Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

İQLİM (ID - 18578)

is. [ər.] 1. Bir ölkənin, bir yerin meteoroloji şəraitinin (havası, suyu və s.) xüsusiyyətləri, ab-havası. Kontinental iqlim. Mötədil iqlim. Azərbaycanın aran yerlərinin iqlimi. Soyuq iqlim. - Göyərti şərait yaradıldığı təqdirdə,...

İQLİMLƏŞDİRİLMƏ (ID - 18579)

“İqlimləşdirilmək” dən f.is.

İQLİMLƏŞDİRİLMƏK (ID - 18580)

məch. Yeni iqlim şəraitinə, yeni mühitə alışdırılmaq.

İQLİMLƏŞDİRMƏ (ID - 18581)

“İqlimləşdirmək” dən f.is. Toxumdan alınan bitkilər gec meyvəyə düşür və müxtəlif keyfiyyətli olur. Sitrusların bu qayda ilə çoxalmasından iqlimləşdirmə (akklimatizasiya) və yeni sortlar əldə etmək məqsədi ilə istifadə...

İQLİMLƏŞDİRMƏK (ID - 18582)

f. Yeni iqlimə uyğunlaşdırmaq, yeni mühitə alışdırmaq (heyvanları, bitkiləri).

İQLİMLƏŞMƏ (ID - 18583)

“İqlimləşmək” dən f.is.

İQLİMLƏŞMƏK (ID - 18584)

f Yeni iqlim şəraitinə, yeni mühitə uyğunlaşmaq, alışmaq.

İQNA (ID - 18585)

[ər.]: iqna etmək klas. - qane etmək, qənaətləndirmək, qənaətbəxş olmaq; razı etmək. [Qız:] [Nizamüddövlənin adamları] hər gün gəlib, məni iqna etmək istəyir, qandırırdılar. S.Hüseyn.

İQRAR (ID - 18586)

is. [ər.] 1. Dil ilə söyləmə, ifadə etmə, dili ilə təsdiq etmə, etiraf. // Öz sözündə, əhdində möhkəmlik, dayanıq, səbat, sədaqət, vəfa. Əhdi dürüst ola, iqrarı möhkəm; Fikri-zikri sənin sarı gərəkdir. Q.Zakir. Aşinələr...

İQTİSADİYYATÇI (ID - 18600)

is. İqtisadiyyat, iqtisadiyyat elmləri mütəxəssisi.

İQTİZA (ID - 18601)

is. [ər.] klas. Lüzum, lazım olma, zəruriyyət, vaciblik. // Ehtiyac, hacət. Hala məgər iqtizayi-dövran; Oldur ki, ola o gənc pünhan. Füzuli. □ İqtiza etmək - 1) tələb etmək, lüzumlu etmək, vacib etmək, ehtiyac doğurmaq. Aciz, yazıq...

İQTİZASINCA (ID - 18602)

zərf klas. Tələbinə görə, bacarığına görə, ehtiyacına görə. Hər bir şair öz qəlbinin və təbinin iqtizasınca göy üzündə qatar ilə uçan durnalara öz halidilini ərz qılır. F.Köçərli.

İL (ID - 18603)

is. 1. Yer kürəsinin Günəş ətrafında bir dəfə dövr etdiyi müddət (yanvarın 1dən başlayaraq hesablanan 12 aylıq dövr). Yerin günəş ətrafında tam hərəkəti bir il çəkir. Bir ilin uzunluğu 365 və ya 366 gündür. İlin hər fəslinin...

İLAC (ID - 18604)

klas. bax əlac. Çak görüb köksümü, qılma ilacım, təbib; Zaye olar mərhəmin, məndə bitər yarə yox. Füzuli. Kimsənədən olmadı dərdinə, Seyyid, ilac; Eyləmə hər nakəsə halını əfsanə ərz. S.Ə.Şirvani. Vazeh bu ki xəstədir...

İLACSIZLIQ (ID - 18605)

bax əlacsızlıq. Güllər .. acı bir ilacsızlıq içində qalıb, pianinosunun arxasına keçirdi. İ.Əfəndiyev. [Bülənd] ilacsızlıqla (z.) Çimnaza və Nazlıya baxdı. Ə.Əbülhəsən.

İLAHƏ (ID - 18606)

is. [ər.] Antik mifologiyada və bəzi dinlərdə; qadın cinsli allah. Qədim Yunanıstanda şüəra sinfi bir qissə və hekayət yazmaq istədikləri əsnada “Muza “adlı teatr ilahəsinə rücu edib ondan kömək və mədəd dilərdilər. F.Köçərli....

İLAHİ (ID - 18607)

sif din. [ər.] 1. Allaha mütəəlliq, Allaha məxsus, Allaha aid, Allah tərəfindən verilmiş; qeyri-bəşəri. Ilahi hikmətlər xəzinəsi. - [Şeyx Sənan:] Bu ilahi sükuta qarşı, Xumar; Həp mələklər olur pərəstişkar. H.Cavid.
is....

İLAHİ (ID - 18608)

nida. Ey Allah, ay Allah (Allaha xitab, yalvarış). Ilahi, bülbülə olsun həmişə gül həmdəm; Müdam o xəstə dilin gülşəni, baharı ola. S.Ə.Şirvani. Daşqəlbli insanları neylərdin, ilahi? M.Ə.Sabir. Qəmin əlində, ilahi, dönüb...

İLAHİLƏŞDİRİLMƏ (ID - 18609)

“İlahiləşdirilmək’dən f.is.

İLAHİLƏŞDİRİLMƏK (ID - 18610)

məch. Xariqüladə, ilahi bir qüvvə edilmək, Allah sifəti verilmək, Allah sayılmaq. // Allah kimi yüksəldilmək, təqdis edilmək, Allah kimi qarşısında səcdə edilmək. Təbiət güclərinin ilahiləşdirilməsi. - Ilahiləşdirilmiş, mələk...

İLAHİLƏŞDİRMƏ (ID - 18611)

“İlahiləşdirmək” dən

İLAHİLƏŞDİRMƏK (ID - 18612)

f. Allah saymaq, Allah sifəti vermək. // Allah kimi yüksəltmək, qaldırmaq, təqdis etmək, Allah kimi qarşısında səcdə etmək. Qədim insan odu ilahiləşdirir, ona tapınırdı.

İLAHİLİK (ID - 18613)

is. 1. Ülvilik, müqəddəslik, yüksəklik. [Yaşlı kişi:] Mən bu səslərdə bir ülviyyət, bir ilahilik görürəm. S.Hüseyn.
məc. Son dərəcə gözəllik, füsunkarlıq.

İLAHİYYAT (ID - 18614)

is. [ər.] Dini ehkamlardan bəhs edən sxolastik elm; din elmləri.

İLAHİYYATÇI (ID - 18615)

is. İlahiyyatla məşğul olan adam, ilahiyyat alimi.

İLAXIR (ID - 18616)

[ər.] (ixtisarı i.a.). Sıra ilə adları çəkilən şeylərin axırında yazılır, ya deyilir və onları davam etdirmək mümkün olduğunu bildirir. Həmin [kitabdakı] nümunələrin arasında saat, .. kəllə qənd, ağızlıq, kitab,
çeşmək...

İLAN (ID - 18617)

is. 1. Bədəni uzun və qıvrılan ayaqsız, adətən zəhərli dişləri olan sürünən heyvan. Zəhərli ilan. Xallı ilan. - Ilanın ağına da lənət, qarasına da lənət. (Məsəl). ..Ağabala dərviş gürzə ilanları bazar dalına töküb...

İLANBALIĞI (ID - 18618)

is. zool. Dəyirmiağızlılar sinfindən ilanabənzər ibtidai onurğalı heyvan.

İLANBAŞIOTU (ID - 18619)

is. bot. Alp zonasında daşlı yamaclarda bitən boz tükcüklərlə örtülü çoxillik ot bitki. Ilanbaşıotu .. bəzən zibilli yerlərdə bitir. Tərkibində limon iyli ətirli yağ, .. “A”provitamini vardır. M.Qasımov.

İLANCIQ1 (ID - 18620)

is. Kiçik ilan, ilan balası.

İLANCIQ2 (ID - 18621)

is. dan. Ayaqda, qolda yara şəklində baş verən sümük vərəminin xalq arasında adı.

İLAN-ÇAYAN (ID - 18622)

top. İlan, əqrəb kimi sancan heyvanlar. Səfər kişi bir-bir barmaqlarını qatlayaraq saydı: - Ilan-çayandan xəbəriniz varmı? Mir Cəlal. [Bəkir dedi:] Yaxşı-yaxşı yat, ilan-çayan başınızdan çıxsın. İ.Hüseynov.

İLAN-ÇAYANLI (ID - 18623)

sif İlan və əqrəb kimi heyvanlar çox olan yer. Mərkəzdən uzaq, ..kol-koslu, ilan-çayanlı bir düzdə Güllücə kəndi bina olmuşdu. S.S.Axundov.

İLAN-QURBAĞA (ID - 18624)

1. top. Cürbəcür sürünən heyvanlar; həşərat.
2. sif. dan. məc. Pis, oxunması mümkün olmayan, cızma-qara, anlaşılmaz. Içəridən ilan-qurbağa xətti ilə yazılmış qəribə yazılar meydana çıxdı. S.Rəhman.

İLANLI (ID - 18625)

sif İlan çox olan, ilan yaşayan. Ilanlı yer. - Ilanlı çöllərdə şəhərlər saldıq; Dəyişdik dünyanın xəritəsini. S.Vurğun.

İLANLIQ (ID - 18626)

is. İlan çox olan yer.

İLANOTU (ID - 18627)

is. bot. Gövdəsi buğum-buğum, quraqlığa davamlı çoxillik ot (yem bitkisi kimi istifadə olunur).

İLANOYNADAN (ID - 18628)

is. İlanı müxtəlif üsullarla özünə ram edib, onunla tamaşa göstərən adam. Dolanır bağrını ilanoynadan; Bir də ki dərvişlər əlində kəşkül. M.Rahim.

İLANSAYAĞI (ID - 18629)

bax ilanvari. Ilansayağı yol dağların döşündən burularaq, kəmər kimi aşağıya doğru enir.. M.İbrahimov.

İLANSOĞANI (ID - 18630)

is. bot. Yumurtavari başlıqlı və salxımşəkilli qısa saplaqlı çiçəkləri olan soğanaqlı çoxillik bitki.

İLANÜZÜMÜ (ID - 18631)

is. bot. Qırmızı meyvəli yabanı kol bitki və onun meyvəsi.

İLANVARİ (ID - 18632)

sif İlan kimi, ilana oxşar; qıvrılıb uzanan, əyri-üyrü. Ilanvari boru. Ilanvari yol. - Bir neçə gün sonra Telli balkonda durub getdikcə incələşib gözdən itən ilanvari kənd yoluna baxırdı. S.Hüseyn.

İLANYEYƏN (ID - 18633)

is. zool. Qartallar fəsiləsindən ilan yeyən quş.

İLANYOLU (ID - 18634)

sif Qıvrılıb uzanan, əyriüyrü, dolanbac. Ilanyolu (z.) dağa çıxdıq.

İLAŞIRI (ID - 18635)

zərf Hər ildən bir. Ilaşırı istirahət yerini dəyişmək.

İLAVƏ (ID - 18636)

bax əlavə.

İLBƏİL (ID - 18637)

zərf İldən-ilə, il keçdikcə. Tuf belə dövrana ki, bədtər olur; Seyri-fələk, dövri-zaman ilbəil. M.Ə.Sabir. Dəyişir ilbəil mənim zahirim; Məsləkim, əqidəm dəyişmir ancaq. B.Vahabzadə.

İLBİZ (ID - 18638)

is. zool. 1. Əksərən balıqqulağına oxşar bərk çanaq içərisində yaşayan yumşaq bədənli molyusk. Tənək və sədəf ilbizlərinin öyrənilməsindən aydın oldu ki, yumşaq bədənləri çanaq içərisinə alınmış heyvanlara ilbiz deyilir....

İLBİZLİK (ID - 18639)

is. 1. İlbiz çox olan yer. Evin dalı ilbizlikdir.
2. məc. Adam sancma, əlaltından, gizlindən iş görmə. Ilbizlik etmək.

İLDƏN-İLƏ (ID - 18640)

zərfi Hər il keçdikcə, getdikcə. Vətənimizin qüdrəti ildən-ilə artır.

Bu səhifə 107 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla