Şaiq. [Müqim bəy Cavanşirə:] Axı,...

İYNƏŞƏKİLLİ (ID - 19894)

bax iynəvari.

İYNƏVARİ (ID - 19895)

sif İynə kimi, iynəyə oxşar, ucu şiş. Iynəvari yarpaq.

İYNƏYARPAQ(LI) (ID - 19896)

sif Yarpaqları iynə şəklində (şiş, iti) olan. Iynəyarpaqlı ağac. Azərbaycanın yalnız bəzi meşələrində iynəyarpaqlı ağaclara rast gəlmək olar. - Adi şam növü iynəyarpaqlı və qarışıq meşələrdə ən geniş yayılmış şam...

İYNƏYARPAQLILAR (ID - 19897)

is. bot. Həmişəyaşıl və yarpaqları iynə kimi şiş və ya inkişaf etməmiş halda olan çılpaqtoxumlu ağaclar və kollar sinfinin adı.

İYRƏNC (ID - 19898)

sif 1. Özünə nifrət doğuran, ikrah doğuran, qətiyyən xoşa gəlməyən, mənfur, çox çirkin. [Zeynalın] üzü olduqca iyrənc bir hal almışdı. S.Hüseyn. Salman havalanıb pörtərək, eybəcər və iyrənc şəklə düşdü. M.İbrahimov....

İYRƏNCLİK (ID - 19899)

is. İyrənc şeyin hal və keyfiyyəti; çirkinlik. // İyrənc şey, iyrənc hərəkət; rəzalət, yaramazlıq, alçaqlıq. Atamgil həyətdəki iyrəncliyi görən kimi söhbəti kəsdilər. Ə.Vəliyev.

İYRƏNDİRMƏ (ID - 19900)

“İyrəndirmək” dən f.is.

İYRƏNDİRMƏK (ID - 19901)

f İyrənməsinə, nifrətinə səbəb olmaq, ikrah etdirmək, çiyrəndirmək.

İYRƏNMƏ (ID - 19902)

"İyrənmək” dən f.is.

İYRƏNMƏK (ID - 19903)

f. Məzac qəbul etməyən, xoşa gəlməyən şeydən ikrah etmək, diksinmək, nifrət etmək, görə bilməmək, çiyrənmək. Iyrənmişəm ağzının suyundan; Qatran qoxusugəlir buyundan. M.Ə.Sabir. ..Zeynəb Xudayar bəydən elə iyrənirdi,...

İYSİZ (ID - 19904)

sif Heç bir iyi, ətri olmayan. Iysiz çiçək.

İYSİZLİK (ID - 19905)

is. Heç bir iyi, ətri olmayan şeyin hal və keyfiyyəti.

İYŞƏKİLLİ (ID - 19906)

İY-TOZ (ID - 19907)

iyi-tozu qalmamaq - əsərəlaməti qalmamaq, heç bir izi qalmamaq, tamam yoxa çıxmaq, izsiz itmək. Vaxtilə gördüyün şeylərin iyi-tozu qalmayıb. - [Sultan
bəy:] Qoy bir o arşınmalçı gözümə görünsün, ona mən bir patron çaxım...

İYÜL (ID - 19908)

[lat.] Təqvim ilinin yeddinci ayı. Iyul ayının axırında Dilicanın ətrafındakı yaylaqlarda sakin olan el-oba bir vaxtda dolur Dilican dərəsinə. F.Köçərli. Göydən yerə od yağdıran iyul günəşi çoxdan günorta yerinə qalxmış, hətta...

Bu səhifə 86 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla