İzahlı lüğət

İNİLTİ

is. İnləmə səsi, həzin, yanıqlı səs; zarıltı, sızıltı. Çinarlıqda yalnız başıma gəzdim; Bu halda incə bir inilti sezdim. H.Cavid. Qulaqlarımda Qonçanın iniltiləri, çığırtıları, yalvarışları eşidilirdi. S.Hüseyn. Bu ağlayış və inilti səslərindən çəkilən sədlər onları saxlamağa qadir deyildir. Ə.Məmmədxanlı. // məc. Ümumiyyətlə, təsirli, yanıqlı, həzin, şikayətli səs. Bülbülün səsi də anasını körpəlikdə itirmiş bir uşağın iniltisi qədər qəmgin və kədərlidir. M.S.Ordubadi. Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastıbalabanların həzin iniltisi bir-birinə qarışmışdı. C.Cabbarlı. Oradan-buradan gecəquşularının iniltiyə bənzər ulamaları eşidilirdi. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

İ

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed