Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

İĞTİŞAŞLI (ID - 18311)

sif Qarışıq, nizamsız, hərcmərc. Iğtişaşlı yer. Iğtişaşlı şəhər.

İHANƏT (ID - 18312)

is. [ər.] klas. Haqsız təhqir, haqsızlıq. Çox yetər əğyardən cövrü ihanət könlümə. M.P.Vaqif. Aşmışdı hələ həddini kəndlərdə rəzalət; Hər yanda təcavüzdü, ihanətdi, həqarət! Ə.Nəzmi.

İHATƏ (ID - 18313)

bax əhatə. Qalıbdır firqeyi-islam dalda cümlə millətdən; Ihatə eyləyiblər başqalar elm ilə dünyanı. S.Ə.Şirvani. Qanlı şəhər görünməyir, etmiş ihatə çən, duman. Ə.Nəzmi.

İXLAS (ID - 18314)

is. [ər.] 1. Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq. [Nuxalılar:] Bizim ixlasımızın nisbəti Molla Ibrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz. M.F.Axundzadə. [Mirzə Həbib:] Özünüz...

İXLASKAR (ID - 18315)

sif [ər. ixlas və fars. ...kar] Sədaqətli, sadiq, ixlas edən, səmimi.

İXLASKARLIQ (ID - 18316)

is. Sədaqət, səmimiyyət, səmimi məhəbbət.

İXLASKEŞ (ID - 18317)

sif [ər. ixlas və fars. ...keş] köhn. bax ixlaskar. [Teymur ağa:] Bəylər və xanın çoxusu mənim atamın yaxşılıqları səbəbinə mənə ixlaskeşdir. M.F.Axundzadə.

İXLASKEŞLİK (ID - 18318)

köhn. bax ixlaskarlıq.

İXRAC (ID - 18319)

is. [ər.] 1. Çıxarma, uzaqlaşdırma. İxrac etmək - çıxarmaq, uzaqlaşdırmaq. İxrac olmaq - xaric olmaq, ixrac edilmək, çıxarılmaq.
2. iqt. Satış üçün xarici ölkələrə göndər(il)mə (idxal əksi). Ixracı gücləndirmək. Neft...

İXRACAT (ID - 18320)

[ər. “ixrac” söz. cəmi] bax ixrac 2-ci mənada. Ixracat ildən-ilə artır.

İXRACATÇI (ID - 18321)

is. Ixrac edən, xarici ölkələrə mal göndərən ölkə. Birma dünyanın böyük düyü ixracatçısı hesab olunur. (Qəzetlərdən).

İXTİLAF (ID - 18322)

is. [ər.] Fikir ayrılığı və bunun nəticəsində doğan ziddiyyət, uymamazlıq, mübahisə. ..Həqiqət axtarılan yerdə mütləq ixtilaf olur. C.Məmmədquluzadə. [Rəhim bəy] Məşədi bəylə ixtilafını biryolluq həll etmək bəhanəsi...

İXTİLAFLI (ID - 18323)

sif Mübahisəli, münaqişəli, mübahisəyə səbəb olan. Ixtilaflı məsələ. Kənd şurası belə ixtilaflı məsələni həll edə biləcək halda deyildi.. S.Hüseyn.

İXTİLAFLILIQ (ID - 18324)

is. Ixtilaflı, mübahisəli olma.

İXTİLAFSIZ (ID - 18325)

1. sif Mübahisəsiz, münaqişəsiz. Ixtilafsız məsələ.
2. zərf Ixtilaf olmadan, heç bir mübahisə, münaqişə olmadan. Məsələ ixtilafsız həll olundu.

İXTİLAFSIZLIQ (ID - 18326)

is. İxtilafın, mübahisənin, münaqişənin olmadığı hal.

İXTİLAL (ID - 18327)

is. [ər.] Qarışıqlıq, qarğaşalıq, hərc-mərclik, iğtişaş. Cahan müharibəsi, ..
sonra Zaqafqaziyada baş verən ixtilal və qarışıqlıqlar... Bu zamanlarda mən Bakıda deyildim. S.Hüseyn. □ İxtilal törətmək (salmaq) - qarışıqlıq...

İXTİLALÇI (ID - 18328)

is. İxtilal törədən, hərcmərclik, qarışıqlıq, pozğunluq salan. [Əbu Ubeyd:] Ölkənin bütün ixtilalçı ünsürləri əldən qaçırıldı. C.Cabbarlı.

İXTİLAT (ID - 18329)

is. [ər.] klas. Oturub-durma, görüşüb əlaqə saxlama, qaynayıb-qarışma. Nə bir fərəhi, nə bir nişanı; Nə kimsə ilə bir ixtilatı. Füzuli. // Söhbət. İxtilatın şirin, sözün məzəli; Şəkər gülüşündən canlar təzəli. M.P.Vaqif....

İXTİLATÇI (ID - 18330)

sif. İxtilat etməyi sevən, söhbət etməyi sevən; söhbətcil. İxtilatçı qadın.

İXTİOL (ID - 18331)

[yun.] əcz. Bəzi dəri xəstəliklərində istifadə edilən sürtmə dərmanı.

İXTİOLOGİYA (ID - 18332)

[yun. ichthys və lat. logos-dan] Zoologiyanın balıqlardan bəhs edən şöbəsi. Xüsusi kitabxanada ixtiologiyaya aid hər cür məlumat almaq mümkün olacaq. (Qəzetlərdən).

İXTİOLOQ (ID - 18333)

[yun. ichthys və lat. logosdan] İxtiologiya mütəxəssisi.

İXTİRA (ID - 18334)

is. [ər.] 1. Yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf etmə, yaratma, icad etmə. Parovozun ixtirası. Radionun ixtirası. Elektron maşınlarının ixtirası. - [Fərhadoğlu:] Belə olsun ki, bizim xalqı...

İXTİRAÇI (ID - 18335)

is. Bir şeyi ixtira edən adam. [Məmməd:] Dedilər ki, [Usta Səməd] indi böyük bir ixtiraçıdır. C.Cabbarlı. Həsən boş vaxtlarını gənc ixtiraçılar və xor dərnəklərində keçirirdi. H.Seyidbəyli.

İXTİRAÇILIQ (ID - 18336)

is. İxtiraçının fəaliyyəti, yaradıcılıq işi. İxtiraçılıq sahəsində böyük işlər. İxtiraçılıqla məşğul olmaq. İxtiraçılıq bürosu.

İXTİSAR (ID - 18337)

is. [ər.] 1. Qısaltma, azaltma. İxtisar etmək - 1) qısaltmaq, azaltmaq. Məqaləni ixtisar etmək. Əsərin fəsillərindən birini ixtisar etməli. // Müxtəsər etmək, qısaltmaq. Mənimlə, Tanrı üçün, sözdə ixtisar et, kim; Uzun fəsanəyə,...

İXTİSARƏN (ID - 18338)

zərf [ər.] İxtisar yolu ilə, ixtisar şəklində, ixtisar edərək, qısaldılaraq.

İXTİSARLAMA (ID - 18339)

“İxtisarlamaq” dan f.is.

İXTİSARLAMAQ (ID - 18340)

f İxtisar etmək, azaltmaq, qısaltmaq.

İXTİSARLANMA (ID - 18341)

“İxtisarlanmaq” dan f.is.

İXTİSARLANMAQ (ID - 18342)

məch. İxtisar edilmək, azaldılmaq, qısaldılmaq.

İXTİSAS (ID - 18343)

is. [ər.] Elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi. O, mühəndis ixtisasını seçmişdir. - [Fərman] yenicə imtahan verərək, maşinist ixtisasını qazandığından sevinirdi.. Ə.Sadıq. // Xüsusi hazırlıq nəticəsində...

İXTİSASLANDIRILMA (ID - 18344)

“İxtisaslandırılmaq” dan f.is.

İXTİSASLANDIRILMAQ (ID - 18345)

bax ixtisaslaşdırılmaq.

İXTİSASLANDIRMA (ID - 18346)

“İxtisaslandırmaq” dan f.is.

İXTİSASLANDIRMAQ (ID - 18347)

bax ixtisaslaşdırmaq.

İXTİSASLANMA (ID - 18348)

“İxtisaslanmaq” dan f.is.

İXTİSASLANMAQ (ID - 18349)

f İxtisas əldə etmək, sənət öyrənmək.

İXTİSASLAŞDIRILMA (ID - 18350)

“İxtisaslaşdırılmaq” dan 1-ci mənada. f.is. Istehsalatın ixtisaslaşdırılması.

İXTİSASLAŞDIRILMAQ (ID - 18351)

məch. 1. Yalnız bir xüsusi sahədə işləmək və ya istifadə olunmaq üçün uyğunlaşdırılmaq, hazırlanmaq. Cərgələr arasını becərən traktorlardan istifadə edilməsi işi ixtisaslaşdırılmalıdır. “Pambıqçılıq”.
2. İxtisas...

İXTİSASLAŞDIRILMIŞ (ID - 18352)

f.sif. Yalnız müəyyən sahəyə xidmət etmək üçün uyğunlaşdırılmış, hazırlanmış, düzəldilmiş. Ixtisaslaşdırılmış mağaza.

İXTİSASLAŞDIRMA (ID - 18353)

“İxtisaslaşdırmaq” dan f.is. Ixtisaslaşdırma aparmaq.

İXTİSASLAŞDIRMAQ (ID - 18354)

f 1. Elmin və ya texnikanın hər hansı bir sahəsinə aid ixtisas vermək, bilik vermək, mütəxəssis etmək. Aspirantları yarımkeçiricilər sahəsində ixtisaslaşdırmaq. Tələbələri XIX əsr ədəbiyyatı sahəsində ixtisaslaşdırmaq....

İXTİSASLAŞMA (ID - 18355)

“İxtisaslaşmaq” dan f.is.

İXTİSASLAŞMAQ (ID - 18356)

f Müəyyən bir sahədə ixtisas qazanmaq; mütəxəssisləşmək. Neft üzrə ixtisaslaşmaq. Üzvi kimya sahəsində ixtisaslaşmaq. Lüğətçilik sahəsində ixtisaslaşmaq.

İXTİSASLI (ID - 18357)

sif Müəyyən sahədə ixtisası olan; təcrübəli. Ixtisaslı işçilər. Ixtisaslı kadrlar. - [Həyat:] Kolxoz.. başında ixtisaslı adamlar durmalıdır. M.İbrahimov. // Xüsusi bilik, hazırlıq tələb edən. Ixtisaslı əmək.

İXTİSASSIZ (ID - 18358)

sif Heç bir ixtisası olmayan, heç bir xüsusi hazırlıq keçməmiş. Ixtisassız işçi.

İXTİSASSIZLIQ (ID - 18359)

is. Heç bir ixtisası, xüsusi hazırlığı olmama.

İXTİYAR1 (ID - 18360)

is. [ər.] 1. Öz arzusu və iradəsi; öz iradə və arzusu ilə hərəkət etmə. Ixtiyar özündədir. Öz ixtiyarı ilə. Ixtiyarına buraxmaq. // Bir şeyə hüququ çatma, bir şeyi etməyə, sərəncam verməyə haqqı, səlahiyyəti olma; haqq,...

Bu səhifə 82 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla