İzahlı lüğət

İCTİNAB

is. [ər.] klas. Çəkinmə, saqınma, uzaqlaşma, uzaq durma. Fürsəti fövt etmək olmaz, gözləyir əğyarlar; Onların bədgularından ictinabın vaxtıdır. Aşıq Qurban. A kişi, mənim bu Gəncə şəhərində bir rəfiqim var, .. adını qoyub müəllim, heç bir zaddan ictinabı yox. “Mol. Nəsr.” [Sitarə:] Naməhrəmə üzümü göstərməkdən ictinabə məcburəm. C.Cabbarlı. □ İctinab etmək (qılmaq) - çəkinmək, saqınmaq, uzaq durmaq. Dersən ki, xublərdən kəs mehrin, ictinab et; Yaxşılar ilə, zahid, yaxşımıdır yamanlıq? Qövsi. Hər nə etsən, et və lakin etmə meydən ictinab... M.Ə.Sabir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed