İzahlı lüğət

İNQİLABİ

sif. 1. İnqilaba aid olan, inqilab mahiyyəti daşıyan, inqilab ruhlu. Inqilabi bayram. Inqilabi himn. Inqilabi mahnılar.
“Molla Nəsrəddin” inqilabi demokratizmin ifadəçisi və mərkəzi idi. M.İbrahimov. Texnoloji institutda çoxdan bəri inqilabi əhval-ruhiyyə kök salmağa başlamışdı. M.Hüseyn.
2. İnqilab ideyalarını ifadə edən; inqilabçı. Inqilabi sinif. Inqilabi xadim. Inqilabi ordu. Inqilabi qüvvələr. // İnqilabı həyata keçirməyə doğru yönəldilmiş, inqilab yaratmaq məqsədini daşıyan. Inqilabi mübarizə. Inqilabi çıxış. Inqilabi çevriliş. - Inqilabi hərəkatın getdikcə güclənməsi çar mütləqiyyətini qorxutmuşdu. A.Şaiq. // İnqilab nəticəsində meydana gəlmiş, inqilabın yaratmış olduğu. Fəhlə sinfinin inqilabi diktaturası. Inqilabi qanunlar. Inqilabi təşkilatlar. Inqilabi hökumət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed