Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

İDMAN (ID - 18243)

is. [ər.] Orqanizmi inkişaf etdirmək və möhkəmləndirmək məqsədini güdən bədən mümarisələri (hərəkətləri). Idman məşğələləri. Idman oyunları. Idman meydançası. Idman ustası. - Gündüzlər dərslərə, idmana, oynamağa və...

İDMANÇI (ID - 18244)

is. və sif İdmanla məşğul olan (adam). Idmançılarımız birinciliyi qazandılar. Idmançı oğlan. - Bu halında [Məcid] sanatoriya həyətlərində, uşaq meydançalarının qapısında qoyulan idmançı heykəllərinə bənzəyirdi. Mir Cəlal....

İDMANÇILIQ (ID - 18245)

is. İdmanla məşğul olma.

İDRAK (ID - 18246)

is. [ər.] 1. Dərk etmə, bilmə; dərk etmə qabiliyyəti. [Şeyx Sədra:] Buna idrakınız varırmı sizin? Sizcə məchul qədri şeyxinizin. H.Cavid. Idrak ilə vurduğum çəkicimin səsindən; Çatlayır divarları qaranlıq zindanların. Ə.Cavad....

İDRAKLI (ID - 18247)

sif. İdrakı olan, dərrakəli, fəhmli, düşüncəli, şüurlu. Bu ayda bizim təşkilat ibtidai bir haldan çıxıb .. idraklı, müntəzəm, mübariz bir təşkilat şəklinə keçir. M.S.Ordubadi. [Gülnisə:] Sən idraklı olduğun üçün bilirdim...

İDRAKLIQ (ID - 18248)

is. Dərrakəlilik, fəhmlilik, düşüncəlilik.

İDRAKSIZ (ID - 18249)

sif. İdrakı olmayan, dərrakəsiz, fəhmsiz; düşüncəsiz, şüursuz. [Provokasiyaya] qurban olmuş idraksız .. ermənilər isə müsəlmanları gülləyə basırdılar. M.S.Ordubadi. [Elxan:] [Solmaz] idraksız bir kütlənin səfil qorxaqlığına...

İDRAKSIZLIQ (ID - 18250)

is. Dərrakəsizlik, fəhmsizlik, şüursuzluq, düşüncəsizlik. Bizim idraksızlığımız, təşkilatsızlığımız da düşmənlərimizə yardım verir. M.S.Ordubadi.

İENA (ID - 18251)

Yaponiyada pul vahidi.

İFA (ID - 18252)

is. [ər.] 1. Bir işi icra etmə, həyata keçirmə, yerinə yetirmə. □ İfa etmək - 1) yerinə yetirmək, əda etmək. - Mən özümə aid vəzifələri vaxtında ifa etməyə söz verirəm. M.S.Ordubadi. [Ənisə] öhdəsinə alacağı vəzifəni...

İFAÇI (ID - 18253)

is. Hər hansı bir incəsənət (dram, ədəbi, musiqi) əsərini ifa etmək üçün çıxış edən adam. Musiqi ifaçılarının müsabiqəsi. Gözəl ifaçı. Müxtəlif rolların ifaçısı. - Xalq çalğı alətlərində çalan ifaçıların 1939-cu...

İFAÇILIQ (ID - 18254)

is. Hər hansı bir musiqi əsərini, yaxud dramatik rolu yaradıcılıqla ifa etmə. Ifaçılıq məharəti. Ifaçılıq xüsusiyyəti. - Mirzə Sadıq tarın səsinin xeyli artmasına müvəffəq oldu və tarda ifaçılıq mədəniyyətini yüksək...

İFADƏ (ID - 18255)

is. [ər.] 1. Anlatma, izah etmə, aydın və açıq söyləmə, demə, izhar etmə; izah, şərh, bəyan. Yazılı ifadə (yazı ilə bildirmə). Şifahi ifadə (ağızdan anlatma). Ifadə tərzi. - Bu sualın ahəngi içərisində nə kimi ifadələr...

İFADƏÇİ (ID - 18256)

is. İfadə edən, əks etdirən, təmsil edən. M.F.Axundovdan sonra ən böyük demokrat, bu yeni keyfiyyətli demokratizmin ədəbiyyat sahəsində böyük ifadəçisi C.Məmmədquluzadə (Molla Nəsrəddin) oldu. M.İbrahimov.

İFADƏLƏNDİRİLMƏ (ID - 18257)

“İfadələndirilmək” dən f.is.

İFADƏLƏNDİRİLMƏK (ID - 18258)

məch. İfadə edilmək, əks etdirilmək.

İFADƏLƏNDİRMƏ (ID - 18259)

“İfadələndirmək” dən f.is.

İFADƏLƏNDİRMƏK (ID - 18260)

f. İfadə etmək, əks etdirmək.

İFADƏLƏNMƏ (ID - 18261)

"İfadələnmək” dən f.is.

İFADƏLƏNMƏK (ID - 18262)

məch. İfadə olunmaq, əks olunmaq, öz əksini tapmaq.

İFADƏLİ (ID - 18263)

sif. Yaxşı və aydın ifadə edən. Ifadəli nitq. Ifadəli danışıq. Ifadəli yazı. Ifadəli (z.) oxumaq. - Qız atasının dediklərini çox ifadəli bir dillə yazmışdı. M.Hüseyn. // Daxili keyfiyyətləri, təəssüratı və s. əks etdirən....

İFADƏLİLİK (ID - 18264)

is. İfadəli olma, yaxşı və aydın ifadə etmə. Dilin, üslubun ifadəliliyi. Balerinanın hərəkətlərindəki ifadəlilik.

İFADƏSİZ (ID - 18265)

sif İfadəcə zəif, təsirsiz. Ifadəsiz nitq. // Heç bir şey ifadə etməyən, heç bir şey əks etməyən. Ifadəsiz gözlər.

İFADƏSİZLİK (ID - 18266)

is. İfadəcə zəiflik. Nitqin ifadəsizliyi. Üslubun ifadəsizliyi. // Heç bir şey ifadə etməmə.

İFÇİN (ID - 18267)

zərfi məh. Tam surətdə, tamam, bütün, hamısını. Atı ifçin nallamaq. - Qıratı ifçin yəhərləyib, Koroğlunun qabağına çəkdilər. “Koroğlu”. Yanında balası o haçadırnaq; Əlvan çiçəkləri ifçin yolardı. H.K.Sanılı.

İFFƏT (ID - 18268)

is. [ər.] Saflıq, təmizlik, irz, namus, həya, əxlaq. [Maral:] Hər iki tərəfim təhlükəli uçurum... Burada qalsam, Turxan bəyin murdar nəfəsi, qoşulub qaçarsam, namus, iffət məsələsi.. H.Cavid.

İFFƏTLİ (ID - 18269)

sif. Namuslu, ismətli, həyalı; təmiz, saf. Iffətli qız. Iffətli gəlin. - Zəmanənin “xarab “bir vaxtında nəcib, gözəl, həyalı, iffətli və ismətli bir qız tapmaq çox da asan deyildi. S.Hüseyn.

İFFƏTSİZ (ID - 18270)

sif Namussuz, ismətsiz, həyasız, abırsız. Iffətsiz qadın.

İFLAS (ID - 18271)

is. [ər.] 1. Bankın, tacirin və s.-nin borc iltizamlarını vaxtında ödəyə bilməməsi nəticəsində müflis olması, sınıq çıxması. Bankın iflası. Tacirin iflası. □ İflas etmək (olmaq) - müflis olmaq, sınıq çıxmaq, var-yoxu əlindən...

İFLİC (ID - 18272)

is. [ər.] 1. Orqanizmin hər hansı bir hissəsini və ya üzvünü normal fəaliyyətdən qoyan xəstəlik. Iflic olmaq. Iflic vurmaq. Iflic tutmaq. Beyin iflici. // Bu xəstəliyə tutulmuş (adam). Neçə illərdir iflicdir.
2. məc. Fəaliyyətsizlik,...

İFLİM-İFLİM (ID - 18273)

zərfi dan. Tikə-tikə, parça-parça. [Gülpəri:] Deyir, Tarıqulunun cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Ə.Haqverdiyev.

İFNA (ID - 18274)

is. [ər.] klas. Yox etmə, puç etmə, məhv etmə, tələf etmə. Nə qəm, uğratsa da bir gün məni ifnayə zaman; Mən gedərəmsə, məramım yenə dünyadə durar. M.Ə.Sabir. Bu illətin Allaha qalıb bircə davası; Uğratdı bizi büsbütün...

İFRAQ (ID - 18275)

is. [ər.] köhn. 1. Qəlibə tökmə, qəlibə axıtma. // Müəyyən qəlibə salma.
2. Qaydaya salma.

İFRAT (ID - 18276)

is. [ər.] Bir şeyin son həddi, bir şeyi son həddə çatdırma, mübaliğəyə varma, həddi keçmə. Ifrat dərəcə (son hədd). Ifrat tədbirlər. - Hər işin ifratı vəziyyəti dəyişə bilər. M.S.Ordubadi. // sif. Qəti, barışmaz. Nə qədər...

İFTİXARLANMA (ID - 18295)

“İftixarlanmaq” dan f.is.

İFTİXARLANMAQ (ID - 18296)

f İftixar etmək, fəxr etmək, qürrələnmək, öyünmək.

İFTİRA (ID - 18297)

is. [ər.] Böhtan, şər. Xülasə, qalan yüz on beş kağız da bu məzmunda növ-növ iftira və yalan. C.Məmmədquluzadə. İki tərəf bir-birinə olmazın böhtan və iftirasını, olmazın həyasız hərəkətlərini isnad verirdilər. Çəmənzəminli....

İFTİRAÇI (ID - 18298)

is. İftira edən, böhtan atan, böhtançı.

İFTİRAÇILIQ (ID - 18299)

is. Başqalarına şər atma, böhtan demə, böhtançılıq. İftiraçını ifşa etmək.

İGİD (ID - 18300)

sif Bir işdə, döyüşdə qoçaqlıq, cəsarət, qəhrəmanlıq, mərdlik göstərən; cəsur, qoçaq. İgid oğlan. İgid qız. - Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi. “Koroğlu”. [Fitnə:] ..Mənzər igid pəhləvandır;...

İGİDCƏ(SİNƏ) (ID - 18301)

zərf Qəhrəmancasına, mərdanə, qorxmadan, igid kimi. İgidcəsinə çarpışmaq. İgidcə vuruşmaq. - Ah, adəmmi olmayan hünəri; Qorxmayın həp, igidcə qalxışınız. A.Şaiq.

İGİDLƏNMƏ (ID - 18302)

“İgidlənmək” dən f.is.

İGİDLƏNMƏK (ID - 18303)

f Özünü igid kimi, qorxmaz kimi göstərmək.

İGİDLƏŞMƏ (ID - 18304)

“İgidləşmək” dən f.is.

İGİDLƏŞMƏK (ID - 18305)

f İgid olmaq, cəsarətli olmaq, daha da ürəkli olmaq; igidlənmək.

İGİDLİK (ID - 18306)

is. Qoçaqlıq, qəhrəmanlıq, rəşadət. Duman dağa pərdədir; Göydə deyil, yerdədir; Ağalıq dövlət olsa; İgidlik hünərdədir. (Bayatı). [İsgəndərin] igidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayıbərabəri yox idi. Ə.Haqverdiyev....

İGİDÖLMÜŞ (ID - 18307)

sif və is. dan. Qarğış, nifrin kimi işlənən sözdür.

İĞFAL (ID - 18308)

[ər.]: iğfal etmək - qəflətə salmaq, qəflətdə buraxmaq; aldatmaq, fikrini yayındırmaq, yuxulatmaq. [Şah:] Zira dili çox itidir, yenə də sizi iğfal edər. C.Cabbarlı. [Gənc:] Zeynal [Mehribanı] aldadıb iğfal etmək məqsədi ilə yalan...

İĞTİŞAŞ (ID - 18309)

is. [ər.] Qarğaşalıq, qarışıqlıq, hərc-mərclik. İstanbulda 31 martda vaqe olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyənin hər bir nöqtəsində bahalıq üz verdi. Məmmədquluzadə. Hətta iğtişaş zamanı böyük-böyük qəzalara...

İĞTİŞAŞÇI (ID - 18310)

is. İğtişaş, hərc-mərc törədən, asayişi, əmin-amanlığı pozan, şuluqluq salan; araqarışdıran, fitnəkar, fəsadçı.

Bu səhifə 90 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla