İzahlı lüğət

İŞRƏT

is. Kef, eyş-işrət; içki içmə. Əyyami-zimistan keçdi, sevdiyim; Dur, seyr eylə, işrət baharıdır bu!.. Q.Zakir. Biz bir neçə kamança, tar tapmışıq; Burda bir işrət məclisi qurmuşuq. A.Səhhət. Bu gecə oğlu Mürsəlin toy məsləhəti gecəsi olmaqdan artıq, onun üçün kef və işrət məclisi idi. Şaiq. □ İşrət etmək (eləmək) - əylənmək, kef çəkmək. Xeyr olsun, hər kəs yığnağındadır; Onlar ilən zövqü işrət eylərsən. M.V.Vidadi. Hanı o mah ilə mən işrət etdiyim gecələr. S.Ə.Şirvani. Bir gecə Otellonun bədxahları qızın atasını yuxudan oyadıb, ona xəbər verirlər ki, sənin qızın ismət və həyanı unudub, qara ərəb ilə işrət etməkdədir. F.Köçərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

İ

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed