İzahlı lüğət

İNKİŞAF

is. [ər.] İrəliyə doğru tərəqqi etmə, artma, yüksəlmə; tərəqqi, yüksəliş.
Ölkənin inkişafı. Sənayenin inkişafı. Kənd təsərrüfatının inkişafı. - Həsən bəy Zərdabi Azərbaycanı feodal geriliyindən qurtarıb yeni yola, Avropa inkişafı yoluna çıxarmaq istəyirdi. M.İbrahimov. □ İnkişaf etdirmək - 1) irəlilətmək, tərəqqi etdirmək, yüksəltmək. Kütlələrin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək. Respublikada üzümçülüyü inkişaf etdirmək; 2) kamilləşdirmək, təkmilləşdirmək, daha da artırmaq, daha da yaxşılaşdırmaq, möhkəmləndirmək, qüvvətləndirmək. Səsini inkişaf etdirmək. Əzələləri inkişaf etdirmək. Hafizəni inkişaf etdirmək. İnkişaf etmək - 1) tərəqqi etmək, irəliləmək, artmaq, yüksəlmək, genişlənmək. İncəsənətimiz olduqca inkişaf etmişdir; 2) kamilləşmək, yetkinləşmək, artmaq. Axır zamanlar o, xeyli inkişaf etmişdir; 3) böyümək, yetişmək, möhkəmlənmək, qüvvətlənmək. İdman nəticəsində əzələləri olduqca inkişaf etmişdir. İnkişaf etmiş yüksək səviyyəyə çatmış, sənaye, mədəniyyət və s. cəhətdən çox irəli getmiş, tərəqqi etmiş. İnkişaf etmiş ölkələr; 2) yetkinləşmiş, yetişmiş, kamilləşmiş, görüş dairəsi geniş, geniş məlumatlı; mədəni, hər cəhətdən yetkin. İnkişaf etmiş adam.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

İZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed