Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

İYÜN (ID - 19909)

[lat.] Təqvim ilinin altıncı ayı. Iyun gecəsi sərinləşdikcə, elə bil [İkram] üşüyür, boynunu içinə çəkib getdikcə daha çox büzüşürdü. Ə.Əbülhəsən. Bayırda gözəl ilıq dağ yerlərinə məxsus yüngül təravətli bir...

İYVARİ (ID - 19910)

sif İyə oxşar, iy kimi. Iyvari ağac. Iyvari mil.

İZ (ID - 19911)

is. 1. İnsan və ya heyvan ayağından səth üzərində qalan nişanə; ləpir. Canavar izi. Qarın üstündə dovşan izi var. - Talada quzu gördüm; Bir maral izi gördüm; Endim bulaq üstünə; Sevdiyim qızı gördüm. (Bayatı). Dəvə ləpirindən,...

İZAFƏ (ID - 19912)

b a x izafi. Mən şairin evinə xəbər vermədən getmişdim, çünki ona izafə xərc vermək istəməmişdim. M.S.Ordubadi. [Məhərrəm bəy:] Bəli, bir çox bu kimi izafə xərclər aramızda adət olmuşdur. S.S.Axundov.

İZAFƏT (ID - 19913)

is. [ər.] dilç. Təyini söz birləşməsi.

İZAFİ (ID - 19914)

sif. [ər.] Artıq, əlavə. İzafi xərc. İzafi söz. - [Mirzə Salman:] Amma hər birisinə yarım milyondan artıq izafi xərc eləmişik. S.Rəhimov.
□□ İzafi dəyər iqt. - muzdlu fəhlənin əməyi ilə onun öz iş qüvvəsinin dəyərindən...

İZAH (ID - 19915)

is. [ər.] Bir fikri, əsəri və s.-ni yazılı və ya şifahi şəkildə aydınlaşdırma, anlatma, şərh etmə, bəyan etmə; şərh, bəyan. [Arif:] Artıq yetişir, anladım, izahə nə hacət; Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət! H.Cavid....

İZAHAT (ID - 19916)

is. [ər. “izah” söz. cəmi] Bir məsələni, sözü və s.-ni ətraflı surətdə aydınlaşdırma, şərh etmə, bəyan etmə; müfəssəl izah. İzahata ehtiyac yoxdur. Bütün bu yuxarıdakı izahat bizi inandırır ki, cənab Şirvanski “Vətən...

İZAHATÇI (ID - 19917)

bax izahçı.

İZAHATÇILIQ (ID - 19918)

bax izahçılıq.

İZAHÇI (ID - 19919)

is. 1. Muzeylərdə, sərgilərdə və s.-də baxmaq üçün qoyulmuş şeylər haqqında gələnlərə məlumat verən işçi.
2. Təfsirçi, şərhçi.

İZAHÇILIQ (ID - 19920)

is. İzahçının işi, vəzifəsi.

İZAHEDİCİ (ID - 19921)

sif Aydınlaşdıran, izah edən, şərh edən, izahat mahiyyətində olan. İzahedici məlumat. - Ancaq verdiyim izahedici suallara Ağarəhim çox qəşəng cavablar verdi. S.Rəhman.

İZAHEDİLMƏZ (ID - 19922)

sif. İzah edilə bilməyən, anlaşılmaz, müəmmalı, qəribə. İzahedilməz hərəkət. İzahedilməz hiss.

İZAHLI (ID - 19923)

sif Sözləri izah edən, onların mənalarını açan. İzahlı lüğət. İzahlı mətn.

İZAHSIZ (ID - 19924)

sif İzahı, şərhi olmayan, izahı verilməmiş. İzahsız mətn. İzahsız lüğət.

İZAXTARAN (ID - 19925)

bax iztapan.

İZAL (ID - 19926)

[ər.]: izal(ə) olmaq nifr. - rədd olmaq, çəkilib getmək. Cəbi qapını açıb mayora dedi: - Ağa, izal olun! N.Vəzirov. [Əli dayı:] [Şah] izalə olur, ancaq bizim arxalandığımız sərbazları da özü ilə aparır. P.Makulu.

İZÇİ (ID - 19927)

b a x iztapan. // Bir şeyin izinə düşüb a xtaran.

İZDİHAM (ID - 19928)

is. [ər. ] Bir yerə çoxlu camaat yığılması, çox qələbəlik, böyük camaat kütləsi. Cümə günü olduğu üçün hər tərəfdə böyük bir izdiham vardı. S.Hüseyn. Körpüdə izdiham çox idi.. T.Ş.Simurq. Adamın ucu-bucağı yox idi,...

İZDİHAMLI (ID - 19929)

sif. Qələbəlik, tünlük, basırıq, çoxlu adam olan. Izdihamlı yer. Izdihamlı mitinq. - [Ceyran:] ..Izdihamlı şəhər küçələrində səndən qaçmağım qorxudan deyildi. S.Hüseyn. Arvad nədir, belə izdihamlı yer nədir? T.Ş.Simurq. Yunis...

İZDİHAMLILIQ (ID - 19930)

is. Çoxlu adam olan, qələbəlik yerin halı; gurultululuq.

İZDİVAC (ID - 19931)

İZ-ƏLAMƏT (ID - 19932)

bax iz 2-ci mənada.
İz(i)-əlamət(i) qalmamaq (olmamaq, görünməmək) - varlığına dəlalət edən heç bir şey, heç bir əlamət, heç bir nişanə qalmamaq. [Leylək Ələmdar] ağası ilə birlikdə bütün həyəti, bağçanı bir-birinə...

İZ-ƏSƏR (ID - 19933)

bax iz-əlamət. □ İz(i)əsər(i) qalmamaq (olmamaq, görünməmək) - b a x izi-əlaməti qalmamaq (olmamaq, görünməmək) (“iz-əlamət”də).

İZHAR (ID - 19934)

[ər.] 1. Aşkar etmə, meydana çıxarma, göstərmə, bəlli etmə, bildirmə. // Bəlli, aydın, məlum. Bir gülüzlü nigar, sərvi-xoşrəftar; Cümlə xalqa izhar, bəllidi adı. Aşıq Saleh. □ İzhar etmək (eləmək, qılmaq) - zahirə çıxarmaq,...

İZİN (ID - 19935)

is. [ər.] İcazə, rüsxət. Izin istəmək. Izin vermək. - Ələsgərəm, eşq oduna qalannam; Izin versən, yar, başına dolannam. Aşıq Ələsgər. Iki ay bundan qabaq naçalnikdən izin alıb getmişdim kəndimizə anamın ziyarətinə. C.Məmmədquluzadə....

İZİNCƏ (ID - 19936)

zərfi İzi ilə, ardınca, arxasınca, təqib edərək. Birinin izincə getmək. - Vahid bələd adam kimi dala baxmadan, atası da onun izincə yüyürdü. Mir Cəlal.

İZİNLİ (ID - 19937)

sif. 1. İcazəli, icazəsi olan, icazə (izin) almış, rüsxətli. İcazə verilən, izin verilən, yol verilən.

İZİNSİZ (ID - 19938)

zərfi İcazəsiz, icazə olmadan, icazə verilmədən. Bəzi vaxt atasından və qardaşından izinsiz yadların toylarına anası öz qızını göndərərdi. R.Əfəndiyev. [Qulu:] Özün buyurubsan ki, izinsiz sənin otağına girməyim. S.S.Axundov....

İZLƏMƏ (ID - 19939)

“İzləmək” dən f.is.

İZLƏMƏK (ID - 19940)

f 1. Birinin izi ilə, ardınca getmək, təqib etmək, izinə düşmək. - [Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrə səadət; İzlər məni hər dürlü fəlakət. Cavid. Sarıbəniz uşaqlar həyəcanla bu məhbusları izləyirdilər. S.Vəliyev....

İZLƏNMƏ (ID - 19941)

“İzlənmək” dən f.is.

İZLƏNMƏK (ID - 19942)

məch. Təqib olunmaq. .. Polis idarəsi tərəfindən izləndiyini və ələ düşəcəyini görüb ailəsi ilə bərabər İspaniyaya köçdü. S.Vəliyev.

İZLƏTDİRMƏ (ID - 19943)

“İzlətdirmək” dən f.is.

İZLƏTDİRMƏK (ID - 19944)

b a x iz1ətmək.

İZLƏTMƏK (ID - 19945)

icb. İzi ilə tapdırmaq.

İZOXƏT (ID - 19946)

is. [yun. isos və ər. xətt] geofiz. Coğrafiya xəritəsində: müəyyən fiziki kəmiyyət (təzyiq, temperatur, rütubətlilik və s.) göstəricisi olan yerləri birləşdirən xətt.

İZOLƏ (ID - 19947)

izo1ə etmək tex. - hər hansı elektrik məftilinin üstünü müxtəlif vasitələrlə örtmək yolu ilə bunları xarici mühit ilə təmasdan qorumaq. Elektrik məftilini izolə etmək. Kabeli izolə etmək.

İZOLƏEDİCİ (ID - 19948)

sif tex. İzolyasiya edən, ayıran, izolyator. İzoləedici materiallar.

İZOLYASİYA (ID - 19949)

[fr.] tex. 1. İzolə edən material; izolə edən qurğu, cihaz və s. İzolyasiya materialları. - Sarınmış naqillərin izolyasiyaları pambıq, iplik, ipək, .. şüşə və s. materiallardan hazırlanır. P.Rüstəmzadə.
2. B a x izo1ə.

İZOLYASİYALI (ID - 19950)

sif tex. İzolyasiyası olan. İzolyasiyalı məftil.

İZOLYATOR (ID - 19951)

[fr.] 1. elektr. Elektrik keçirməyən material, maddə. İzolyator zavodu.
elektr. Elektrik məftillərini bənd və izolə etmək üçün rolik, fincan. Yüksək voltlu izolyator. Asma izolyator.
tib. Yoluxucu xəstəliyi olan xəstələri...

İZOMERLƏR (ID - 19952)

[yun.] kim. Kimyəvi tərkibi və molekulyar çəkisi eyni, lakin fiziki və kimyəvi xassələri isə başqa-başqa olan kimyəvi birləşmələr. Bu kimi eyni tərkibə malik müxtəlif xassəli və müxtəlif quruluşlu maddələrə izomer maddələr...

İZOTOPLAR (ID - 19953)

[yun.] xüs. Eyni kimyəvi element atomlarının radioaktivliyə və atom çəkisinə görə bir-birindən fərqlənən formaları. Radioaktiv izotoplar. Uran izotopları. - Alimlər radioaktiv izotopların köməyi ilə pambıqdan müxtəlif parçalar...

İZSİZ (ID - 19954)

1. sif İzi olmayan; heç bir iz, nişanə, əlamət, əsər qalmamış. İzsiz yol. - Keçib izsiz yerlərdən; Apara billəm xəbər. M.Seyidzadə.
zərf Heç bir iz buraxmadan, özündən sonra heç bir iz qoymadan. İzsiz yox olmaq. Heç bir...

İZSİZ-SORAQSIZ (ID - 19955)

bax izsiz 1-ci mənada.

İZSİZ-TOZSUZ (ID - 19956)

b a x izsiz-soraqsız.

İZTANIYAN, İZTAPAN (ID - 19957)

is. və sif. Yaxşı iz tanıyan, iz ilə tapan; ləpirçi, izçi. İztapan ovçu. İztapan kəşfiyyatçı. İztapan tula. - Tülkü və xüsusən qurd ovuna çıxarkən, ovçu soyuqqanlı və cürətli, mahir iztapan olmalıdır. M.Rzaquluzadə.

İZTİRAB (ID - 19958)

is. [ər.] Təlaş, təşviş, daxili həyəcan, narahatlıq, mənəvi əziyyət, nigarançılıq. Böylə əldən getdiyim gər bilsə yar əldən gedər; İztirabım görsə bəhri-bikənar əldən gedər. Qövsi. [Arif Xavərə:] Sorma, heç sorma,...

Bu səhifə 85 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla