Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

İRTMƏKLƏMƏ (ID - 19324)

“İrtməkləmək” dən f.is.

İRTMƏKLƏMƏK (ID - 19325)

f Heyvanın irtməyindən yapışmaq. Dananı irtməkləmək. Atı irtməkləmək.

İRZ (ID - 19326)

is. [ər.] Namus, ismət, iffət, şərəf (çox vaxt namus sözü ilə birgə işlənir). Xain olsaq əgər bu dünyadə; Irzü namusumuz gedər badə. M.Ə.Sabir. [Piri baba:] Hansı bir rəiyyət qızının irz və namusuna ağalar toxunmamışdır....

İRZSİZ (ID - 19327)

sif İrzi, namusu olmayan; abırsız. Irzsiz adam.

İSABƏT (ID - 19328)

is. [ər.] 1. Hədəfə çatma, hədəfə dəymə, hədəfə yetişmə. □ İsabət etmək - dəymək, çatmaq. Tapança bir daha partlar, [güllə] Əşrəflə Musanın arasında duran Rozanın köksünə isabət edər. H.Cavid.

İSA(Q)-MUSA(Q) (ID - 19329)

is. Yaz, yay gecələrində həzin səslə oxuyan bir quş. Uzaqlarda isa-musa quşunun səsi eşidilirdi. Ə.Vəliyev. Yalnız isaq-musaq yorulmadan səslənir. Ə.Əbülhəsən. Haradasa isaq-musaq quşları bir-birini səsləyir, yerinə girən kimi...

İSBAT (ID - 19330)

is. [ər.] Sübut; əsaslandırma, sübut etmə. Ey Füzuli, mən qənaət mülkünün sultanıyam; Səltənət isbatı əynimdə pəlasifəqr bəs. Füzuli. Tez verəsən bu sözlərin isbatın: Nədəndi binası abi-həyatın? Aşıq Ələsgər. □...

İSBATLI (ID - 19331)

sif dan. 1. Sübutlu, sübut olunmuş, dəlilli.
2. Layiqli, görkəmli, yararlı. Isbatlı adam. Isbatlı paltar. □ İsbatlı olmaq - layiqli olmaq, yaramaq. Çoxları da yüngül, isbatlı olsun deyə, Ilyasa tikməli ipək yaylıqlar hazırlamışdılar.....

İSBATSIZ (ID - 19332)

sif dan. Layiqsiz, görkəmsiz, yararsız. Isbatsız pay. Isbatsız geyim.

İSBİRƏ (ID - 19333)

is. Xırda sızaqlar şəklində səpgi. Ağız isbirəsi. Boğaz isbirəsi.

İSBİRƏLİ (ID - 19334)

sif İsbirəsi olan.

İSƏ (ID - 19335)

bağl. 1. Qarşılıq bildirən bağlayıcılardan olub, əksərən tabesiz mürəkkəb cümlə tərkibindəki cümlələri və bəzən həmcins üzvləri bağlayır. Onlardan biri həkim, o birisi isə mühəndisdir. Onun işi çox, vaxtı isə azdır....

İSƏVİ (ID - 19336)

is. və sif [ər.] köhn. İsa dininə mənsub adam; xristian, xaçpərəst. [Papas Şeyx Sənana:] Heç bu mümkünmü isəvi bir qız; Bir müsəlmanə varsın. Anladınız!.. H.Cavid.

İSƏVİLİK (ID - 19337)

is. köhn. İsa dininə mənsub olma; xristianlıq, xaçpərəstlik.

İSFAHAN (ID - 19338)

is. [xüs. is. -dən.] mus. Azərbaycan klassik muğamlarından birinin adı.
əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfkənd, büzürg, zəngulə, rəhavi, hüseyni və hicaz. U.Hacıbəyov.

İSFƏNDAN (ID - 19339)

is. Ağcaqayın.

İSHAL (ID - 19340)

is. [ər.] tib. Mədə pozğunluğu, qamı işləmə, ayaqyoluna düşmə. Insanlar bəzi bitkilərin ishal törətdiyini, bəzilərinin isə qusduruculuğunu görür və sonradan bundan istifadə edirdilər. M.Əfəndiyev.

İSHALOTU (ID - 19341)

İSIRQA (ID - 19342)

is. tib. Boğazda, qulaq ardında səpgili dəri xəstəliyi.

İSİM (ID - 19343)

is. [ər.] 1. köhn. Ad. Hökmün Malik Əjdər, ismindir Ədhəm: Didələrim qan-yaş tökər dəmadəm. Aşıq Abas. [Rəcəbli:] Isminiz nədir? [Mirzə Heydər:] Ismim Heydərdir. Ə.Haqverdiyev. [Zabit:] Orada isimləri yazılı məhbusları bənə...

İSİMLƏŞMƏ (ID - 19344)

“İsimləşmək” dən f.is.

İSİMLƏŞMƏK (ID - 19345)

f İsim kimi işlənmək, isim yerini tutmaq, əşyalaşmaq.

İSİNDİRMƏ (ID - 19346)

“İsindirmək” dən f.is.

İSİNDİRMƏK (ID - 19347)

f 1. Qızdırmaq. Suyu isindirmək. Evi isindirmək. // Məc. mənada. Mən səni ürəyimdə; Isindirən bir qızam. M.Rahim.
2. məc. Özünə öyrətmək, özünə alışdırmaq, isinişdirmək, bağlamaq. Dursun birinci gündən yalnız Güllüsünü...

İSİNİKLİ (ID - 19348)

sif Tez isinişən, tez alışan, tez öyrəşən, istiqanlı. Isinikli uşaq. - [Bənövşə:] Isinikli adamsan, səndən incimək olmaz. M.İbrahimov.

İSİNİŞDİRİLMƏ (ID - 19349)

“İsinişdirilmək” dən f.is.

İSİNİŞDİRİLMƏK (ID - 19350)

məch. Özünə alışdırılmaq, özünə öyrədilmək.

İSİNİŞDİRMƏ (ID - 19351)

“İsinişdirmək” dən f.is.

İSİNİŞDİRMƏK (ID - 19352)

bax isindirmək 2-ci mənada. Qız uşağını da öyrətmək, isinişdirmək olar. Mir Cəlal.

İSİNİŞMƏ (ID - 19353)

“İsinişmək” dən f.is.

İSİNİŞMƏK (ID - 19354)

1. qarş. Bir-birinə alışmaq, bir-birinə öyrəşmək, bir-birinə bağlanmaq.
f Öyrəşmək, alışmaq, bağlanmaq. ..Zira ki [Əzim] hər kəsdən qaçır, kimsəyə isinişmək istəmirdi. A.Şaiq. [Dərviş:] Dayı, bir az da qal, şəhər...

İSİNMƏ (ID - 19355)

“İsinmək” dən f.is.

İSİNMƏK (ID - 19356)

f. 1. Qızmaq, hərarəti artmaq. Gün çıxdı, hava isindi. - Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa. C.Məmmədquluzadə. Birdən [Cavadın] keçə çəkməli ayağı isindi. O, ayağına baxdı. Yaralanmışdı....

İSİTMƏ (ID - 19357)

1. “İsitmək” dən f.is.
2. Qızdırma, titrətmə-qızdırma, malyariya. Ağcaqanadın müxtəlif növləri isitmə törədicilərini insana keçirir.

İSİTMƏK (ID - 19358)

f. 1. İsti eləmək, isti hala gətirmək, qızdırmaq. Suyu isitmək. Xörəyi isitmək. - Toxta, balacığım, qoy donmuş canını bir isidim. S.S.Axundov. Tahir motoru isidib işə salanda [qızı] bir də səsləməyə məcbur oldu.. M.Hüseyn....

İSİTMƏLİ (ID - 19359)

sif. 1. İsitmə xəstəliyi olan, isitmə çəkən, titrədib-qızdıran. İsitməli adam. // İs. mənasında. İsitməlilərə kinə iynəsi vurmaq. İsitməlilərə məxsus palata.
2. İsitmə xəstəliyi yayılmış. İsitməli yerlər.
isitmə1i-isitmə1i...

İSKAMYA, İSKƏMLƏ (ID - 19360)

[fr. “escabelle” dən] köhn. b a x skamya. Bəli, Frebel üsulu ilə qayrılan məktəb iskamyalarını bir-iki dəqiqənin ərzində çəkdilər kənara. C.Məmmədquluzadə. Bir səhər bir müəllim məktəbin həyətində olan iskamyanın üstündə...

İSKƏLƏ (ID - 19361)

is. [ital.] Dənizdə, göldə gəmilərin yanaşması üçün körpü. Qaraşəhər iskələsində yan-yana durmuş qayıqlar dolur, boşalırdı. A.Şaiq. Paroxodun hərəkətinə yarım saat qalmış [Sarıköynəyi] evdən alıb iskələyə gətirdim....

İSKƏNCƏ (ID - 19362)

is. Xışı boyunduruqla birləşdirən ağac.

İSKƏNCƏBİ (ID - 19363)

is. [fars.] Şirni ilə sirkənin qarışdırılmasından hazırlanan şərbət. Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olar iskəncəbi ilə, lumulu çay ilə. C.Məmmədquluzadə. Buzlu şərbət, iskəncəbi qonaqların sevimli...

İSKƏNƏ (ID - 19364)

is. Dayaz oyuqlar açmaq, kəsmək, yonmaq və təmizləmək üçün yastı polad alət.

İSKƏNƏLƏMƏ (ID - 19365)

“İskənələmək” dən f.is.

İSKƏNƏLƏMƏK (ID - 19366)

f. İskənə ilə oyuq açmaq, yaxud yonmaq.

İSKƏNƏLƏNMƏ (ID - 19367)

“İskənələnmək” dən f.is.

İSKƏNƏLƏNMƏK (ID - 19368)

məch. İskənə ilə oyuq açılmaq.

İSKİTLƏR (ID - 19369)

bax skiflər. [Çopo:] ..Sərkərdəsiz iskitlər qoyun sürüsü kimidir. Çəmənzəminli.

İSLADILMA (ID - 19370)

“İsladılmaq” dan f.is.

İSLADILMAQ (ID - 19371)

məch. İslaq hala gətirilmək, yaş edilmək.

İSLADILMIŞ (ID - 19372)

f.sif. İslaq hala salınmış, yaş edilmiş. // Canına su və ya başqa maye hopdurulmuş.

İSLAH (ID - 19373)

is. [ər.] Qüsur və nöqsanlarını aradan qaldıraraq yaxşı hala salma, yaxşılaşdırma, düzəltmə, yaxşılaşdırılma, düzəldilmə, düzəlmə. Həzrət Əşrəf bilir ki, maarif nəqliyyat, ziraət, ticarət və sair işlərimizin islaha...

Bu səhifə 119 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla