İzahlı lüğət

İŞLƏNMİŞ

f.sif. 1. Çox istifadə edilmiş, çox işlənməkdən köhnəlmiş; nimdaş. İşlənmiş palaz. Işlənmiş qab. - Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. A.Divanbəyoğlu. Pərşan əlinə keçən işlənmiş süfrəni stolun üstünə salanda Rüstəm kişi acıqlandı.. M.İbrahimov.
Üzərində naxış qazılmış, həkk edilmiş, yaxud naxışlanmış, bəzək vurulmuş. Işlənmiş dəsmal. Işlənmiş kəmər. Zərlə işlənmiş cild. - [Çopo:] Altun dəstəkli, incə tikişlərlə işlənmiş qapıdan içəri girdim. Çəmənzəminli.
Təkmilləşdirilmiş, mükəmməlləşdirilmiş, işlənib qaydaya salınmış, düzəldilmiş. Üzərində işlənmiş əsər. // Üzərində iş aparılmış, tədqiq edilmiş, öyrənilmiş, hərtərəfli düşünülmüş. Yaxşı işlənmiş mövzu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed