1
İzahlı lüğət - İ hərfi ilə başlayanlar - H. 26
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

İSTEHLAK (ID - 19441)

is. [ər.] Tələbatı, ehtiyacı təmin etmək üçün işlətmə, sərf etmə, istifadə etmə, işlədərək sərf etmə, yox etmə. Ictimai istehlak fondları. □ İstehlak etmək
ehtiyacı, tələbatı təmin etmək üçün işlətmək, sərf...

İSTEHLAKÇI (ID - 19442)

is. iqt. 1. Hər hansı istehsalatın məhsulundan istifadə edən, bu məhsulatı işlədən şəxs və ya təşkilat.
2. Alıcı. Geniş istehlakçı kütləsi.

İSTEHSAL (ID - 19443)

is. [ər.] Hasil etmə, hazırlama, əldə etmə. Elektrik enerjisi istehsalı. Çuqun istehsalı. Maddi nemətlər istehsalı. Istehsalın ictimai xarakteri. □ İstehsal etmək - hasil etmək, hazırlamaq. İstehsal qüvvələri - maddi nemətlərin...

İSTEHSALAT (ID - 19444)

is. [ər.] 1. Sənaye müəssisəsi, fabrik, zavod, karxana və s. Istehsalatda çalışmaq. Istehsalat qabaqcılları. - Istehsalatda usta sözü kəsərli sözdür. Mir Cəlal. // İstehsalatla bağlı olan. Istehsalat təlimi. Istehsalat təcrübəsi....

İSTEHSALATÇI (ID - 19445)

is. İstehsalatda işləyən şəxs. Yaxşı istehsalatçı. Institutun axşam şöbəsinə xeyli istehsalatçı qəbul edilmişdir.

İSTEHSALÇI (ID - 19446)

is. İstehsal edən, hazırlayan adam.

İSTEHZA (ID - 19447)

is. [ər.] 1. Ələ salma, rişxənd etmə, masqaraya qoyma; masqara. Tövsiyənin son cümləsində qürurdan çox incə bir istehza duyulurdu. M.Hüseyn. Tahirzadənin üzündə istehzanı andıran bir təbəssüm oynadı. Mir Cəlal. Qoca sanki öz...

İSTEHZAEDİCİ (ID - 19448)

bax istehzalı.

İSTEHZALI (ID - 19449)

sif. İstehza bildirən, istehza ifadə edən. Istehzalı söz. Istehzalı gülüş. Kənardan Iblisin mənalı və istehzalı qəhqəhələri eşidilir. H.Cavid. ..Dodaqları ucunda istehzalı bir təbəssüm göründü. H.Seyidbəyli.

İSTEHZAYANA (ID - 19450)

bax istehzalı. Sitarə .. hələ bir qədər istehzayana nazlarla Mansurun yaralarına duz səpirdi. C.Cabbarlı.

İSTEMAL (ID - 19451)

is. [ər.] İşlətmə, istifadə etmə, tətbiq etmə. [Mirzə:] On gün ki siz dərman istemalına məşğul olacaqsınız, o gərək gecə və gündüz sizin yanınızda olsun. Ə.Haqverdiyev. □ İstemal etmək - işlətmək, istifadə etmək, tətbiq...

İSTERİK (ID - 19452)

[yun.] bax isteriyalı. Isterik boğulma. Isterikpozğunluqlar.

İSTERİKA (ID - 19453)

[yun.] Qıc olma, bəzən gah gülmə, gah ağlama şəklində təzahür edən ürəkkeçmə.

İSTERİYA (ID - 19454)

[yun. hystera - uşaqlıq] tib. Psixika, hərəkət sferası, həssasiyyət və s. cəhətdən bir sıra müxtəlif pozğunluqlar şəklində təzahür edən funksional əsəb xəstəliyi. Isteriyada hərəki, senzor, vegetativ və psixi pozğunluqlar...

İSTERİYALI (ID - 19455)

sif İsteriya xəstəliyi olan. Isteriyalı adamlar əmək fəaliyyətini itirmirlər.

İSTƏDİKCƏ (ID - 19456)

zərf Doyunca, ürəyi istəyən qədər.

İSTƏK (ID - 19457)

is. Arzu, dilək, murad; yerinə yetirilməsi (başqası tərəfindən) arzu edilən şey. Istək gözdə olar. (Məsəl). [Şeyx Sənan:] Istəyim yalnız iştə bir şəfqət; Bir təbəssüm o hüsni-dilbərdən. H.Cavid. Istəyim xalqıma hər an...

İSTƏKAN (ID - 19458)

[rus.] Stəkan. Dərviş bir-iki istəkan çay içəndən sonra mənim sualıma cavab verdi. A.Divanbəyoğlu. Böyükxanım şad və xürrəm gümüş podnos içində iki istəkan kəmrəng çay gətirmişdi. M.S.Ordubadi. Mahirə istəkanı irəli çəkdi,...

İSTƏKLİ (ID - 19459)

1. is. Sevgili. [Fərman:] Ata, mənə dövlət lazım deyil, .. mənə ancaq öz istəklim lazımdır. Ə.Haqverdiyev. [Səriyyə:] Neçə illər idi ümid edir idim ki, gələcəkdə Rüstəm əmim oğlu istəklim ilə bəxtiyar yaşayacağam. C.Cabbarlı....

İSTƏKLİLİK (ID - 19460)

is. İstənilmə, sevilmə; sevgi münasibəti.

İSTƏKSİZ (ID - 19461)

zərf 1. Könülsüz, istəmədən, həvəssiz. Istəksiz getmək. Istəksiz danışmaq.
Məhəbbətsiz.

İSTƏKSİZLİK (ID - 19462)

is. Könülsüzlük, könüldə istək olmaması; məhəbbətsizlik.

İSTƏMƏ (ID - 19463)

“İstəmək” dən f.is.

İSTƏMƏDƏN (ID - 19464)

zərf İstəmədiyi, arzu etmədiyi halda; ürəksiz, könülsüz. Istəmədən almaq. Istəmədən getmək. // Qeyri-iradi, özü istəmədən, istəməyərək.

İSTƏMƏK (ID - 19465)

f 1. Arzu etmək, ürəyindən keçirmək, bir şeyin qəsd və niyyətində olmaq, ürəyində bir istək duymaq. - Bala, mən gördüm ki, sən bir yeniyetmə yaxşı oğlansan, istədim sənə maya verəm.. “Koroğlu”. Istəyir cənnəti zahid...

İSTƏMƏLİ (ID - 19466)

sif. İstənilməyə, sevilməyə layiq; xoşqılıq, mehriban, üzügülər; qanışirin. İstəməli qız. İstəməli uşaq. - Lap üçdörd yaşından bu şirindilli, istəməli qızın ayağı karxanaya açılmış, usta ilə dostlaşmağa başlamışdı....

İSTƏNİLMƏ (ID - 19467)

“İstənilmək” dən f.is.

İSTƏNİLMƏK (ID - 19468)

“İstəmək” dən məch.

İSTƏNMƏ (ID - 19469)

“İstənmək” dən f.is.

İSTƏNMƏK (ID - 19470)

b a x istəni1mək.

İSTƏR (ID - 19471)

bağl. Sintaktik vəzifəsinə görə həm həmcins üzvləri, həm də cümlələri birbirinə bağlayır - gərək, həm. [Səlim:] Orxan, istər xan olsun, istər sultan; Haqsızlıq əfv olunmaz heç bir zaman. H.Cavid. [Zeynal] istər evdə, istər...

İSTƏR-İSTƏMƏZ (ID - 19472)

zərf Yarımkönül, ürəksiz, könülsüz, özü istəmədiyi halda, istəmədən. [Gülbadam] ağ donunu geyindi, əsnədi, istər-istəməz ayağa durdu. N.Nərimanov. Fatma .. istər-istəməz uşaqlara izin verdi. S.S.Axundov. Mehriban istər-istəməz...

İSTƏTMƏ (ID - 19473)

“İstətmək” dən f.is.

İSTƏTMƏK (ID - 19474)

icb. Bu və ya başqa bir vasitə ilə bir şeyi başqasına sevdirməyə çalışmaq; birinin hüsn-rəğbətini, sevgisini qazanmağa çalışmaq. Güclə özünü istədə bilməzsən.

İSTƏYƏ-İSTƏMƏYƏ (ID - 19475)

bax istər-istəməz. İstəyə-istəməyə getməli oldu. - Mehriban istəyə-istəməyə razı oldu. S.Hüseyn.

İSTİ (ID - 19476)

1. sif. Qızdırılmış, isidilmiş, hərarəti artırılmış (soyuq qarşılığı). Isti otaq. Isti ütü. Isti süd. - Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə və dolça, tövşüyə-tövşüyə içəri girdi. İ.Hüseynov....

İSTİARƏ (ID - 19477)

is. [ər.] ədəb. Sözlərin, ifadələrin hər hansı bir təşbeh, bənzəyiş, müqayisə əsasında məcazi mənada işlənməsindən, yəni bir şeyə (hadisəyə) başqa bir şeyin (hadisənin) səciyyəvi əlamətinin keçirilməsindən ibarət...

İSTİBDAD (ID - 19478)

is. [ər.] 1. Özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulu. Çar zamanı idi, istibdadın ən şiddətli, ən qızğın vaxtı idi. E.Sultanov. Beşinci il; Qanlı bazar; Istibdadın mənhus əli; Hər tərəfdə iz buraxır. R.Rza.
2....

İSTİBDADÇI (ID - 19479)

is. Zalım, qəddar, qaniçən.

İSTİCƏ (ID - 19480)

sif 1. İsti, lazımınca isti. Isticə otaq. Isticə paltar. - Isticə lavaşım var; Hər gecəyə aşım var; Demə, dədəm yerdəsən; Ancaq əlli yaşım var. M.Ə.Sabir. Var isticə ölkələr; Qışda bizə xoş gələr. A.Səhhət. Qorodovoy...

İSTİFADƏ (ID - 19481)

is. [ər.] Faydalanma, fayda götürmə. // Faydalı (səmərəli) surətdə işlətmə. □ İstifadə etmək - faydalanmaq. Vəqtdən daim istifadə edin; Elm təhsilini iradə edin. M.Ə.Sabir. Ağca xanım atasının belə mehriban rəftarından istifadə...

İSTİFADƏLƏNMƏ (ID - 19482)

“İstifadələnmək” dən f.is.

İSTİFADƏLƏNMƏK (ID - 19483)

f Faydalanmaq, fayda götürmək, qazanmaq, mənfəətbərdar olmaq.

İSTİFADƏLİ (ID - 19484)

sif İstifadə olunan (oluna bilən), istifadəyə yararlı. Istifadəli yerlər.

İSTİFADƏLİK (ID - 19485)

sif İstifadə etmək (işlətmək, tətbiq edilmək) üçün olan, istifadəyə (işlənilməyə, tətbiq edilməyə) yarar.

İSTİFADƏSİZ (ID - 19486)

sif və zərf İstifadə olunmayan, işləksiz qalmış, fayda götürülməyən. Istifadəsiz torpaqlar. Istifadəsiz qalmaq.

İSTİGFAR (ID - 19487)

is. [ər.] din. Allaha yalvararaq günahlarının bağışlanmasını istəmə, “əstəğfürullah” deyərək peşmanlığını bildirmə, tövbə etmə. □ İstiğfar etmək (qılmaq) - Allaha yalvararaq günahlarının bağışlanmasını istəmək,...

İSTİHALƏ (ID - 19488)

is. [ər.] Bir haldan başqa hala keçmə.

İSTİXARƏ (ID - 19489)

is. [ər.] din. Görüləcək bir işin uğurlu olub-olmayacağını qabaqcadan bilmək üçün Quran və ya təsbehlə yoxlama ayini. □ İstixarə etmək (etdirmək) - istixarə ayini icra etmək (etdirmək). [Məşədi İbad:] Mən bu gün istixarə...

İSTİ-İSTİ (ID - 19490)

zərf 1. Qaynar halda, isti halda, soyumamışkən. [Səlimnaz xanım:] Istiisti bu çayı iç, bəlkə tərləyəsən. N.Vəzirov. [Ələmdar] .. buğlana-buğlana, cızhacızla qovrulan cızbızdan isti-isti ötürdü. S.Rəhimov.
2. məc. Təxirsiz,...

Bu səhifə 154 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif