İzahlı lüğət

İÇ

is. 1. Bir şeyin içərisi, daxili, iç tərəfi. Əvvəl evin içi, sonra çölü. (Ata. sözü). Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq. Əşrəf yavaşcadan sürünüb kola yaxınlaşdı, əli ilə kolun içini yoxladı. S.Rəhman. // Bir şeyin ortası, arası. Otların içində uzanmaq. - [Məşədi İbad:] Sən kimi bir gözəli; Bağın içində görəsən. Ü.Hacıbəyov. // Qapalı, örtülü, ya oyuq olan şeylərin boşluğu. Qutunun içi. Tabağın içi. İnsan və heyvanların döş və qarın boşluğunda yerləşən üzvlər; içalat. Musa kişi toğlunun içini təzəcə çıxarıb, Gülnazın əlindəki mis qaba qoymuşdu ki, həyət qapısı döyüldü. M.İbrahimov. □ İç qovurması - cızbız. Içə qonaq eləmək. İç yağı - bağırsaqları örtən piy təbəqəsi.
Məğz, ləpə, özək (qabıqlı meyvələrdə). Badam içi. Içi çürük qoz.
məc. Bir şeyin daxili və gizli, görünməz cəhəti; batin. Içim özümü yandırır, çölüm özgəni. (Məsəl).
İçdən, içindən şəklində zərf - könüldən, ürəkdən, səmimi-qəlbdən. Içdən gələn sözlər. Içdən arzu etmək. - Anası guya şikayət edər kimi oğlunun saydığı bu sifətlərinə içindən sevinir, fərəhlənir, birparça da lovğalanırdı. Qantəmir. İçində şəklində zərf - 1) daxilində, içərisində. Evin içində. Quyunun içində. Hovuzun içində. - Insan nəfəs alanda onun ağzından və burnundan çıxan hava bədənin içində xarab olmuş havadır. H.Zərdabi; 2) ...ərzində, ...zərfində, ...müddətində, ...içərisində. Bir qız gördüm biçində; Sarı sünbül içində; Burda bir toy olacaq; Gələn ayın içində. (Bayatı). Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən günün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölür.
C.Məmmədquluzadə. [Cahanın] qoçaqlığını ondan bil ki, bu yaşında üç-dörd ayın içində savadlandı. Ə.Haqverdiyev; Düşünürəm: - Nə qazandım; Otuz yeddi il içində? B.Vahabzadə; 3) ...arasında, ...içərisində, ...sırasında. Vaqif səni sevdi xublar içində; Bir təzə qönçəsən gülzar içində. M.P.Vaqif. [Mərcan bəy:] Mənim təzə arvadım hələ üzün mənə göstərməyibdir və söz veribdir ki, qonaqların içində üzünü mənə göstərsin. U.Hacıbəyov. Kamal da bu gənc modelçilər içində idi. M.Rzaquluzadə; 4) bir şeyin çoxluğunu, artıqlığını, yaxud hansı vəziyyətdə baş verdiyini bildirir. Qızdırma içində sayıqlamaq. Tər içində olmaq. - Ehtiyac içində böyütdü onu; Böyütdü atalı, yetim oğlunu. B.Vahabzadə. Həyətdə hər şey nur içində üzürdü. Ə.Vəliyev. // ...içinə şəklində ...arasına, ...içərisinə. Nəçərnik öz qonaqları ilə çıxdı camaatın içinə. C.Məmmədquluzadə. ...içindən şəklində - ...ortasından, ...arasından. Maşın kəndin içindən keçdi. // İçimizdə şəklində - aramızda, sıramızda. Içimizdə pis adam yoxdur.
sif İçəridəki, daxili. Iç qapı. Iç qabıq. İç qala - böyük qalanın içindəki kiçik qala; qalaça, ərk.
□□ İç üzü - bir şəxsin hələ heç kəsə məlum olmayan siması, xüsusiyyəti, mahiyyəti və s. keyfiyyəti. Iç üzünü açmaq. Iç üzünü bilmək. - Məşədi Kazım ağa isə öz məqsədini bildirmək və özünün iç üzünü açmaq istəmirdi. M.S.Ordubadi. // Bir şeyin həqiqi mahiyyəti, batini, gözə görünməyən daxili cəhəti, halı. [Səyavuş:] Heç yalan deyilmiş anamın sözü; Başqa imiş sarayların iç üzü. H.Cavid. [Nadir] sanki ayla danışıb, bütün bu sirlərin iç üzünü ondan bilmək istəyirdi. Talıblı. İçi getmək - çox arzu etmək, son dərəcə istəmək, can atmaq, bir şeyin həsrətində olmaq. İçi gülmək - ürəyində şad olmaq, məmnun olmaq, candan sevinmək, hiss etdirmədən sevinmək. Ağsaqqallardan biri: - Kərbəlayı, bizim də məqsədimiz elə sənsən. Yoxsa Safo azaylansa da, bu qohumluqdan içi gülür. S.Rəhimov. İçi içini kəsmək - b a x içi içini yemək. [Hacı Əhməd:] ..Dünən camaat o qərarı çıxaranda mənim içim içimi kəsirdi. C.Cabbarlı. İçi içini yemək - arzusunu yerinə yetirə bilmədiyi üçün çox üzülmək, həyəcan və iztirab keçirmək. İçi qan ağlamaq - halını büruzə vermədiyi halda, çox həyəcan və iztirab keçirmək. İçi üzülmək - aclıqdan üzülmək, əldən düşmək. Saat yeddiyə işləyirdi, lap içim üzülmüşdü. Mir Cəlal. İçindən qovrulmaq (qırıla-qırıla qalmaq) - acığını, hirsini və ya başqa bir hissini üzə verə bilmədiyi üçün çox əzab və iztirab keçirmək. Qumrunun mərmər kimi ağ vücudunu gördükcə atlı içindən qovrulur. Mir Cəlal. Zeynal bəy içindən qırıla-qırıla qaldı. M.Hüseyn. İçini arıtlamaq (arıtmaq) -bax boğazını arıtlamaq (“boğaz’da). Bu vaxt molla Qafar içini arıtlaya-arıtlaya (z.) daxil oldu. S.Rəhimov. Bekar arvad ilə qabaq-qabağa oturub yeyir, içini arıdıb deyirdi: - Ye getsin, ay çörəkçi qızı! Mir Cəlal. İçini çəkmək - 1) dərindən nəfəs almaq, köks ötürmək. Qız dərindən içini çəkərək düşünməyə başladı. A.Şaiq; 2) həyəcanını, iztirabını, heyrətini dərin bir nəfəs çəkərək, büruzə vermək. Məsmə heyrətlə içini çəkdi: - Bu nə deyir, lap küfr danışır, Mirzə qardaş! Mir Cəlal. [Səməd] gəlinin qəfildən necə diksindiyini, hətta heyrətlə içini çəkdiyini hiss etdisə də, buna məna vermədi. İ.Hüseynov; 3) hıçqırıb ağlamaq. Mülayim xala içini çəkib ağladı. S.Rəhimov. Əminə ufuldaya-ufuldaya bir az susub durdu, sonra birdən içini çəkib, ağlamağa başladı. Ə.Əbülhəsən. İçini gəmirmək - bax içini yemək 1-ci mənada. Intiqam hissi canavar kimi Gəldiyevin içini gəmirirdi. Mir Cəlal. İçini yemək - 1) acıq çəkmək, dərd çəkmək; dərd, qəm, qüssə içində qovrulmaq. Qadın bu dərd ilə içini yedi; Bir axşam varlığa əlvida dedi. S.Vurğun. Sərhəng Səfai isə gözünü mütəmadiyən baxışmaqda olan Şəmsiyyə və Şahpurdan çəkə bilmir və içini yeyirdi. M.İbrahimov; 2) çox qalmaqdan, ya da çox dəyməkdən içi boşalmaq (qarpız haqqında).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed